Bəziləri bu qüdsü hədisi: “Mən qulumla, mənə qarşı bəslədiyi zənnə görə davranıram, artıq qulum mənim barəmdə istədiyi zənndə olsun” düzgün başa düşmürlər. Yəni, zənnində mənim barəmdə nə varsa mən ona, onu edərəm. Şübhə yox ki, gözəl zənni ancaq, yaxşılıq edən kimsə edər. Gözəl zənndə olan kimsə Rəbbinin qulun yaxşılığının əvəzini verəcəyinə, vədindən dönməyəcəyinə və tövbəsini qəbul edəcəyinə səmimiyyətlə inanır.
Böyük günahlarda israr edənə gəlincə, qazandığı günahlar, zülm və haram, onunla Rəbbi arasında bir soyuqluq və uzaqlıq əmələ gətirir. Bu da Rəbbinə qarşı gözəl zənn etməsinə əngəl olur. Bu fikir insanlar arasındakı müamilələrdə də belədir. Günahkar, itaətsiz bir kölə, ağasının onunla gözəl müamilə edəcəyinə, gözəl zənn bəsləyə bilməz. Heç vaxt günahların səmərəsi olan, qəlbdəki soyuqluqla gözəl zənn bir arada toplanmaz. Çünki pislik edən insanın zənnidə etdiyi pisliyin miqdarında olur. Həmçnin Rəbbinə ən çox gözəl zənn edən kimsələrdə ən yaxşı ona itaət edən kimsələrdir. Necəki Həsən Əl-Bəsri buyurur: “Möminin halı yaxşılıq etdiyi üçün Rəbbi barəsində yaxşı zənndə olan, günahkarın halı isə pis əməl etdiyi üçün pis zənndə olandır.”
Allahdan qaçıb onun qəzəbini cəlb edən əməlləri işləyən Rəbbinə necə gözəl zənn edə bilər?! Rəbbinin haqqlarını və əmrlərini ciddiyə almayıb zay edən qadağalarını xəfifə alıb işləyən və günahlar üzərində günah edən kimsə onun barəsində necə gözəl zənn edə bilər?!
Allaha qarşı vuruşan, möminlərə düşmənçilik edən, Allahın düşmənlərinə dostluq bəsləyən, Allahı naqislikdə ittiham edən və onun sifətlərini inkar edən kimsə onun barəsində necə gözəl zənn edə bilər?! Allahın danışma, əmr etmə razı qalma, qəzəblənmə kimi sifətlərini qəbul etməyən onun barəsində necə gözəl zənn edə bilər?! Necə ki Allah təala onun incəliklərdən xəbəri olmadığına, pıçıltıları eşitmədiyinə şəkk edənlər haqqında belə buyurmuşdur: “Sizin öz Rəbbiniz barəsində bu zənniniz sizi məhv etdi və siz ziyan çəkənlərdən oldunuz.”
Bunlar o vaxt ki, Allah təlanın onların incəliklərindən xəbəri olmadığını düşünüb pis zənnə qapandılar. Şəkk yoxdur ki, Allah barəsində etdikləri pis zənn onları həlak etdi. Bu, Allahın kamil sifətlərini və uca vəsflərini inkar edənin və onu layiq olmadığı şeylərlə vəsfləndirənlərin halıdır. Bu insan, bu düşüncələrlə yanaşı Allahın onu cənnətinə qoyacağı barədə gözəl zənnə qapılırsa, bu aldanışdır və yaxudda Allaha gözəl zənn bəsləmək mövzusunu şeytan onun üçün gözəlləşdirmişdir. Yəni bu insan gözəl zənnin nə vaxt ediləcəyini bilmir.
Bu məsələyə diqqət yetir. Özünün Allaha qovuşacağını, Allahın sözlərini eşitdiyini, qulu gördüyünü, gizlidə və aşkarda hər şeyi bildiyini və heç bir şeyin ondan gizli qalmadığını, bir gün onun hüzuruna çıxarılıb, etdiyi əməllərdən sorğu suala çəkiləcəyini yəqinən (dəqiq) bildiyi halda, Allaha asi olan, əmrlərini yerinə yetirməyən, qadağan etdiklərindən çəkinməyən bir qul Rəbbinə necə gözəl zənn edə bilər?!
