20 Ağustos 2012

Ramazana ibadət edirdin, yoxsa Ramazanın Rəbbinə?


Ramazanisən, Rəbbanisən? Ramazana ibadət edirdin, yoxsa Ramazanın Rəbbinə?
Öz-özünə sual ver. Sən Ramazana ibadət edirdin, yoxsa Ramazanın Rəbbi olan Allaha?

Əgər sənin cavabın təkidlə “Ramazanın Rəbbinə ibadət edirdim” sözüdürsə, doğrudanda belədirsə onda bil ki, həqiqət budur ki, Ramazanın Rəbbi bütün ayların Rəbbidir. Necə ola bilər ki, sən müxtəlif aylarda uca Allaha müxtəlif ibadətlər etməysən?
Aişə (Allah ondan razı olsun) bunu sənin bilməyin üçün Allah Rəsulundan (səlləllahu aleyhi və səlləm) soruşur:
- Allaha ən çox, daha çox sevimli olan əməl hansıdır?
Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) buyurur:
- Davamlı, daimi və az olan əməl.
Elə isə bunlara davam edək:
1.     Birincisi namaz vaxtında camaat namazına davam edək!
2.     Səhər və axşam zikrlərinə davam edək!
3.     Hər gün Qurani Kərimdən bir az oxumağa davam edək! Bir gündə 4-6 səhifə ola bilər;
4.     Hər gecə ən az iki rəkat gecə namazını qılmağa davam edək!
5.     Hər birinci və dördüncü gün oruc tutmağa davam edək!
6.     Hər gün dua eləməyə davam edək! Allah təala dua eləməyənə qəzəblənər. Əllərini qaldır və bütün istəklərimiz üçün Allaha dua edək!
7.     Həftədə bir dəfə də olsa belə sədəqə verməyə davam edək!
8.     Bil ki, şeytan sənə bu eməlləri etməyə mane olur və sənə bu əməllərə qarşı səhlənkarlıq gətirir, bu əməlləri etməməyin üçün səni yayındırır. Yəni, sənə səhər və axşam zikrlərini tərk etdirir, namazı vaxtında qılmağı tərk etdirir, sonra səninlə Quran oxumağın arasına girərək Quran oxumağına qarşı həvəsini soyudur və ya tez oxuyub bitirməyin üçün tələsdirir. Sənə gecə namazını tərk etdirir. Ramazandan sonra sənin nəfsində ibadətlərə qarşı sabitlik olmur.
9.     Sonuncu nəsihət. Əgər gücün çatırsa bu əməlləri günü-gündən artır, əgər gücün çatırsa bu yaxşı əməllərini artır. Ramazandan sonra sabitliyini qoruyub saxlamağın üçün bu əməlləri azaltma, hər gün artır.
10.  Ümid edirik ki, sən bu nəsihətlərdən fayda əldə edəcəksən və bu nəsihətləri başqalarına da yayacaqsan ki, xeyir əməllər işləyənlərə səbəb olasan.
Hazırladı: Əkrəm Həsənov (ilahiyyatçı).

Hiç yorum yok:

Yorum Gönder