Əli ibn Əbu Talib (radıyallahu anhu)
rəvayət edir ki,
Allahın Rəsulu (sallallahu aleyhi va
səlləm) Allaha həmd edib, təriflər dedikdən sonra belə buyurdu:
"..Ey insanlar!..
Sanki, ölüm - yalnız bizdən başqalarının
Qədər`indədir..
Sanki, haqqa tabe olmaq - yalnız
başqalarına vacibdir..
Bizə elə gəlir ki, cənazəsini torpağa
tapşırdığımız ölülər, az bir müddət sonra yenidən bizim yanımıza (dünyaya) geri
qayıdacaqlar..
Qəbirlərini hazırlayırıq, özlərindən sonra
dünyada buraxdıqları miraslarını mənimsəyirik; amma elə zənn edirik ki,
onlardan sonra biz (dünyada) əbədi qalacağıq..
Həqiqətən, bütün ibrətləri unutduq və bütün
bəlalardan özümüzü güvəndə hiss edərək, arxayınlıq hisslərinə qapıldıq..
Öz eyiblərilə məşğul olub, başqalarının
qüsurlarıyla maraqlanmayanlara müjdələr olsun!..
Müjdələr olsun o kəsə ki - qazancı halal,
yaşayışı asudə və aşkar,
davranışları gözəl,
niyyəti təmiz,
vicdanı dürüstdür..
Rahatlıq anında Allahın əmrlərinə tabe
olub, Ona boyun əyənə,
topladığı malı halal şeylərə xərcləyənə,
elm və hikmət məclislərinə gedənə,
çarəsiz və ehtiyyaclılarla oturub-durana -
müjdələr olsun!..
Müjdələr olsun o kəsə ki - nəfsini bütün
artıq şeylərdən təmizləmiş,
əxlaqi gözəlliklərlə bəzənmiş,
dürüst bir həyat yaşamış və insanlara bir
pisliyi toxunmamışdır..
Mal-dövlətinin -ehtiyyacını təmin etdiyi
qədərindən- artığını sədəqə edənə,
boş və lazımsız sözlərdən uzaq olana,
Sünnə ilə kifayətlənib, bid'ətə həvəs
göstərməyənə - müjdələr olsun!.."
______________________________
Əbu Nuaym "əl-Hilyə" (3/202-203)
(Tərcümə: Ayxan Yaquboğlu)
Hiç yorum yok:
Yorum Gönder