23 Mart 2012

Kim namaz kimi əməldən soruşsa inşallah deyə bilərsənmi?


Bismilləh. Bəzi insanlardan belə eşitdim ki, onlar deyirlər: Əgər namaz kimi, oruc kimi, dünya və axirətdə hamının xoşuna gələn işlər görürsənsə və səndən belə bir sual soruşurlarsa ki, sən namaz qıldınmı (qılırsanmı), oruc tutdunmu (tutursanmı), filan filan yaxşı əməlləri etdinmi (edirsənmi), onda cavab olaraq “inşəallah” demə. Lakin de: Bəli, çünki həqiqətən də sən həmin yaxşı əməlləri edirsən. Bu məsələdə rəyiniz nədir?


Burada təfsilat var. İbadətlərə gəldikdə inşəallah deməkdə heç bir maneə yoxdur. İnşəallah namaz qıldım, inşəallah oruc tutdum. Çünki sən dəqiq bilmirsən ki, sən ibadətləri kamil etdin, yoxsa yox, ya da dəqiq bilmirsən ki, o ibadətlər səndən qəbul olundu yoxsa yox. Möminlər imanlarında və oruclarında istisna edilməkdən nəhy olunublar. Çünki o bilmir ki, imanında və orucunda kamildir, yoxsa kamil deyil. O deyir: İnşallah mən səhih, qaydasında və şərtlərinə riayət edərək düzgün oruc tutdum. Deyir: Mən inşallah möminəm. Yəni imanım səhihdir və o üzərə yaşayıram və ölürəm. Amma başqa xeyir işlərdə inşallah demək barədə ixtilaf yoxdur. Məsələn: Səndən soruşurlar: 
- Bu satılır? Cavab verə bilərsən ki, inşallah mən bunu satıram. Nə istəyirsən?
 - İnşallah bunu satmaq istəyirəm. Bu kimi hallarda inşallah demək Allah təalanın adı ilə bərəkət ummaq deməkdir. Allah daha yaxşı bilir. 

Əkrəm Həsənov (ilahiyyatçı)..


İbn Baza ünvanlanan suallardan  birinə verdiyi cavabdan seçib əlavələr edərək, ərəbcədən tərcümə edib hazırladım.



Hiç yorum yok:

Yorum Gönder