Allahın nemətlərindən məhrum və əzabına düçar olmamaq üçün Allaha itaət etmək, ona yaxınlaşmaq və onun yaratdıqlarına yaxşılıq etməkdən daha sağlam bir yol yoxdur.
Uca Allah Qurani kərimdə axirətdəki xeyirlərin səbəbini, əməllər və hərəkətlərə bağlamışdır. Xeyir və şərin isə əməllərin sonunun ya xeyir və ya şərlə qurtardığını bildirmişdir. Şərti pozanların sonunun cəza olmasının, xəstəliyin sonda xəstələnməyə səbəb olmasının, səbəb olunanın səbəbin sonunun bir nəticəsi olduğunu bəyan etmişdir. Bu, Quranda mindən çox yerdə keçməkdədir. Uca Allah özünün etdiyi bir şeyi və ya qullarına verdiyi şəri əmri, yəni dini əmri ona uyğun bir hal və səbəb üzərinə bina edir. Necə ki Allah taəala buyurur: “Özlərinə qoyulan qadağanı pozduqları zaman Biz onlara: "Mənfur meymunlar olun!"– dedik” Əl-Əraf 166.
Həmçinin Allah təalanın bu sözü: “Onlar Bizi qəzəbləndirdikdə onlardan intiqam alıb hamısını dənizdə batırdıq” Zuxruf 55.
Həmçinin Allah təalanın bu sözü: “Etdikləri əməlin əvəzində Allahın cəzası olaraq oğru kişinin və oğru qadının əllərini kəsin! Allah Qüdrətlidir, Müdrikdir” Maidə 38.
Həmçinin Allah təalanın bu sözü: “Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müti kişilər və müti qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbirli kişilər və səbirli qadınlar, Allaha baş əyən kişilər və baş əyən qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və ismətlərini qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır” Əhzab 35.
Belə ayələr olduqca çoxdur, bəzən onun üzərinə şərt və cəza (mükafat) formasında tərtib olunur necə ki, bu ayədəki kimi “Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar” Ənfal 29.
Həmçinin bu ayədə keçən kimi “Əgər onlar o yolda sabit qalsaydılar, Biz onlara bol-bol su verərdik” Cin 16.
Həmçinin bu ayədə keçən kimi “Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onlar sizin din qardaşlarınızdır” Tövbə 11. Beləliklədə bunlara bənzər olan ayələr.
Bəzən isə “səbəb ləmi-ilə” keçkəmdədir, məs: Allah təala buyurur: “Bu mübarək Kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik” Sad 29.
Həmçinin Allah təalanın bu sözü kimi “Beləliklə Biz sizi orta bir ümmət etdik ki, siz insanlara şahid olasınız, peyğəmbər də sizə şahid olsun” Bəqərə 143.
Bəzən isə “key” ədatı ilə gəlir, hansı ki, buda səbəb üçündür, necə ki Allah təala buyurur: “Allahın Öz Peyğəmbərinə kəndlərin əhalisindən verdiyi qənimətlər Allaha, Peyğəmbərə, qohum-əqrəbaya, yetimlərə, yoxsullara və müsafirlərə məxsus edilmişdir ki, o, aranızdakı zənginlərin dövləti olub qalmasın” Həşr 7.
Bəzən isə “Səbəb bə-si ilə gəlməkdədir, necə ki, Allah təala buyurur: “Bu, öz əllərinizlə etdiyiniz əməllərə görədir. Yoxsa Allah qullarına zülm edən deyildir". Əli İmran 182.
Həmçinin: “Bu cəza ona görədir ki, onlar Allahın ayələrini inkar etmiş və bəzi peyğəmbərləri haqsız yerə öldürmüşlər. Bu həm də ona görədir ki, onlar asi olmuş və həddi aşmışlar” Əli İmran 112.
Bəzən isə “Məful li əclihi” zahirdə və ya məhzuf formasında keçməkdədir, necə ki, Allah təala buyurur: “Aranızdakı kişilərdən iki nəfəri şahid tutun. Əgər iki kişi olmazsa, razı olduğunuz şahidlərdən bir kişi və iki qadını şahid tutun ki, qadınlardan biri unutduqda, o birisi onun yadına salsın” Bəqərə 282.
Digər bir ayədə isə: “Bu ona görədir ki, siz Qiyamət günü: "Biz bundan xəbərsiz idik!"– deməyəsiniz” Əl-Əraf 172.
Digər ayədə isə: “Biz bunu ona görə nazil etdik ki, siz: "Kitab yalnız bizdən əvvəlki iki tayfaya (yəhudilərə və xaçpərəstlərə) nazil edilmişdir. Biz isə onların oxuduqlarından xəbərsizik"– deməyəsiniz” Ənam 156.
Bəzən isə “Fə səbəbisi islə” keçməkdədir, necə ki Allah təala buyurur: “Onlar isə peyğəmbəri yalançı sayıb, dəvənin diz vətərini kəsdilər. Onların Rəbbi də bu günahlarına görə onların hamısını qırıb yerlə-yeksan etdi” Şəms 14.
Digər ayədə isə: “Onlar öz Rəbbinin elçisinə asi oldular, O da onları şiddəti artan bir əzabla yaxaladı” Həqqa 10.
Digər bir ayədə isə: “Beləliklə, onları yalançı saydılar və həlak edilənlərdən oldular” Əl-Muminun 48. Beləliklədə bu kimi bənzər ayələr.
Bəzən isə cəzaya dəlalət edən “Ləmmə” ədatı ilə gəlməkdədir, necə ki Allah təala buyurur: “Onlar Bizi qəzəbləndirdikdə onlardan intiqam alıb hamısını dənizdə batırdıq” Zuxruf 55. Həmçinin buna bənzər ayələr.
Bəzən isə “ənnə, va mə alimət fiyhi” formasında keçməkdədir, necə ki Allah təala buyurur: “Həqiqətən, onlar yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə yalvarardılar. Onlar Bizə müti qullar idilər” Ənbiya 90.
Digər ayədə isə bunların əksi olaraq: “Doğrudan da onlar pis adamlar idilər. Odur ki, Biz onların hamısını suya batırdıq” Ənbiya 77.
Bəzən isə “ondan qabaqkının, sonrakı ilə bağlantısına dəlalət edən -Ləv lə-” ədatı ilə keçməkdədir, necə ki, Allah təala buyurur: “Əgər o, Allaha tərif deyənlərdən olmasaydı,balığın qarnında Qiyamət gününə qədər qalardı” Saffat 143-144.
Bəzən isə “Şərtə dəlalət edən-löv-ədatı ilə gəlməkdədir, necə ki Allah təala buyurur: “Əgər onlar özlərinə verilən öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli və daha mükəmməl olardı” Nisə 66.
İbn Qeyyum əl-Cövziyyənin "Dərd və dəva" kitabından, tərcümə edən: Rəşad Hümbətov, Redaktor: Əkrəm Həsənov.
Hiç yorum yok:
Yorum Gönder