Həqiqətən bu ümmətə böyük bir fitnə doldu. Bunda heç bir tərəddüd və şübhə yoxdur ki, haqq din haqqında sual verməzdən əvvəl gərək məsələlərin isnadına baxasan və isnadla maraqlanasan. Heç bir müdafiəsiz haqq din haqqında üzə çıxan fitnə İmam Osman bin Affanın xilafətinin başlanğıcında üzə çıxdı. Xüsusilə Əli ibn Əbu Talib xilafətinin sonlarında xəyanət səbəbi ilə şəhid oldu. Bu ümmətin insanlarının bölünməsi və ayrılması səbəblərindəndir ki, Rəsulullahın (ona və ailəsinə salam olsun) hədislərində yalan yayıldı və uydurma (bidət) ortaya çıxdı.
Əbu İshaq dedi ki: “Bidətlərə gəlincə, o şeylər Əlidən (Allah ondan razı olsun) sonra ortaya çıxdı. Əlinin əshablarından biri dedi ki: “Allah onları öldürsün, gör hansı elmdə fəsad etdilər” (Səhih Müslimin şərhində 1\40). İbn Sirin dedi: “İsnad haqqında heç kim soruşmurdu, fitnə ortaya çıxdıqdan sonra dedilər: “Bizim üçün adamları qarışdırdılar. Əhli Sünnəyə baxılsın və onların hədisləri götürülsün, əhli bidətə baxılsın və onların hədisi götürülməsin (əl-Masdaru-s-Sabiq, 1\44). Bunun üçün isnadın tələbi və onun üstündə durmaq ortaya çıxdı. Bu ümmətin xüsusiyyətlərindən böyük, xüsusi bir nemət, yollardan ən üstün bir yol, sünnətlərdən ən yüksək bir sünnətdir.
İbn Sirin dedi: “Həqiqətən də bu elm itaətdir (borcdur). Dininizi kimdən aldığınıza diqqət yetirin” (əl-Masdaru-s-Sabiq, 1\44). İmam Səxavi (Allah Təala ona rəhmət eləsin) deyir: “Bizə əbu Abbas yoluyla rəvayət olundu ki, əd-Dəğuli dedi: “Mühəmməd bin Hatim bin Müzəffərdən eşitdim, dedi: “Həqiqətən də Allah bu ümmətə isnad bəxş etməklə yaxşılıq etdi, şərəfləndirdi və onu fəzilətli etdi. Qədim və yeni ümmətlərin heç birinin isnadı yoxdur, o onların əllərində səhifələrdir. Artıq onlar Tövratda və İncildə nazil olunmayan fərqli xəbərlərini öz kitablarına qarışdırdılar. Arasına da doğru olmayan xəbərlər qatdılar. Öz kitablarına qarışdırdıqları doğru olmayan xəbərləri mənbə kimi götürdülər. Tövratda və İncildə nazil olunan fərqli xəbərlərinə heç bir əsası və səhihliyi olmayan xəbərlər qatdılar. Bu ümmət əmanətin və doğruluğun zamanında hədisləri əsli olmayan batil sözlərdən qoruyaraq toplamışlar. Sonra ən güclü bir yoxlama ilə yoxlamış, incələmiş, müzakirə etmiş, hətta əzbər öyrənib hifz etmişlər. Onu tam olaraq doğru bir şəkildə mühafizə edib qorumuşlar. Daha az bir insan qrupundan daha çox bir insan qrupuna çatdırmış, sonra hədisləri iyirmi və daha çox növdə yazmış, onu yalandan və səhvdən təmizləmişlər. Hərflərini hərəkələmiş və dəfələrlə saymışlar. Bu isə bu ümmətə Allaha şükr etmək üçün Allahın bəxş etdiyi ən böyük nemətdir”.
Əbu Hatim ər-Razi deyir: “Allahın Adəmi yaratdığından bəri ümmətlər içərisində bu ümmətdən başqa elə bir ümmət yoxdur ki, peyğəmbərlərin əsərlərini (həyat yolunu, sözünü, davranış və əməllərini) qorusun”. Əbu Bəkr Mühəmməd bin Əhməd deyir: “ Mənə gəlib çatdı ki, Allah Təala bu ümmətə xüsusi olaraq üç şey vermişdir (üç şeyi bu ümmətin xüsusiyyəti etmişdir), bundan əvvəl isə bunu heç kimə verməmişdir: İsnad, Ənsab, İrab”. Müəllif deyir ki, onun bu sözünü bu kitablarda tapmadım. Yalnız Kitabu Şərhu-l-Məvahib əd-Diniyyə 5\395-ci səhifədə tapdım.
Əkrəm Həsənov (ilahiyyatçı)...
Hiç yorum yok:
Yorum Gönder