05 Ekim 2012

İslamda mitinq yoxdur.


Bu gün 5 Oktyabr 2012-ci ildə kütləvi informasiya vasitələrində gedən bir xəbər hamımızı sarsıtdı. Ona görə sarsıtdı ki, Cümə günü mübarək bir gündür. Bu gündə bütün müsəlmanların riayət edəcəyi çox vacib olan ibadət növləri vardır. Bu ibadətləri yerinə yetirdikdə onların imanı artar, Allaha yaxın olarlar və Allahın razılığını əldə edərlər. Əlbəttə doğru yolda olan müsəlmanların hamısı bu gün onlar üçün vacib olan ibadətlərini, Cümə namazlarını qıldılar. 

Buna baxmayaraq kütləvi informasiya vasitələrində dindar adıyla aksiya edənlərin olması xəbərini eşitdik. Bizi sarsıdan da budur ki, nəyə görə özlərinə dindar adını verən bu insanlar sakitliyi pozur və hay-küy salaraq küçələrə çıxırlar. Bu hərəkət islam aləminə, zəif müsəlmanlara qərbdən gəlmişdir. İslam aləmində mitinq eləmək, küçələrə çıxmaq, hay-küy salmaq heç vaxt olmayıb. İslam dini insanlara qarşı mülayim olmağı, başqalarının haqqını qorumağı, başqalarına qarşı, hətta kafirə qarşı yumşaq davarnmağı, insanlar arasında sülhü bərqərar etməyi, əmin-amanlıq yaratmağı, xaosdan uzaq durmağı müsəlmanlara öyrədir. İslamda olan müsəlmanlar bu cür yaramaz işlərdən çəkinməlidirlər. Əgər islamda olan müsəlmanlardan kiminsə haqqı tapdalanırsa haqqı əldə etməyin sivil qaydaları və formaları var. Mitinq yolu ilə, zərbə yolu ilə, səs-küy salaraq küçələrə çıxmaqla, kənara, ətraf mühitə zərər vurmaqla, başqalarına əziyyət verməklə haqqı almaq yox, başqalarının haqqını əlindən almış olursan. Ona görə də islam dini başqalarının haqqını tapdalamağı müsəlmana qadağan edir. Müasir böyük islam alimi Şeyx Saleh əl-Fövzan belə deyir:  “Nümayişlər (mitinqlər) islam dinində yoxdur və müsəlmanın əxlaqından sayılmır. Bu müsəlmanlara Qərb cəmiyyəti tərəfindən müsəlman camaatı parçalamaq, insanlar arasında təfriqə salmaq və onlar arasında düşmənçilik yaratmaq üçün gəlib”. Belə etməklə də bu mitinqə çıxanları qızışdıranlar öz məqsədlərinə nail ola bilirlər. Mitinqə çıxanlar özləri nəyisə qazanmaq yox, öz həyat yollarını və gələcək yaşayışlarını itirmiş oldular. Mitinqə çıxmağın müsbət cəhətdən heç bir nəticəsi olmur. Əksinə əvvəl müsbət olan məsələlər mənfiliyə doğru dəyişir. Cəmiyyət içərisində islamdan anlayışı olmayanlar dərhal islama və müsəlmanlara qarşı aqressiv olurlar. İslamda olanlar gərək özlərini islama yaraşan şəkildə cəmiyyət içərisində təqdim etsinlər, digər insanlara nümunə olsunlar. İslamda olmayanlar da islama gəlsinlər. Əgər islamda olan müsəlmanlar belə davransalar onda islama gəlmək istəyən müsəlmanların bu hərəkətinə baxıb islama gəlməyəcəklər. Halbuki islam dinində mitinq anlayışı yoxdur. 

Əkrəm Həsənov (ilahiyyatçı, elmi işçi)...

Hiç yorum yok:

Yorum Gönder