Bəzi insanlar müsəlmanlara irad tuturlar ki, dində bir məsələdə konkret qayda yoxdur. Yəni, adicə namazın hansı hissəsində olursa olsun belə mütləq fikir ayrılığı var. Əlbəttə fikir ayrılığının olması normal haldır. Hətta zəruri haldır. Çünki insanlar eyni vaxtda, eyni yerdə, eyni məsafədə, eyni cinsdə, eyni səviyyədə olmurlar. Ona görə də islam dininin fiqhi məsələlərində fikir ayrılıqlarının olması çox təbii və normal haldır.
Bu belə də olmalıdır. Bəzən müsəlmanların özləri arasında belə bu fikir ayrılıqlarının olması onlarda şübhə meydana gətirir. Çox hallarda onların ibadətinə mane olur və şübhələrə cavab tapa bilmədiyi üçün tərəddüd edirlər. Allah qorusun, o qədər qəlbən iman gətirib ibadətə başlamaq istəyən insanlar, gənclər vardır ki, bunlar bu cür fiqhi ayrılıqları görüb ibadətdən tədricən özlərini uzaqlaşdırırlar və onlar uzaqlaşdıqları üçün də Allah təala onları uzaqlaşdırır. Ancaq hər bir şüurlu insan dərk edir ki, evdə iki körpə uşaqlar arasında belə fikir ayrılığı baş verir. Belə deyək ki, o iki körpə belə bir-biri ilə zidd olurlar. Fiqhi məsələ deyəndə ibadətlər başa düşülür. Namaz qılmaq da fiqhi məsələlərdən biridir. Namaz içərisində xüsusi hərəkətlər, ayinlər olur ki, bəzən kənardan heç bir namaz haqqında anlayışı olmayan insan baxanda iki namaz qılanın eyni hərəkət etmədiyni görür. Məsələn biri namaz qılarkən əllərini bağlayır, digəri əlləri açıq namaz qılır, başqa biri əlini sinəsində saxlayır, digəri isə əlini qarnının üstündə və daha aşağıda saxlayır. Bütün bunlar fiqhi ayrılıqlardır. Bu kimi ibadətləri həyata keçirən müsəlmanlar şəriətdə gələn Quran ayələri və hədislərə əsasən bu müxtəlif hərəkətləri yerinə yetirirlər. Bütün bu fikir ayrılıqları ibadətdə olduğu üçün bunu bəhanə gətirib özünü dindən uzaqlaşdırmaq və ibadətdən kənar tutmaq olmaz. Əlbəttə səhih elmi xəbərlərlə gələn dəlillərə əsasən biz bütün ibadətlərimizi düzgün yerinə yetirməli və bunları öyrənməyə istəkli olmalıyıq.
Məşhur sələf alimlərindən biri olan İmam Şafi (Allah ona rəhmət eləsin) namazda təşəhhüd ayinini yerinə yetirmək haqqında gələn fikir ayrılığını, bununla bağlı gələn müxtəlif səhih hədisləri və dəlilləri bu kimi ibadət məsələlərinə misal gətirmişdir. İmam Şafii (Allah ona rəhmət eləsin) deyir:
- Biri mənə belə dedi:
- Təşəhhüd barədə ixtilaf edilmişdir. İbn Məsud (Allah ondan razı olsun), Allah Rəsulundan (səlləllahu aleyhi və səlləm) belə rəvayət edib:
- “Peyğəmbər (səlləllahu aleyhi və səlləm) Quran surəsi öyrədən kimi təşəhhüdü də səhabələrə öyrədirdi” (İbn Macə, Əl-İqamə, 24). Təşəhhüdün əvvəlində “Ət-Təhiyyətu lilləh” ilə başlayan üç söz vardır. Sən hansı təşəhhüdü qəbul edirsən?
Belə cavab verdim:
- Malik İbn Ənəs (Allah ondan razı olsun) bizə İbn Şihab və Urvə bin əz-Zubeyr (Allah onlardan razı olsun) vasitəsilə Əbdürrəhman bin Abdulqariyyin (Allah ondan razı olsun), Ömər bin əl-Xəttab (Allah ondan razı olsun) minbərdə insanlara təşəhhüdü bu şəkildə öyrədərkən eşitdiyini xəbər verirdi: “Ət-Təhiyyətu lilləhi əz-zakiyətu lilləhi, ət-teyyibatus-salavatu lilləhi əs-səlamu aleykə eyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkətuh. Əs-Səlamu aleynə və alə ibadullahis-salihin. Əşhədu ənlə ilahə illallah və əşhədu ənnə Muhammədən abduhu və rəsuluhu”.
