13 Nisan 2012

“Sələfi” bacıların asudə vaxtı İNTERNET-də keçirməsi! (III Hissə)


“Sələfi bacı”ların öz asudə vaxtlarını internetdə keçirərək israf etmələri, onların cəhalətindən qaynaqlanır. Onların bu haqda bilməli olduğu ikinci və çox mühüm bir məsələ vardır:

II- Naməhrəm ‘qardaşlar’ ilə münasibət qurmaq haramdır!

Günümüzdə ‘sələfi’ adı altında gizlənmiş və özlərini ‘Əhli-Sünnə’yə nisbət edən bəzi ‘bacılar’ sosial şəbəkələrdə özlərinə naməhrəm olan ‘qardaşlar’ ilə tanış olur, onları dostluq siyahısına əlavə edir, onlarla ünsiyyət yaradaraq özlərini harama sövq edirlər.


Hətta şeytan onların gözlərini o qədər kor etmişdir ki, İslam dini adı ilə söhbətlərin sonunu sevgidə birləşdirərək naməhrəm ‘qardaşlar’a din adı altında şəkillərini göndərir, onlar ilə kamera vasitəsi danışır, hətta bəzi ‘bacılar’ bir qədər də irəli gedərək, hər hansısa bir dini kitab almaq bəhanəsi ilə ‘qardaşlar’ ilə görüşürlər.
Daha dəhşətlisi isə burasıdır ki, bu ‘bacılar’ arasında evli olanları vardır. 

Allah bizi bu cür səfalətdən və bu cür adamların fitnəsindən qorusun!

Öncə həmin ‘bacı’lara Allahdan qorxmalarını və dinləri ilə oynamamaqlarını tövsiyyə edirəm. Uca Allah buyurur:

- Allahdan qorxun və bilin ki, Allah şiddətli cəza verəndir. (Bəqərə surəsi, 196)

Bilmək lazımdır ki, etdikləri hər bir əməllər qeydə alınır və onlar barədə hesaba çəkiləcəkdirlər. 
- Həqiqətən, sizin üstünüzdə nəzarətçilər vardır – çox möhtərəm, (əməllərinizi) yazanlar. Onlar sizin nə etdiklərinizi bilirlər. (İnfitar surəsi, 10-12)

- Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır. (Qaf surəsi, 18)

- Nəhayət, onlar oraya gəldikləri zaman qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şahidlik edəcəkdir. (Fussilət surəsi, 20)


20-ci əsrin nəhəng Əhli-Sünnə alimi olan Şeyx AbdulAziz ibn Bəzz (rahiməhullah) buyurur:

- Naməhrəm kişinin özünə naməhrəm olan qadın ilə təklikdə söhbət etməsi, hətta salam verməsi belə caiz deyildir.[1]

Şeyx Ubeyd ibnul Cəbir buyurur:
- Naməhrəm kişilərin bacılara poçt vasitəsilə məktub göndərməsi caiz deyildir, çünki böyük fitnələr gözəl olan şeylərdən doğur. Belə məsələlərin (qardaşlarla bacıların bir birinə poçtla məktub göndərməsi) böyük əksəriyyəti pis nəticəyə (məs, zina) aparır.[2]

Şeyx Abdurrahmən ibn Cibrin (rahiməhullah) buyurur:
- Qadının naməhrəm bir kişi ilə yazışması caiz deyildir. Çünki, bu cür yazışmada fitnə vardır. Hətta kimsə, bu cür yazışmada fitnə olmadığını düşünsə belə... Fəqət, şeytan hər iki tərəfi fitnəyə salana kimi, durmadan səy göstərir. Peyğəmbər (sallAllahu aleyhi və səlləm) əmr etmişdir ki, Dəccal barəsində eşidənlər ona yaxınlaşmasınlar və söyləyir ki, bir kimsə ona mömin olaraq yaxınlaşacaq, lakin Dəccal onu fitnəyə sürükləyənə kimi səy göstərəcəkdir. 

Gənc kişi və qadınlar arasında yazışmada çox böyük fitnə və təhlükə mövcuddur. Bu səbəbdən, mütləq bundan çəkinməliyik. Əgər soruşan “Bu cür yazışma sevgi və əxlaqsız meyarlardan uzaqdır.” –desə belə, yenə də bundan çəkinməliyik. Şübhə yoxdur ki, ‘chat’ vasitəsi ilə yazışma, məktublaşmadan daha təhlükəlidir. Fəqət, hər ikisində şər vardır.[3] 

Şeyx Muhəmməd Salih əl-Munəccid (hafizəhullah) buyurur:
- Naməhrəm oğlan ilə qızın internet vasitəsi ilə söhbətləşməsi haram olduğundan, biz bu söhbətin məzmununa baxmağa ehtiyac duymuruq. Bu cür münasibət caiz deyil və iki gənc adamın bu cür münasibəti günahsız ötüşə də bilməz. Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurur:
- Tək qalan naməhrəm kişi və qadının üçüncüsü şeytandır.[4] 

- Bu cür söhbətlər və münasibətlər şəriətə ziddir və müsəlmana xeyir vermir... Bunlar haqqında Haqq-Hesab günü soruşulduqda nə cavab verəcəksiniz?