Bu, nəfslərin aldanışından və xam xəyallara qapanmaqdan başqa bir şey deyildir.
Əbu Usamə Səhl İbn Hənif buyurur: Urva ibn Zubeyr ilə birlikdə Aişənin yanına getdim və O bizə Peyğəmbərin ölüm anını anlataraq buyurdu: “kaş ki, Peyğəmbərin xəstə halını görərdiniz, o vaxt onun evdə altı və yaxud yeddi dinarı var idi və məndən bunları sədəqə verməyimi əmr etdi. Lakin mən onun xəstəliyi başımı qarışdırdı və sədəqə verməyi unutdum. Allah ona şəfa verdikdən sonra məndən soruşdu? O, altı dinarı sədəqə verdinmi? Məndə: Yox, Vallah sənin xəstəliyin başımızı o qədər qatdı ki, unutdum dedim. Gedib altı dinarı gətirib ona verdim. Peyğəmbər dedi: Bu dinarlar olduğu halda Allaha qovuşan bir Peyğəmbər öz Rəbbi haqqında hansı zənndə olsun?! Buyurdu.
Aman Allahım! İnsanlara müxtəlif cür haqqsızlıq və zülm edərək Allahın hüzuruna çıxan zalimlərin və böyük günah işlədənlərin görəsən Allaha zənnləri necədir?! Əgər: biz Rəbimizin heç bir zalimə və fasiqə əzab etməcəyinə dair gözəl zənn bəslədik” sözlərinin onlara bir fayda verəcəyini fikirləşirlərsə, onda Allahın qadağan etdiyi hər şeyi etsinlər. Çünki cəhənnəm odu onlara görə onları yandırmayacaqdır! Sübhənallah… İnsanın özünü aldatması, öz xətalarını görmək istəməməsi, ən çirkin insan olduğu halda, Allah qatında ən uca insanlardan olduğunu zənn etməsinə qədər gətirib çıxarda bilir.
İbrahim Peyğəmbərdə öz qövmünə: “Allahdan başqa özünüzə qondarma İlah seçdityiniz halda, Aləmlərin Rəbbi olan Allah haqqında zənniniz nə ola bilər?!”
Bu deyilənlərə diqqət yetirsən görərsən ki, Allah barəsində gözəl zənn etməyin ruhu, gözəl əməl etməkdir. Çünki, Allahın quluna savab verəcəyi, mükafatlandıracağı və sairə kimi gözəl zənnlər, qulun gözəl əməl işləməsinə səbəb olur.
Qulun Rəbbinə nə qədər çox göəzl zənn etməsi, o qədər də saleh əməl işləməsinə gətirib çıxardmalıdır. Yox əgər gözəl zənndən sonra günahlar və öz nəfsani arzularına uyub, acizlik və yaxud səhlənkarlıq gələrsə , bu zənn gözəl zənndir, lakin şeytanın insan üçün gözəlləşdirdiyi zənndəndir.
Bu zənndən sonra əmrləri yerinə yetirib günahlardan çəkinməmək acizlikdir. Necə ki İmam Tirmizinin Şəddəd ibn Övsdən nəql etdiyi rəvayətdə Peyğəmbər belə buyurur: Ağıllı insan nəfsini Allahın əmrinə boyun əydirən və ölümdən sonrası üçün çalışandır. Aciz isə öz nəfsinin havasına və arzularına uyub sonra da Allaha qarşı yaxşı ümüd bəsləyən kimsədir. İxtisarla; gözəl zənn ancaq qurtuluş vəsilələri olduğunda həqiqi həlak səbəbləri olduğunda isə bir aldanışdır. Bu zənn insana fayda verməz.
İbn Qeyyum əl-Cövziyyənin "Dərd və dəva" kitabından, tərcümə edən: Rəşad Hümbətov, Redaktor: Əkrəm Həsənov.
Hiç yorum yok:
Yorum Gönder