12 Mayıs 2013

“Allah da sənin halını soruşsun!” deməyin hökmü


Sual:
“Allah da sənin halını soruşsun!” deməyin hökmü nədir?
Cavab:
“Allah da sənin halını soruşsun!” demək icazəli deyil. Çünki bu ifadə, Allah Təalanın bu işdən xəbəri olmadığı və soruşmağa ehtiyac duyacağı zənnini oyandırar. Bunun böyük bir münkər olduğu bilinən bir şeydir. Bunu söyləyən kimsə gerçəkdə bunu istəməz. Allaha bir şeyin gizli qaldığını və soruşmağa ehtiyac duyacağını söyləmək istəməz. Lakin söz, bu mənanı ifadə edər və ya bu mənanı zənn etdirər. Bu səbəblə bu ifadədən imtina etmək və bunun yerinə “Allahın sənə mərhəmət etməsini diləyirəm” və “Allahın sənə yaxşılıq və lütfkarlıqda olmasını diləyirəm” demək lazımdır.

Sualı cavablandıran: Məhəmməd b. Saleh əl-Useymin.

Tərcümə edən: Əkrəm Həsənov (ilahiyyatçı, ilahiyyat üzrə doktorluq müdafiəsi ərəfəsində).

Hiç yorum yok:

Yorum Gönder