İmam Şafi (Allah ona rəhmət eləsin) deyir ki, uşaqlığımızda elmdə bizdən irəli olan müəllimlərimizin bizə öyrətdiyi təşəhhüd də belə idi. Sonra bunu sənədi ilə eşitdik. Amma təşəhhüd barədə ona istər müvafiq olsun, istərsə də müxalif olsun digər sənədlər də sabit olsa da bizim sənədimizdən daha qüvvətlisini eşitmədik. Biz bu qənaətdəyik ki, Ömər (Allah ondan razı olsun) səhabələrin arasında minbərə çıxıb ancaq Məhəmməd peyğəmbərin (səlləllahu aleyhi və səlləm) öyrətdiyi təşəhhüdü öyrədir.
Bizə dostlarımız vastitəsi ilə Məhəmməd peyğəmbərdən (səlləllahu aleyhi və səlləm) qüvvətli (yəni etibarlı) bir sənədlə bir hədis çatarsa onu qəbul edərik və bizim üçün ən uyğunu da budur.
- Nədir o? - dedi. Belə dedim:
- Güvənilən bir adam olan Yəhya bin Hassan (Allah ona rəhmət eləsin) bizə Leys bin Sad Əbu Zubeyr əl-Məkki (Allah ona rəhmət eləsin), Said bin Cubeyr Tavus bin Qeysan vasitəsilə İbn Abbasın (Allah ona rəhmət eləsin) belə dediyini xəbər verdi:
- Məhəmməd peyğəmbər (səlləllahu aleyhi və səlləm) bizə Quran öyrədən kimi təşəhhüdü öyrədirdi və belə deyirdi: Ət-təhiyyətul mübarəkətus-salavtut-teyyibatu lilləhi səlamun aleykə eyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkətuhu. Səlamun aleynə və alə ibadillahis-salihin. Əşhədu ənlə ilahə illallah və ənnə Muhammədən Rəsulullah”.
Şafi deyir ki, Murazim belə dedi: Məhəmməd peyğəmbərdən (səlləllahu aleyhi və səlləm) nəql edilən hədisdəki ixtilaf səncə nədən irəli gəlir? İbn Məsud bunun xilafını (əksini) rəvayət etmiş, Əbu Musa buna müxalif bir rəvayət etmiş, Cabir də bunun xilafını rəvayət etmiş, bütün bu rəvayətlər ləfiz baxımıdan qismən bir-birindən fəqli ola bilər. Sonra Ömər (Allah ondan razı olsun) bütün bunlardan ləfzən fərqlənən başqa bir təşəhhüd öyrətmişdir. Aişənin (Allah ondan razı olsun) təşəhhüdü də belədir. Yenə İbn Ömərin təşəhhüdündə də digərlərinə görə ləfiz baxımından bəzi fərqlər vardır. Rəvayətlərin bəzisi, digərinə bir şey əlavə etmiş ola bilər. Elə deyilmi?
Ona:
- Məsələ çox açıqdır dedim. O da mənə:
- Açıqla dedi. Məndə belə dedim:
- Bütün bunlar Allahın şənini ucaltmaq üçün onlara Məhəmməd peyğəmbər (səlləllahu aleyhi və səlləm) tərəfindən öyrədilən dualardır. Bəlkədə Məhəmməd peyğəmbər (səlləllahu aleyhi və səlləm) onu birinə öyrətmiş o da əzbərləmişdir. Digərinə öyrətmiş o da əzbərləmişdir. Əzbər yolu ilə əldə olunan elmdə, bilikdə, məlumatlarda ən çox çəkinilməsi lazımlı olan məsələ mənanın dəyişdirilməməsidir. Onun bu sözlərində mənanı dəyişdirəcək bir artıqlıq, bir əksiklik, bir ziddiyyət yoxdur ki, mənanın belə dəyişdirilməsi doğru deyildir deyək. Bəlkə Məhəmməd peyğəmbər (səlləllahu aleyhi və səlləm) hər kəsə əzbərində, yadında qaldığı kimi oxumasına izin vermişdir. Çünki orada hökmünü dəyişdirəcək heç bir məna yoxdur. Bəlkə də onu fərqli rəvayət edən və təşəhhüdü də fərqli olan kimsələr bu işdə asanlıq göstərib əzbərlərində qaldığı və xatırladıqları şəkildə oxumuşlar. Onlara bu barədə icazə də verilmişdir.
