13 Nisan 2012

İslama dəvət yerləri


Bismilləh. Əs-Səlamu Aleykum. Hörmətli oxucular! Bu günlərdə bəzi müsəlmanları xüsusi bir məsələ narahat edir. Bu da ondan ibarətdir ki, islam dəvətçiləri harada gəldi insanlara islamdan danışır, onları Allaha dəvət edirlər. Məsələn: çayxanalarda, yeməkxanalarda, adi iş yerlərində, kişilərin və qadınların oturduğu ümumi məclislərdə insanlar islama dəvət olunur. Bir çoxlarında belə bir şübhə meydana gəlir ki, harda gəldi insanları islama dəvət etmək olarmı?
Əsələn bu gün yaşadığımız cəmiyyətdə elə çayxanaya rast gəlməzsən ki, orada siqaret kimi haramlar çəkilməsin. Belə olduqda bəzi islam dəvətçiləri bu yerlərə gələrək yaxınlarını islama, Allaha dəvət edir. Orada dinə aid müxtəlif söhbətlər aparır və mübahisələr edirlər. Bu nə dərcədə düzgündür? Bəziləri bununla razılaşmırlar, iddia edirlər ki, bu cür yerlərdə, xüsusən siqaret çəkənlər arsında dəvət aparmaq doğru deyildir. Bu kimi suallara cavab vermək üçün biz dəvətin məqsədini və mahiyyətini bilməliyik. Bundan başqa hətta evlərədə belə islamdan danışmağın düzgün olmadığını deyənlər vardır. Bütün bunlar bilmədən deyilə də bilər, bilərəkdən dəvətin qarşısını kəsmək üçün də deyilə bilər. Hər hansısa bir yerdə xeyirə dəvət edən varsa o yer xeyirli yer hesab olunur. Islama dəvət ancaq məscidlərdə olmur. Bunu bilin ki, islama dəvət ancaq məscidləri əhatə etməməlidir. İslama dəvət etməyin çox yerləri, yolları mövcuddur. Şübhə yoxdur ki, əgər yaşadığın yerlərdə məscidlər varsa, orada namazlar camaatla qılınırsa, Cümə namazı qılınırsa ora dəvət üçün ən əlverişli yerdir. Çünki, orada Cümə günü və digər günlər xütbələr verilir, camaat Allaha ibadət etmək üçün bir yerə cəm olunur, müsəlmanların bir yerdə cəm olması insanların imanına böyük təsir edir. Məscidə gəlməklə insan rahatlıq, iman şirinliyi, aydınlıq əldə edə bilir. Əgər məscidlərdə elm məclisləri olursa, həmin elm məclislərini dinləmək insanın həm elmini artırır, həm də xüsusi iman əldə edir. İnsana tərifi mümkün olmayan ruhi sakitlik, iman əminliyi, xüsusi nur verilir. Əlbəttə bütün bunları ancaq Allaha həqiqi iman edən əldə edir. Buna baxmayaraq elm məclisləri və islama dəvət təkcə məscidə xas deyil. Bunu əlverişli olan hər bir yerdə aparmaq olar. Allaha dəvət işini ictimai münasibətlər qurulan hər bir yerdə aparmaq olar. Msələn, halal qida verilən yeməkxanalarda, çayxanalarda, dərs auditoriyalarında, telefon əlaqələrində, internet saytlarında, müxtəlif ictimai əlaqələr zamanı Allaha dəvət işini aparmaq olar. Mömin, Allaha iman edən harada olursa olsun Allaha dəvət üçün darıxır və bunu həyata keçirir. Onun məqsədi digər insanların rahatlıq tapması, Allahın razılğını əldə etməsi, nemətlər əldə etməsi, əhval-ruhiyyəsinin yaxşı olması, insanların bir-birini sevməsi və birlikdə mehriban olmasıdır. Allaha iman edən və dini elmi olan insan çalışmalıdır ki, bilməyənlərə harada dini sual versələr ona bildiyini cavab versin, bilməyənlərə bildiyi şəriət qaydalarını anlatsın. Bilmədiyi məsələlərdə susması isə onun üçün daha xeyirlidir. 
Əgər uca Allah insanları bir yerə topladığı zaman, hansı yer olursa olsun, hansı zaman olursa olsun, hansı yer olursa olsun, insanlarla toplanma olan yerlərdə bir araya gəlmisinizsə orada Allaha dəvət üçün ən gözəl imkan yaranmışdır. Əgər dəvətin ədəblərini bilirsənsə, islamdan, Allaha dəvət işindən danışmağı bacarırsansa orada danışa bilərsən. Bura hansısa qonaqlıq, hansısa yeməkxana, hansısa çayxana, hansısa görüşmə olan bir yer də ola bilər. Əgər hansısa çayxanada siqaret çəkirlərsə onda onlara bacardığın ən gözəl şəkildə siqareti qadağan edə bilərsən. Bunun məsuliyyəti isə həmin yerin sahibinə aiddir. Həmin çayxananın sahibi buna icazə verməməlidir. Əgər səni həmin yerə dəvət üçün çağırıblarsa və səndə orada onlarla oturub çay içirsənsə onda onlara nəsihət edərək bu adətdən çəkindirə bilər, siqaretin haram olmasını onlara izah edərsən. Amma onlar siqaret çəkdikləri üçün dəvəti dayandırmamlısan. Əlbəttə siqaret haram olduğu üçün haram yerlərdə oturmaq düzgün deyil, amma dəvət üçün bunu etmək olar. Çünki ola bilər ki, sənin dəvətindən sonra o gənclər siqareti atarlar, Allah təala sənin əlinlə bir nəfərə hidayət versə bu sənin üçün xeyirdir. 
Siqaret çəkməyən dəvətçilərin sayəsində çox sayda siqaret çəkənlər bu adətdən əl çəkmiş, siqaret çəkməyə tövbə etmiş, rahatlıq yolunu əldə etmişlər. Allah təala hər birimizi bütün növ haramlardan qorusun. Amin! 

Əkrəm Həsənov (ilahiyyatçı, yazar, elmi işçi)...
    

Hiç yorum yok:

Yorum Gönder