15 Mayıs 2012

Sabah öləcəyik


Nəyisə dəyişdirmək istəyirik. Çünki gördüklərimiz bizi qane etmir. Gördüyümüz isə çox az gözəl şeylər, qalanı isə çirkinliklər. Hər birimizdə çirkinlik var. Ancaq biz belə, bu çirkinlik içində batan cəmiyyətdə özümüzü mələk hiss edirik.
Cəmiyyət özünü aldadır ki, sanki onun istədiyi gözəl beynalxalq əlaqələr , regionda birinci olmaq sevinci, neftimizin olmağı ilə fəxr etmək, dayanmadan özümüzü üstün millət  görmək, inkişafa hər addım daha da yaxınlaşmaq kimi sətir altı təsəllilər. Ancaq çox yox , bir az özümüzə qarşı səmimi olduqda, tək qalıb öz içimizdə söhbətlərə qulaq asdıqda görürük ki, bunlar sadəcə rəngli bir eynəkdi. Və rəngli eynəyi çıxardıb atmaq istəyirik bəzən. Çünki , bəzən düşünəndə anlayırıq : Biz bu həyata bir dəfə gəlirik. Əlbətdə bizim də bir sonumuz var. Necə ki, iki gün əvvəl ayrılıq heç ağla da gəlməyən vaxtda sevgilimizlə ayrılırıq, uşaqlıqda valideynlərimizi heç vaxt itirməyəcəyik  kimi onlara acığımız tutanda , onlar həyatdan köçür, bu ilin bürcünə aid hədiyyələr alaraq başladığımız yeni bir il bitir, sanki dünən idi deyə sözlərlə, ilk siqaretini siqaret paçkasından götürərkən ki əminliyiz son siqaret tüstüsüylə dağılıb gedir və s. kimi xırda misallarda görürük ki başlayan hər şey bitir. Gözəl bir türk nəğməsində də deyilən kimi: “Mənə ele bir şey de ki, bitməsin. Məndə inanım sonsuzluğa” Nə vaxtsa bizdə bir son olacayıq . Ancaq indi varıq və gördüyümüz çirkinlikləri təmizləmək üçün hələ də nəfəs alırıq. Bizlər bir seçim etməliyik hansı ki, o seçim ya “sus” ya da “çirkinlikləri təmizlə”di. Bu seçim bəzi seçimlər kimi həyatda bir dəfə insanın qarşısına çıxır. Və bu seçimi edərkən biz indini düşünürük , indi isə biz varıq və yox olmaq istəmirik. Ancaq başqa bir nəzərdən yanaşdıqda , başqa bir  baxışla baxdıqda görürük ki, bu günün yaşamı sabah heç olmaya bilər və bunu gətirən şəxslər deyil tanrıdı . Əlbətdə ola bilər ki, kimsə tanrıya inanmır və bu fani dünyadakı hansısa “gücü” olan şəxsə “sitayiş” və xidmət edir. Göründüyü kimi bu heç bir dinə mənsub bir fikir deyil. Dinlərdə ya tanrıya inanırsan, ya tanrılara inanırsan, ya dakı tanrıya inanmırsan. Burda isə sadəcə qorxu və yalançı zəfərlərlə dolu vədləri olan  fani “tanrılardan” söbət gedir. İnsan bir dəfə gənc olur. Gənclər əgər baxışlarından dəyişiklik edib bu dediyim çirkinlikləri görüb dəyişmək istəsələr deməli fikirlərdəki , vizyonlardakı “inqilab” baş tutdu. Əlbətdə dəyişməyin elə də asan olmayacağını bilirlər. Ancaq həyata bir dəfə gəldiklərinə görə niyə də cəhd etməsinlər?  Bir hekayə :   gənc sabah öləcəyini bilirdi və həmin gün  yanan evə girib balaca bir körpəni xilas etdi . Bu gənc artıq sizin nəzərlərinizdə bir qəhrəmandı. Çünki öz həyatı ilə  risk edərək yanan bir evə girib körpəni xilas etdi. Evə girməsinə səbəb bəlkə də sabah öləcəyini bilmək idi. Yəni bu gənc sabah öləcəyini bilməsə idi o evin yanindan keçib gedəcəkdi və bir körpə alovların arasında yanacaqdı? Cavab sizdədi və bu sual sizədi : bəs siz yanan evə girib körpəni xilas edərdinizmi? Ya sabah öləcəyini bilsəydiniz? Cavab ya “hə” olacaq ya “yox”. Əgər  cavab “hə”dirsə onda sizə bir söz : Sabah siz də ölə bilərsiz. Yox.. Yox..  Siz öləcəksiniz... Qəti əmin olun...Əgər cavab “yox”dursa onda əbəs yerə vaxtıvızı bu yazıya sərf edib oxumusunuz....

                                                                                                         Freeman  15.12.08

Hiç yorum yok:

Yorum Gönder