Çoxları sual
verir. Ramazan ayında oruc tutmağın nə mənası var? Bu oruc tutmaq nəyə
lazımdır? Müsəlmanlar səhərdən axşama qədər ac-susuz qalmaqla, cinsi əlaqədən
uzaq olmaqla nə əldə edəcəklər? Bu kimi suallara cavab vermək üçün uca Allahdan
bütün müsəlmanlara kömək istəyirəm.
Əziz
müsəlmanlar, unutmayın ki, sizi incidən, narahat edən suallardan, sözlərdən,
bütün növ işgəncələrdən daha şiddətlisi peyğəmbərlərə verilib. Onlara müxtəlif
üsullarla və növlərlə verilən işgəncələr yanında sizə verilən sözlü və əməli
işgəncələr heç nə sayılır. Bunu unutmayın. Bu yolda əgər doğru olduğunuzda
əminliyiniz varsa onda sizə qarşı qaldırılan iddihamlara, incidici sözlərə əhəmiyyət
vermədən Allaha və sonra göndərdiyi elçisinə tabe olun. Gücünüz və bacardığınız
qədər Allaha və sonra Rəsuluna itaət edin.
Yaxşı,
çoxlarını Ramazan ayında tutulan oruc maraqlandırır. Nəyə görə müsəlmanlar bu
ayda oruc tuturlar? Bunun bir çox hikmətləri vardır. Əvvəlcə Allaha həmd edirik
ki, bizim təmizlənməyimiz üçün bu gözəl və xeyirli-bərəkətli ayı, Ramazan ayını
oruc ayını bizə bəxş edib. Bizi bu ayla hədiyyəndirib. Bu uca Rəbbimizdən bizə
olan böyük hədiyyədir. O qədər qullar, kölələr var ki, ağaları onları
mükafatlandırmır. Amma bizim Rəbbimiz uca Allah bizi heç bir ağanın, heç bir
padşahın, heç bir rəhbərin mükafatlandırmağa qadir olmadığı çox möhtəşəm bir
ayla, Ramazan ayı hədiyyəsi ilə bizi mükafatlıandırır. Bu Rəbbimizin bizə olan
sayıb-hesablaya bilmədiyimiz nemətlərindən biridir. Həm də daha
əhəmiyyətlisidir. Biz bu hədiyyənin qədrini-qiymətini bilməliyik, çalışmalıyıq.
Biz bilirik
ki, Allah təalanın ən gözəl ad və sifətləri vardır. Bu ad və sifətlərindən biri
də Allah təalanın hikmət sahibi olmasıdır. Hökm sahibi olması, istədiyi hökmü
verməsi Allaha aid ən gözəl xüsusiyyətlərdən biridir. Allah təala hökm
verməsində təkdir, hikmətində təkdir, Onun digər məsələlərdə olduğu kimi hökm
vermə və hikmətli olmasında da heç bir şəriki yoxdur. Allah ibadət edilməyə
layiq olan haqq, həqiqət olan məbuddur, Özünə ibadət ediləndir. Onun hikməti
tam və kamildir və biz onun hikmətini açıqlamaqda həddən artıq çox aciz və
nöqsanlıyıq.
Allah təala
elə bir şəri, dini hökm, əmr vermir ki, orada böyük hikmət və məsləhət olmasın.
Verdiyi bütün hökmlərdə böyük xeyir, məsləhət, mənfəət vardır. Biz bunu
bilirik. Amma biz heç vaxt bu hikməti və hökmü dərk edə bilmərik. Bizim ağlımız
Allah təalanın hikmətini tam olaraq dərk edə bilməz. Biz çox adi, cüzi bir
şəkildə olan məsələləri dərk edə bilərik.
Allah təala
hökmləri və əmrləri arasında bizə elə bir hökm və əmr vermişdir ki, biz Ramazan
ayı gələndə oruc tutaq. Allah təala buyurur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə
vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis
əməllərdən çəkinəsiniz!” (Bəqərə 183). Oruc tutmaq insanda Allah qorxusunu
yaradır. Yəni insan oruc tutmağa başlayanda onda Allah qorxusu hasil olmağa
başlayır. Digər vaxtlarda heç insanda belə bir hal baş vermir. Bu Allah qorxusu
təqva adlanır. Təqva nədir? Təqva budur ki, insan Allah təalanın əmrlərini
yerinə yetirdikdə və qadağanlarından çəkindikdə onda belə bir Allah qorxusu
meydana gəlir. İnsanın Allahın əmrlərini yerinə yetirib, qadağanlarından
çəkinməsi onda təqva hasil edir. Bu da həmin insanın təqvalı, yəni Allahdan
qorxan insna olduğunun göstəricisidir. Daha açıq belə deyək ki, əgər bir insan
Allahın və sonra göndərdiyi peyğəmbərinin əmr etdiklərini yerinə yetirir və
qadağanlarından çəkinirsə o insan təqva sahibi olur.
Oruc ən böyük səbəblərdən biridir ki, qul dini əmrləri yerinə
yetirməkdə yəqinlik əldə edir və oruc tutaraq təqvalı olur. Yəni qulda elə bir
iman əldə olunur ki, o Allah təalanın digər əmrlərini yerinə yetirməkdə
qvvətlənir, möhkəmlənir və imanın yəqinliyini, həqiqətini, şirinliyini əldə
etməyə başlayır. Bu da Allah təalanın quluna verdiyi ən böyük nemətlərdən biridr.