- Bizə görə- kişinin naməhrəm qadınları dost siyahısına əlavə etməsi, xüsusi ilə də, onlarla məktublaşması və “chat” vasitəsi ilə danışması caiz deyildir! Onları (şəkil vasitəsi ilə) görmək isə bundan daha təhlükəlidir. Bu onlar üçün fitnə qapılarının açılmasına səbəb olur. Bu səbəbdən qardaşlar öz nəfslərinə nəsihət etməli və fitnəyə aparan qapıları kilidləməlidir. Naməhrəm olan qadınları dost siyahısına əlavə etməkdən çəkinməli, əgər artıq edibsə onları silməyə tələsməlidir. Bu həm onun üçün, həm də qadınlar üçün daha yaxşıdır.

- Bu cür yazışmalar çox insanın mənəviyyatını korlamış, yaxınlar arasında əlaqələrin kəsilməsinə gətirib çıxarmış, bir çox kişilər öz zövcəsindən boşanmış, imanında zəif qadınlar isə öz şərəflərini itirmişdir... Bu cür yazışmalardan ehtiyat edin və bunda olan şərdən özünüzü qoruyun... Bilin ki, bununla siz çox ciddi təhlükə qarşısındasınız və biz ümidvarıq ki, siz özünüzü xilas edəcək və şeytanın bu tələsinə düşməyəcəksiniz.

- İnternetdə naməhrəm qadınlar ilə kişilərin söhbətləşməsi müsəlmanın dininə və əxlaqına zərbə vurur. 

- Bu səbəbdən imanını itirmiş nə qədər kişi vardır?! Neçə qadın bu cür internet səhifələrinə aludə olmaqla öz namuslarını itirmişdir?! Onlardan bəzisi, məktublaşmaq və naməhrəm qadınlar ilə söhbətlərin mənfi nəticəsi olaraq, girdikləri bu qaranlıq vadidən qurtulmaq üçün sonda özlərinə intihar etməkdən başqa bir çıxış yolu tapmamışdırlar.[5]

Ən çox təəssüf doğuran hal budur ki, bu ‘bacılar’ utanmadan özlərini Əhli-Sünnəyə nisbət edib, sələfi adlandırırlar. Rasulullah (sallAllahu aleyhi və səlləm) buyurur:

- İnsanlara çatdırılan ilk peyğəmbər kəlamlarından biri budur: “Əgər utanmırsansa istədiyini et!”[6]



İstifadə edilən mənbələr:

[1]- ‘Ümmətin qadınları haqqında mühüm fətvalar’ kitabı, səh. 229
[2]- www.dinifetvalar.com- saytından götürülüb.
[3]- ‘Qadın haqqında fətvalar’ kitabı, səh. 96
[4]- Əhməd, 1/26/114; Albani səhihləşdirib
[5]- Şeyx Muhəmməd ibn Salih əl-Munəccidin rəsmi saytı
[6]- Buxari, 3483, 3484, 6220

___________________
Hazırladı: əz-Zubeyr

2 yorum:

  1. salam aleykum.ALLAH razi olsun. basqa harada sual yazildigini bilmediyimden bura yaziram. evde lazimi kitablarin olmamasina gorede internetden istifadeye mecbur oldugundan internete girmekdemi gunahdi ve menim size elim amaciyla sual yazmagimdami gunahdimi? eger eledirse bir alternativ gosterin.ALLAH imaninizi ve elminizi artirsin.

    YanıtlaSil
  2. Aleykum Salam. Elm oyrenmek, bilmemezliyi aparmaq meqsedi ile guvendiyiniz elm ehline sualinizi unvanlaya bilersiniz. Eger tanidiginiz bele bir elm ehli yoxdursa onda suallarinizi mene garibekrem@hotmail.com unvanina gonderin. Men bilsem cavab verim, bilmesem elm ehlinden sorusum. Cunki her bir sexse, ister kisi olsun, ister qadin olsun elmini artirmasi vacibdir. Allah daha duzunu bilir. Salam Aleykum.

    YanıtlaSil