O: - Bu dediklərin barədə icazə verildiyini göstərən bir şey bilirsinizmi? - dedi. Məndə: - Bəli dedim.
- O nədir? - dedi.
Belə cavab verdim:
- Malik bin Ənəs bizə İbn Şihab və Urvə bin Zubeyr vasitəsi ilə Əbdürrəhman bin Əbdülqariyyin Ömər bin əl-Xəttabdan belə eşitdiyini xəbər verdi. Hişam bin Hakim bin Hüzamın Furqan surəsini mənim oxuduğumdan fərqli bir şəkildə oxudğunu eşitdim. Halbuki mənə onu Məhəmməd peyğəmbər (səlləllahu aleyhi və səlləm) oxutmuşdu. Az qala üzərinə hücum edəcəkdim. Sonra onu bitirənə qədər möhlət verdim. Ayrılarkən yaxasından tutdum. Və Onu Məhəməd peyğəmbərin (səlləllahu aleyhi və səlləm) yanına gətirdim. Dedim ki:
- Ey Allahın Rəsulu! Bunun Furqan surəsini sənin mənə öyrədiyindən fərqli bir şəkildə oxuduğunu eşitdim. Məhəmməd peyğəmbər (səlləllahu aleyhi və səlləm) ona:
- “Oxu” - dedi. O da eşitidyim kimi oxudu. Məhəmməd peyğəmbər (səlləllahu aleyhi və səlləm):
- Bax bu şəkildə nazil olunmuşdur dedi. Sonra mənə:
- Səndə oxu - dedi. Məndə oxudum. Məhəmməd peyğəmbər (səlləllahu aleyhi və səlləm) sonra mənə:
- Sən oxu! - dedi. Məndə oxudum. Məhəmməd peyğəmbər (səlləllahu aleyhi və səlləm) yenə:
- Bu şəkildə nazil olunmuşdur - dedi. Siz asanınıza gələn şəkildə oxuyun. Allah təala yaddaşın bəzən yanılacağını bildiyi üçün qullarına acıyaraq Kitabını yeddi hərf üzərinə nazil etmişdir. Yəni Allah təala Quranı insanların fərqli ləfzlərlə oxumalarına icazə verdiyi üçün belə nazil etmişdir. Quranın fərqli ləfzlərlə oxunması Quranın mənasını dəyişdirmədiyi müddətcə bu caizdir. Belə olduqda onda Allahın kitabından başqa olan digər kitablar və yazılar mənanı dəyişmədiyi təqdirdə fərqli ləfzlərlə oxunması caizdir.
Tabiunlardan biri demişdir: Məhəmməd peyğəmbərin (səlləllahu aleyhi və səlləm) səhabələrindən bəziləri ilə qarşılaşdım. Onlar sözün mənası üzərində birləşiridlər, amma ləfiz baxımından mənə fərqli ifadələrlə rəvayət ediridlər. Birindən bunu soruşdum. O da:
- Mənanı dəyişdirmədikcə bunda bir eyib yoxdur dedi.
Bütün bunlar onu göstərir ki, ibadətləri yerinə yetirərkən səhih xəbərlərdə gələn rəvayətlərə əsaslanmalı və çalışılmalıdır ki, müxtəlif rəvayətlərin hamısını cəmləşdirib, oxuyub, öyrənib həyatda tətbiq edib yaşayasan. Ən düzünü Allah bilir. Allah təala bizi islam dinində sabit eləsin. Amin!
Əkrəm Həsənov (ilahiyyatçı, elmi işçi)...
Muhamməd bin İdris əş-Şafinin (Allah ona rəhmət etsin), “Ər-Risalə” əsərindən istifadə etmişəm.
Hiç yorum yok:
Yorum Gönder