07 Mart 2012

Etibarlı fondumuz Azəriumma Yardım Fonduna etibar edək!


Bismilləh. Ən əvvəl hər birinizi uca Allahın ən gözəl adlarından biri olan Əs-Səlam adı ilə salamlayıb deyirəm: Əs-Səlamu Aleykum və rahmatullahi va baraktuhu.
Əziz müsəlmanlar! Biz müsəlman cəmiyyətinin içərisində yaşayırıq. Bizim tövhid əhli olan (tək Allaha ibadət edən) cəmiyyətimiz ən xeyirli cəmiyyətdir. Bizi bu nemətə qovuşduran uca Allaha həmd olsun. Amin!

Dəyərli müsəlman qardaş və bacılarım! Yaşadığımız bu çətin şəraitdə bir müsəlman kimi, bir insan kimi, bir müsəlman camaat kimi bizim də ehtiyaclarımız vardır. Hamımıza məlum olan yemək ehtiyacı, ruzi təmini ehtiyacı, sığınacaq (ev) ehtiyacı, qorunma ehtiyacı, təhsil, elm ehtiyacı, artıb çoxalma ehtiyacı və s. kimi adını çəkmədiyim bütün növ yaşamağa aid ehtiyaclarımız vardır. Bu ehtiyacları əldə etmək üçün bizim hər birimizin bir dayanacağımız yer olmalıdır. Dayanmaq dedikdə biz onu nəzərdə tuturuq ki, yəni bir qrupumuz, fondumuz olmalıdır. Bizim hamımızın bir yerdə olmağımızı təmin edən hər hansısa bir fondun, yəni bizim birliyimizin olması üçün:
- bu birlik – fond vasitəsi ilə bir yerə gələnlərin bir məqsədi olmalıdır,
- müsəlmanlar arasında düzgün, şüurlu, qarşılıqlı əlaqə olmalıdır,
- müsəlmanlar arasında bir nizam-intizam olmalıdır.
Allaha həmd olsun ki, illər əvvəl belə bir fondumuz müsəlman qardaş və bacılarımız tərəfindən təşkil olunub və fəaliyyət göstərir. Bu fondun adı “Azəriumma Yardım Fondu”dur.   
Hörmətli müsəlmanlar! Aramızda “Azəriumma Yardım Fondu”nu tanımayan ya yoxdur, ya da çox azdır. Bu fond vasitəsi ilə neçə sıxıntıda olan müsəlmanlar öz sıxıntılarından xilas olmuş, neçə borclu olan müsəlmanların borcu ödənilmiş, neçə xəstə olan müsəlmanların müalicə alıb şəfa tapmasına səbəb olmuş, neçə sığınacağı olmayanlar sığınacaqla təmin olunmuş, bir çox ev avadanlıqları olmayan ev avadanlıqları ilə təmin olunmuşdur. Bütün bunlar hamısı Allahın izni ilə və müsəlmanların bir-birinə olan Allah üçün hörməti və sevgisi ilə həyata keçmişdir.
Biz “Azəriumma Yardım Fondu” sözünü bir fond kimi adlandırmaqla digər müsəlman bacı və qardaşlarımızı özümüzdən ayırmamışıq. Bu adın işlənməsi o demək deyil ki, bu ad başqa müsəlmanlarla əlaqədər deyil, yaxud da bu ad xüsusi bəzi müsəlmanların bir qurumudur. Belə düşünmək qəti düzgün deyil. Çünki bu fond bizim hər birimizin birlikdə olduğumuz, birimizin digərimizin ehtiyacını ödəmək istədiyimiz, digərimizin ehtiyac duyduğumuz hər hansısa bir ehtiyacı qarşıladığımız bir birliyimizdir.
Allahın izni ilə bu birliyimiz vasitəsi ilə həqiqətən də biz bir çox ehtiyacları ödəyə bilmişik. Qəlbi qırılan, həyatdan ümidini itirən, yanında kimisə köməkçi kimi tapa bilməyən müsəlman bu fondun yardımı ilə daima Allaha həmd etmiş, şükr etmiş, ehtiyacları qarşılanmışdır..
Hər bir insan həyatda müəyyən sıxıntılar yaşayır. Hər kəs eyni səviyyədə imtahanla qarşılaşmır, yaxud da eyni səviyyədə əlində olan imkanlardan düzgün istifadə edə bilmir. Bizim hər birimizin ehtiyacımızdan artıq olan ev əşyalarımızı, lazımsız pal-paltarlarımızı, digər ağlımıza gələn bütün şeyləri bu fond vasitəsi ilə digər ehtiyacı olan müsəlman qardaş və bacılarımıza çatdırmaqla böyük savaba nail oluruq.
Düzdür, çox hallarda aramızda həqiqətən də ehtiyacı olmayan müsəlmanlar bu kimi fürsətlərdən istifadə edib ehtiyacı olmadığı halda pul istəyə bilər. Belə hallarda bizim itirdiyimiz heç nə olmur. Çünki biz ehtiyacımızdan artıq olanı bu fonda, müsəlmanların istifadəsi üçün Allah rizasını qazanmaq üçün veririk. Bizim niyətimizə və əməlimizə görə savab yazılır. Biz onu araşdırmaq, onu kim götürüb, niyə götürüb, hara xərcləyib kimi suallar bizi maraqlandırmamamlıdır. Əvvəllər belə hallar bir neçə dəfə baş versə də, tezliklə bunun da qarşısı Allahın izni ilə alındı.  
Mehriban müsəlmanlar! Gəlin birklikdə gücümüz çatan qədər bu fond vasitəsi ilə bir-birimizə yardım edək. Bilək ki, həqiqətən də ehtiyaclar ödənilir. Amma çox hallarda mən özümü də aid edərək deyirəm ki, həqiqətən də biz digər müsəlman qardaşlarımıza qarşı həddən artıq çox səhlənkarlıq göstəririk. Məsələn əvvəllər Azəriumma fondunun təşkil etdiyi ayda bir manat aksiyası başlayanda bütün müsəlmanlar çox aktiv yardım etdilər. Hətta məscidlərdən belə, məscidə gələn hər bir qardaş ayda bir manatı verirdi. Ancaq sonralar nədənsə çox zəiflik baş verdi və demək olar ki, artıq müsəlmanların çoxu ehtiyacları ödəmək üçün ayda bir manat belə vermək istəmir. Bunu ən kasıb qardaşımız belə imkan edib verə bilər. Ama biz buna riayət edə bilmirik. Daha doğrusu riayət etmirik. Mən həm fonddan, həm də qardaşlarımızdan bu işi daha aktiv hala gətirməyimizi istəyirəm. Bizim fondumuzun saytını da nəzərinizə çatdırıram ki, həmişə sayta daxil olub yenilikləri, görülən işləri, ehtiyacları, ehtiyacların qarşılanmasını izləyəsiniz.
Allah təala hər birimizin ruzisini bollaşdırsın və günahlarımızı bağışlasın. Amin! Haqqınızı halal edin. As-Salamu Aleykum va rahmatullah.

Əkrəm Həsənov (elmi işçi, ilahiyyatçı).

Azəriumma Yardım Fondunun rəsmi saytı: www.azeriumma.com

Hiç yorum yok:

Yorum Gönder