08 Şubat 2012

CİNSİ SEVGİNİN NÖVLƏRİ..


Cinsi sevgi üç növdür: 

Birincisi - az qala ibadət və itaət kimidir. Bu, kişinin xanımına eşqidir. Bu faydalı bir eşqdir. Çünki, Uca Allahın evlənmə nizamını ortaya qoymasındakı hədəf - gözün və qəlbin başqalarına meyl etməsinin qarşısını almaqdır. Bu səbəblə, həmin aşiq Allah qatında da, insanlar qatında da təriflənər. 


İkinci növ eşq -  Allahın qəzəbini vacib edərək, rəhmətindən uzaqlaşdıran, qulun din və dünyasına ən zərərli eşq olan - kişinin eyni cinsinə olan meyli, eşqidir. Bu xəstəliyə tutulan insan Uca Allahın gözündən düşər, qapısından qovular, qəlbi O`ndan uzaqlaşar. Bu - Allahdan ayıran və O`nunla əlaqəni qoparan ən böyük pərdələrdəndir. Necə ki, Sələfdən bəziləri belə demişlər:  

"Bir qul Allahın gözündən düşdüyü vaxt, Allah onu eyni cinsindən olan birisinin eşqinə düçar edər. Lut qövmünün başına bəlaları və həlakı gətirən - məhz bu sevgidir. Başlarına gələnlərin hamısı bu eşqdən ötəridir.."  

Uca Allah buyurur:  

"(Ey Muhəmməd!) Sənin canına and olsun ki, onlar sərxoşluqlar içində veyl-veyl gəzirdilər.." 
(Hicr, 72) 

Bu xəstəliyin dərmanı - qəlbləri çevirən Uca Allahdan kömək istəmək, səmimi şəkildə O`na sığınmaq, O`nu zikr etməklə məşğul olmaq, qəlbini başqa şeylər əvəzinə Allah sevgisiylə və O`na yaxınlığın dincliyiylə doldurmaq, bu eşqin gətirib çıxardığı yara ilə itirdirdiyi şeyləri düşünmək, ən böyük Sevgilidən məhrum olunub, ən pis şeylərə səbəb olduğunu idrak etməkdir. Amma yenə də, nəfsini o bəlaya doğru addım-addım aparar, o bəlanı seçərsə, artıq özü üçün cənazə namazı qılsın və bilsin ki, bəla onu bütün yönlərilə əhatə etmişdir.. Allaha sığınırıq..

Üçüncü növ eşq - Mübah (halal) olan eşqdir..  Bu, qəsdsiz olaraq düşülən eşqdir. Məsələn, bir insana gözəl bir qadın haqqında bəhs edilər və ya gözəl birisini görər və vurular. Bu eşq günah qazandırmaz, insana ondan ötrü cəza verilməz. Lakin, ən yaxşısı budur ki, onu rədd etməyə çalışsın və daha faydalı şeylərlə məşğul olaraq onu unutmağa çalışsın. Eşqini gizləməsi, namusunu qoruması və bu bəlaya səbr etməsi lazımdır. Bunu etdiyi təqdirdə, Allah ona kömək edəcək, razılığı üçün səbr etməsinin və iffətini qorumasının, həva-həvəsinə uymağı tərk edib, Rəbbinin razılığını və mükafatını seçməsinin qarşılığını ona mütləq verəcək..



________________________________________________________________________
Bu yazıda İbn`ul-Qeyyimin "əd-Də va`d-Dəva" adlı əsərindən geniş şəkildə istifadə olundu. 
Ayxan Yaquboğlu (fevral, 2012)

Hiç yorum yok:

Yorum Gönder