03 Ekim 2012

QURAN ELMLƏRİ ÇOXDUR.


Harun ər-Rəşid (Allah ona rəhmət etsin):
- Ey Şafi! Allahın Kitabını necə öyrəndin? Həqiqətən də o əşyanın əvvəlindən sonuna qədər hər şeyi əhatə edir.

İmam Şafi (Allah ona rəhmət etsin):
- Allahın Kitabından mənə hansı kitab haqqında sual verirsən, ey möminlərin əmiri! (Tərcüməçi: Burada diqqət edin, baxın, görün alim ölkənin başçısına necə hörmətlə müraciət edir. Özlərindən başqa hamını kafir elan edən xəvariclərin bənzərləri alimdə, müsəlmanda, mömində olan əxlaqa və ölkə başçısına müraciət formasına diqqət yetirin). Həqiqətən də Allah təala çoxlu kitablar nazil etmişdir.
Harun ər-Rəşid (Allah ona rəhmət etsin) dedi:
- Artıq sən çox gözəl, qəşəng söz dedin. Amma mən sənə Allahın kitabından Məhəmmədin (ona və ailəsinə salam olsun) əmisi oğlu Əli (Allah ondan razı olsun) haqqında nəyi nazil etdiyini soruşuram.
İmam Şafi (Allah ona rəhmət etsin) dedi:
- Həqiqətən də Quran elmləri çoxdur. Sən məndən möhkəm, yoxsa mütaşabeh ayələr haqqında sual edirsən? Əvvəl nazil olunan ayələr (mütəqəddim), yoxsa sonra nazil olunan ayələr (mütəəxxir) haqqında sual edirsən? Sən mənə nəsx (Tərcüməçi: əvvəl nazil olunan ayədir ki, sonra gələn ayə həmin bu ayəni nəsx edir, yəni hökmünü dəyişir. Hökmü qüvvədə qalan ayələr), yoxsa mənsux (Tərcüməçi: Mənsux ayə sonradan hansısa bir hökmlə bağlı nazil olunan ayənin əvəzinə həmin məsələ ilə bağlı başqa bir ayə gəlir və əvvəlki ayənin hökmünü qüvvədən salır. Yeni ayə gəlib əvvəlki ayəni qüvvədən salır. Yəni sonra gələn ayə əvvəl gələn ayənin hökmünü dəyişir, buna nəsx və mənsux ayələr deyilir. İmam Şafi bu ayələrin hamısını, hansının nəsx, hansının mənsux olduğunu digər islam alimləri kimi dəqiq bilirdi) ayələr haqqında sual edirsən. Yoxsa...
Xeyli sayda olan Quran elmlərinə aid sözlərdən suallar verdi???
- Bu qədər Quran elmlərindən hansı haqqında sual verirsən? Mənə vacibdir ki, bütün suallara Rəşidin hüzurunda cavab verim.
Ey müsəlman! Sən İmam Şafinin cavabına bax! Allah ona rəhmət etsin! Amin! Bunu bil ki, böyük alimlərin qəlbində bütün elmlərin əsası toplanmışdır. İmam Şafinin (Allah ona rəhmət etsin) bu cavabı o deməkdir ki, onun qəlbində Qurana aid olan bütün elmlərin əsası, əsli toplanmışdır. Bütün alimlər belədir. Allaha həmd olsun!

Əkrəm Həsənov (ilahiyyatçı, elmi işçi)...

Hiç yorum yok:

Yorum Gönder