Azərbaycanda dinə qarşı həddən artıq dözümsüzlük və
dinə qarşı hələ də mənfi fikirlər var. Halbuki artıq bütün dünyada Qiyamətə qədər
din islam olaraq tanınır və islamın gözəlliyi və təbliği bütün dünyada həyata
keçirilir.
Buna baxmayaraq bu gün cəmiyyətimizdə müxtəlif mövzulardan söhbətlər
olanda həmin mövzulardan dini təcrid edilər. Bu da dini düzgün başa düşməməkdən,
dinin nə olduğunu bilməməkdən, dinin də elmin bir hissəsindən, həyatın əsasından
olmasını başa düşməməkdən irəli gəlir. Din bizim bütün həyatımızı əhatə edir.
Biz birmənalı olaraq dərk etməliyik ki, həyatımızın hər sahəsi dinə aiddir. Təsəvvür
edin ki, bu dünyaya gələndən axirətə köçənə qədər, səhər yuxudan oyanandan gecə
yuxuya gedənə qədər biz ümumi dinlə yaşayırıq. Bu səbəbədən bəzi məsələlərdə
dinin yerinin olmadığını iddia edənləri anlamaq olmur.
Bu günlərdə məlum deputat xanımın haqqında hələ
sübuta yetirlməmiş, guya seçkilərdə saxta sənədləşdirmə ilə deputatlığa gəlməsi
məsələsini dini cəhətdən bir ilahiyyatçı kimi yorumlayanda belə yenə də bu məsələdən
dini təcrid etmək istəyirlər. Islam dinində olan prinsipi xatırlatmağım bundan
irəli gəlir ki, cəmiyyətimizdə başqa maraqları olan insanlar bu cür məsələləri
daha da şişirir, hələ məsələləri araşdırmamış qarşıdakı insan haqqında əməlinin
sübuta yetirilmədiyi halda verilən xəbərə inanır və təsdiq edir. İslam dinində
belə bir qayda var ki, əgər hansısa bir xəbər sizə çatıbsa siz dərhal onu
araşdırmalısnız. Özüdə əgər sizin buna səlahiyyətiniz və izniniz varsa.
Yoxdursa onda bu məsələləri aidiyyatlı orqanlara həvalə edirisniz və onlar
lazımı icraatları həyata keçirirlər.
Bu cəmiyyətdə bütün məsələlərdə dini kənar qoymaq
niyə olmalıdır. Axı siz istər-istəmiz ölkəmizin rəsmi dininin islam olduğunu
bilirisniz. Elə bir halda hansısa gündəmdə olan məsələlərə din araşdırmaçısı,
ilahiyatçı, din bilicisi, din alimi mövqe bildirəndə oradan niyə dini təcrid
etmək istəyirisniz. Niyə yaxınlarınızdan biri dünyasını dəyişəndə dərhal zəhləniz
gedən din xadimini, mollanı axtarırısnız, amma həyatınızın digər sahələrində
dini mütəxəssisi yaxına buraxmaq istəmirisniz. Yaxud da çox həyati və əhəmiyyət
kəsb edən dünyəvi məsələlərədə dini elmi şəkildə bilənlərdən məsləhətlər
almırısnız.
Əlbəttə biz din deyəndə çoxlarının ağlına, fikrinə
yas məclisləri, mollalar gəlir. Amma din də bir elmdir və bu elmin də mütyəxəssisləri
var. Bu mütəxəssislər də həyatın və gündəmin hər bir mövzusuna aid dindi mövqe
bildirə bilər. Çünki din bizim ayrılmaz bir hissəmizdir.
Əkrəm Həsənov (ilahiyyatçı, elmi işçi)...
Hiç yorum yok:
Yorum Gönder