Bu nemət hər insana nəsib olmur. Bunun üçün qul özü seçim etməlidir. Amma qul
bilməlidir ki, onun seçim etməsində və bu nemətləri əldə etməsində ona kömək
edən yenə də Allah təaladır. Əgər Allah istəməsə qul bu nemətləri əldə edə
bilməz. Ona görə də hər bir Allah bəndəsi bu nemətləri əldə etmək və əldə
saxlamaq üçün uca Allahdan hər zaman dua edib, yalvarıb kömək istəməlidir.
Allah təala bizə islamda qalmaqda və dində sabit olmaqda kömək etsin. Amin!
Alimlər oruc tutmağın məşru olması, həqiqət olması, yaxşı olması
haqqında olan hikmətləri açıqlamışlar. Orucun təqvanı hasil etməsi haqqında
hikmətləri bilmək insanları oruc tutmağa həvəsləndirir. Bu hikmətləri deməkdə
heç bir zərər yoxdur. Əksinə orucda olan hikmətləri alimlərin deməsi
nəticəsində çoxlu insanlar oruc tutaraq Allaha yaxınlaşmış, Allahın digər
əmrlərini də yerinə yetirməyə başlamışlar. Bu hikmətləri oxuyub, dərk edərək ibrət
alanlardan və oruc tutanlardan Allah razı olsun. Amin!
Orucda olan hikmətləri alimlər açıqlamışlar. Onlardan bəzilərini qeyd edək:
1.
Oruc
nemətlərə şükr etməyə bir səbəbdir. Oruc tutmaqla nəfs yeməkdən, içməkdən və
cinsi əlaqədən uzaq qalır. Bu üçü nemətlərin ən yaxşısı və ən ucasıdır. İnsan
gün batana qədər nemətlərin ən yaxşısı və böyüyü olan yeməkdən, içməkdən və
cinsi əlaqədən uzaq qalır. İnsan oruc vaxtı bu nemətlərdən özünü məhrum edərək
həmin nemətlərin qədrini bilməyə başlayır. İftar vaxtı insan bu nemətləri yenə
də həvəslə əldə edərək sevinir. Bu nemətlərin onda olmasına görə Allaha şükr
etməyə başlayır.
2.
Oruc
tutmaq haramları tərk etməyə səbəb olur. Çünki nəfs halal nemətləri tərk edərək
Allahın razılığını əldə edir. Nəticədə insanda Allah qorxusu hasil olur.
Halalları Allah üçün tərk edən insan haramları da tərk etməyə başlayır. Halal
nemətləri Allah üçün tərk edən insanda hasil olan qorxu və iman onu haramlardan
da çəkindirir.
3.
Oruc
trutmaqla insan şəhvətini məğlub edə bilir. Çünki insanın nəfsində həmişə
şəhvət çox güclü olur. İnsan həmişə şəhvətə meyilli, istəkli olur. Oruc tutmaq
şəhvəti azaldır və yoxa çıxardır. Ona görə də Allah Rəsulu (səlləllahu aleyhi
və səlləm) subay gənclərə əgər gücləri çatırsa evlənməyi əmr edir, əks halda
onların oruc tutmasını onlara əmr edir.
4.
Oruc
tutmaq Allahın rəhmətini cəlb edir. Ac olan insanın qəlbinə rəhmət gəlir,
qəzəbi azalır, digər miskinlərin və acların vəziyyətini başa düşərək Allaha
şükrünü artırır, imanı təzələnir.
5.
Oruc
tutmaq şeytanı qəhr edir, əridir, zəiflədir. Bizə Allah elçisi xəbər verib ki,
şeytan insanın damarında qanın hərəkət etdiyi kimi hərəkət edir. İnsan isə
yeyib-içməyi tərk edərək damarda gəzən şeytanın hərəkəıtini məhdudlaşdırır.
Şeytan əvvəlki kimi hərəkət edə bilmir, istədiyi kimi vəsvəsə verə bilmir, halı
qalmır, taqəti kəsilir. Niyə də düşmənimizin taqətini orucla kəsməyək. Allahdan
müvəffəqiyyət istəyirik.
6.
Oruc
tutmaq insanı Allaha yaxınlaşdırır. İnsanın gücü çatdığı halda Allah üçün oruc
tutduğuna görə günahlara və haramlara gedə bilmir.
7.
Oruc
tutmaqda dünyanı və şəhvəti tərk etmək vardır ki, bu əməli də Allah təala
sevir.
8.
Oruc
tutmaq mömin bəndənin Allaha itaətini artırır. Bu mömin bəndənin Allaha
yaxınlğınıın və itaətlərini çox olmasına səbəb olur. Nəticədə Allah öz
bəndəsindən razı olur və onu sevməyə başlayır. Allah təala sevdiyi bəndəsinə
dünyada və axirətdə bütün nemət və xeyir-bərəkət qapılarını açır.
Allah təala bizi sevdiyi bəndələrindən etsin. Amin!
Hazırladı: Əkrəm Həsənov (ilahiyyatçı).
Hiç yorum yok:
Yorum Gönder