"...Ümmətin Cumhuruna görə, ictihad -ümumi mənada- caizdir, təqlid də -ümumi mənada- caizdir. Nə ictihadı hər bir fərdə vacib edib, təqlidi haram edər, nə də təqlidi hər bir fərdə vacib edib, ictihadı haram edərlər.
İctihad - ictihada qadir olan üçün caizdir. Təqlid isə - ictihad etməkdən aciz olan üçün caizdir. Bəs ictihada qadir olan birisi üçün təqlid caizdirmi?
- Bu məsələdə ixtilaf var.. Doğru olan (rəy): Dəlillərin (onun gözündə) eyni (səviyyədə) olması, vaxt azlığı səbəbiylə ictihad edilə bilməməsi və dəlilin onun üçün zahir olmaması kimi ictihad etməyə mane olan vəziyyətlərdə (təqlid etmək) caizdir. Aciz olduğu məsələlərdə (ictihadın) vacibliyi düşər və buna qarşılıq olaraq təqlidə yönələr. Eynilə su ilə təharət etməkdən aciz olduğu vəziyyətdəki (vacibliyin onun üzərindən düşüb, təyəmmümə yönəlməsi) kimi..
Avamın da vəziyyəti belədir - bəzi məsələlərdə ictihad (hər hansı bir görüşü üstün tutmaq), onun üçün icazəli olur. Çünki, ictihad - cüzlərə və qismlərə bölünməyi qəbul edən bir rütbədir. Etibar ediləcək şey - qüdrət və acizlik vəziyyətləridir.
İnsan bəzi məsələlərdə (buna) qadir, bəzi məsələlərdə (bundan) aciz ola bilər.
Lakin ictihad qüdrəti, (məsələləri) bilməsini təmin edən elmlər təhsil etmədikcə yaranmaz. Hər hansı bir məsələ haqqında isə, ictihad ola bilər..."
__________________________________________
Şeyxul-İslam Əhməd İbn Teymiyyə (rahiməhullah)
"Məcmu əl-Fətəva" (20-ci cild, səh: 203)
Tərcümə: Ayxan Yaquboğlu.
Asalamu alaikum jazakAllah khair for sharing may Allah (subhana wa ta'ala) reward you for your efforts.
YanıtlaSilIf you have some time come and have a look at Fasting - Three changes over at i-reminisces...
Take Care