Biz Qurani
Kərimi oxuyuruq. Bütün surələri və bütün ayələri düşünərək, mənasını başa
düşərək oxuyuruq. Allahın köməyi və yardımı ilə bununla bizim imanımız artır,
Allaha yaxınlığımız artır, Allahdan bizə xuşu, qorxu, rahatlıq hasil olur. Biz
Quranın dilini başa düşərək oxuyuruq. Bu nemət yer üzərində çox az insanlara
verilən uca Rəbbimizin böyük nemətidir. Allaha bu nemətinə və digər bütün
nemətlərinə görə heç bir əvəz qaytarmaq gücümüz yoxdur. Yalnız uca Allahdan
rəhmətini bizə çox etməsini və günahlarımızı bağışlamasını istəyirik.
Biz Qurani
Kərimi oxuduqda məlum olur ki, uca Allah Qurani Kərimdə bizə ancaq
peyğəmbərlərin həyatını, misallarını, səhabələrin misallarını verir. Allah
təala islam ümmətinin möminlərini (iman edənlərini), salehlərini (yaxşı əməllər
edənlərini), müttəqilərini (Allahdan qorxanlarını) Quran vasitəsi ilə bizə
çatdırır. Allah təala peyğəmbərlər, salehlər, səhabələr haqqında daha çox ayələr nazil edib. Biz
islama dəvət zamanı daha çox Allahın
dəvət etdiyi islam kimi dəvət edərək peyğəmbərlərin həyatından, səhabələrin
həyatından daha çox danışmalıyıq. Allahın istədiyi və razı qaldığı kimi dəvət
etsək onda dəvətdə xeyir-bərəkət əldə edərik. Allah təala nazil etdiyi Qurani
Kərimin əmrlərini sevməyə, onun peyğəmbərlərini və bizə göndərdiyi son
peyğəmbər Məhəmmədi (səlləllahu aleyhi və səlləm) sevməyə, onun əhli-beytini
sevməyə, onun səhabələrini sevməyə, onların ardınca ən gözəl şəkildə gedənləri
sevməyə bizə əmr edib. Biz müsəlman olaraq onlardan birini digərindən ayırmırıq
və ayırmalı deyilik. Allah təala əhli-beyt haqqında nazil etdiyi ayələrdə
onları pisliklərdən uzaqlaşdırdığını, təmizə çıxardığını bizə xəbər verib. Allah
təala buyurur: “Ey Peyğəmbərin
zövcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər (Allahdan)
qorxursunuzsa, (yad kişilərlə) nazlana-nazlana danışmayın, yoxsa qəlbində
xəstəlik olan tamaha düşər. (Şəriətə) müvafiq qaydada danışın. Evlərinizdə
qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz
qılın, zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Ey ev əhli! Allah
sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir. Evlərinizdə
oxunan Allahın ayələrini və hikməti yada salın. Həqiqətən, Allah Lütfkardır,
(hər şeydən) Xəbərdardır” (Qurani Kərim, Əhzab surəsi 32-34).
Bu ayələr təthir ayəsi adlanır. Bu ayələr Allah Rəsulunun zövcələri
haqqında nazil olub. İnanmırsınıza bu ayəni təkrar oxuyun: “Ey Peyğəmbərin
zövcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər (Allahdan)
qorxursunuzsa, (yad kişilərlə) nazlana-nazlana danışmayın, yoxsa qəlbində
xəstəlik olan tamaha düşər. (Şəriətə) müvafiq qaydada danışın. Evlərinizdə
qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz
qılın, zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Ey ev əhli! Allah
sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir. Evlərinizdə
oxunan Allahın ayələrini və hikməti yada salın. Həqiqətən, Allah Lütfkardır,
(hər şeydən) Xəbərdardır” (Qurani Kərim, Əhzab surəsi 32-34).
Bu açıq aşkar Quran ayələrini görməyənlər müxtəlif üsullarla
əhli-beyt haqqında olan hədisləri dəlil gətirirlər ki, bu ayələri yalnız bir
neçə nəfərə aid etsinlər. Belə edənlər Allahın kitabını bilərəkdən
dəyişənlərdir. Bilə-bilə dini dəyişməyin və həqiqətə batil donu geyindirməyin
isə günahı daha böyükdür.
Əkrəm Həsənov (ilahiyyatçı, elmi işçi)...
Hiç yorum yok:
Yorum Gönder