Biiz (Beyz) - (Ağ günlər - yəni gecə ayın böyük və işıqlı olduğu günlər) günləri deyilən hər hicri ayın 13-14-15-ci günləri oruc tutmaq dinimizdə gəlmişdir. İndi qarşıdan hicri tarixi ilə Rəbius-Səni ayının 13-14-15-ci günləri gəlir. Bu günlər miladi tarixi ilə Mart ayının 5-6-7-ci günlərinə düşür.
Ağ günlərdə oruc tutmağın fəzilətli, yəni üstün və bəyənilən əməl olması haqqında hədislər gəlmişdir:
Əbu Hüreyrə (Allah ondan razı olsun) deyir ki, "Dostum (Allah Rəsulu səlləllahu aleyhi və səlləm) mənə üç şeyi məsləhət (nəsihət) etdi: Hər aydan üç gün oruc tutmaq, duha namazı qılmaq və yatmazdan əvvəl vitr namazını qılmaq".
Abdullah ibn Ömər ibn As (Allah onların hər ikisindən razı olsun) deyir ki, Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) mənə dedi: "Hər aydan üç gün oruc tutmaq sənə bəs edər, kifayət edər. Həqiqətən də sənin üçün onlar on qat əvəzlə əvəzlənər. Bu bütün vaxt üçün belədir".
Biz Allahdan istəyirik ki, bizi bu əməllərə və bu savablara nail etsin. Amin! Allahım! Bizi nəfsimizlə baş-başa buraxma. Ya Rəbbimiz! Sən bizə kömək ol ki, biz nəfsimizə qalib gəlib sənin bizə göndərdiyin elçinin vasitəsi ilə böyük savablar əldə edək. Amin!
Biz bu orucları tutsaq aşağıdakı üstünlüklərə nail olmuş olacağıq:
1. Allah təalanın razılığını qazanmış olacağıq,
2. Allah Rəsuluna (səlləllahu aleyhi və səlləm) tabe olmuş olacağıq,
3. Həqiqətən də Allah təala səninlə Cəhənnəm arasındakı məsafəni yüz il yüngülləşdirəcək.
4. Allah təala səninlə od arasında Yerlə Göy arası qədər xəndək düzəldəcək.
5. Həqiqətən də Qiyamət günü sənə orucla şəfaət edəcək.
6. Qiyamət günü səni Reyyan qapısından Cənnətə daxil edəcək.
7. Ümid olunur ki, Cənnətə daxil olduğun gün orucla Cənnətə daxil olasan (yəni oruc tutduğun üçün)....
Baxın, Allah təala sizin üçün xeyir istəyir. Bunu ailənizə və yaxınlarınıza təbliğ etməyi unutmayın.
Allah təala bizdən və sizdən qəbul etsin. Amin! Allah təaladan sözümüzdə, əməllərimizdə və hərəkətlərimizdə bizi ixlasla ruziləndirməsini istəyirik. Yəni Allah təala bizə bütün işlərimizdə, bütün sözlərimizdə, bütün hərəkət və əməllərimizdə yalnız və yalnız Allah üçün əməl etməyi nəsib etsin. Amin!
Əkrəm Həsənov (ilahiyyatçı)..
Hiç yorum yok:
Yorum Gönder