06 Ekim 2012

"MƏN SÜNNİYƏM, LAKİN SƏLƏFİ DEYİLƏM!.."


 Tələbələrdən biri dərsin mövzusu barəsində Şeyx  Saleh əs-Suheymi`yə sual verir:

-          .....Bu insan ruqyə etməyə başlayır və belə deyir: “Mən Sünniyəm, lakin Sələfi deyiləm”.

Şeyx  cavab verərək buyurur:

“Mən sünniyəm, lakin Sələfi deyiləm” sözünə gəlincə,  bu sözü ziddiyyatlıdır.  Ey miskin, Sünni – Sələfidir, Sələfi də  Sünnidir!  Bu iki şey arasında fərq axtaran – (onların dəlalət etdiyi ümumi) məna arasında da fərq axtarır.

Beləliklə,  Sələf – Əhli-Sünnədir. Sələfiyyun (Sələfilər) isə,  Sünnə yolu ilə gedənlərdir.  Kim bundan imtina edirsə,  o nə Sünnidir, nə də Sələfi!
Bəzi insanların Sələfi olduqlarını iddia edib, lakin, buna müvafiq olaraq əməl etməmələri, sizə Sələfilikdən uzaqlaşmağa icazə vermir.
Sələfiliyə və bu mənhəcə mənsub oluğunuzu fəxrlə bildirmək sizin hamınız üçün vacibdir.
Həqiqətən bu, çox vacibdir.

Əhli-Sünnə, Sələf,  Sələf`in yolu ilə gedənlər,  Firqatun-Nəciyə,  Taifətul-Mənsura (qurtulmuş tayfa), Camaat, Sünni və Sələfi – bunların hamısı bir məna ifadə edir: CAMAAT.
Onlar Peyğəmbərin (sallallahu aleyhi va səlləm) və Səhabələrinin olduğu yol üzərindədirlər. Necəki Sələflər deyərdilər: “Sələfi – özünü Sələf`in mənhəcinə - söz, etiqad və əməllə nisbət edir..”
Mən belə hesab edirəm ki, kim bucür deməklə (“mən sünniyəm, lakin sələfi deyiləm”) lovğalanırsa,         o kəs Sünnə`nin mənhəcindən uzaqdır, hansı ki, Sələf bu mənhəcdə idi..
Uca Allah hər kəsə faydalı elm və saleh əməl işləməyi nəsib etsin!
Allahın Salət və Salamı, Peyğəmbərinin, onun ailəsinin və Səhabələrinin üzərinə olsun!


Bu sözlər Şeyx əs-Suheyminin (həfizəhullah) “ən-Nəsihə əl-Valədiyyə li Əbi əl-Valid əl-Bəci –rahiməhullah” dərsindən (1-ci kasetin ən son hissəsi) alıntıdır. 


Tərtib etdi : Ayxan Yaquboğlu.

4 yorum:

  1. Əgər bu cavab doğrudan da Şeyx əs-Suheyminin hərfi mənada dilindən çıxıbsa, onda Şeyxin: "Ey miskin, Sünni – Sələfidir, Sələfi də Sünnidir!" ifadəsini xahiş edirəm mənim üçün ərəb dilində yazıb e-meylimə göndərin.

    YanıtlaSil
  2. Qardaş, yuxarıda ərəbcə yazılan: "əhli sünnə"-dir və bu isə "sünni" kimi tərcümə edilməməlidir! Qətiyyən belə çevirmək olmaz və yolverilməzdir! Əhli Sünnə - "Sünnə əhli" kimi tərcümə olunur və bunun nəzəri əsasları var. Bu da sələf əqidəsinə, yəni Peyğəmbərin yolu ilə gedənlərin əqidəsinə mənsub olanlardır. Lakin "sünni" sözü İslam düşmənlərinin ingili və rusdilli imansızların keçən əsrlərdə uydurduqları süni ifadədir. Bu "sünni" sözü islam düşmənlərinin təbirincə, həqiqi İslamdam fərqli olan bir hərəkat kimi, məhz terrorçu, "vəhabi" fəaliyyət kimi qələmə verilir. Buna görə, mən bu sözün tam əleyhinəyəm.

    YanıtlaSil
  3. Sizin bu iradınıza özünə böyük hörmət bəslədiyim qardaaşımız Ayxan Yaquboğlu özü cavab versin. Məqalənin müəllifi o olduğu üçün sizin iradınıza da özü cavab versə daha yerində olar. Buyursun!

    YanıtlaSil
  4. Ф. Салафи qardaş, demiş olduğun "Lakin "sünni" sözü İslam düşmənlərinin ingili və rusdilli imansızların keçən əsrlərdə uydurduqları süni ifadədir." sözü çox təhlükəli sözdür. Ümumiyyətlə, bilmək lazımdır ki, Sünnəyə əməl edənləri, bidət əhlindən fərqləndirmək üçün deyilmiş bu ad, ta mutəqaddimlərin dövründən başlamışdır. Bu, bilinən bir şeydir. Şeyx`in sözlərinə gəlincə, ünvanı yerləşdirmişik, buyur, dinlə, oradakı ifadələri olduğu kimi tərcümə etdiyimizin şahidi olacaqsan.

    YanıtlaSil