05 Ocak 2012

İSLAM`a GÖRƏ HƏYAT YOLDAŞI SEVGİSİ


:: SEVGİ ::

Bir kəsin öz həyat yoldaşını sevməsində tənqid olunacaq heç bir şey yoxdur. Əksinə bu, insanın kamal xüsusiyyətlərindəndir. Uca Allah da qullarına bu neməti xatırladaraq belə buyurmuşdur: 

"Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünənlər üçün ibrətamiz dəlillər vardır." (Rum, 21) 


Uca Allah qadını - kişinin ürəyininin sükunət tapacağı bir rahatlıq yeri etmiş, aralarında gözəl bir sevgi, mərhəmətlə qarışıq bir münasibət yaratmışdır.
Allahu Təalə bizə halal qılınan və haram qılınan qadınları zikr etdikdən dərhal sonra belə buyurmuşdur: 
"Allah sizə (şəriət hökmlərini) bəyan etmək, sizi özünüzdən əvvəlkilərin yollarına yönəltmək və tövbələrinizi qəbul etmək istəyir. Allah Biləndir, Müdrikdir.. Allah sizin tövbələrinizi qəbul etmək istədiyi halda, ehtiraslara qapılanlar sizi çox kənara meyl etməyə (haqdan uzaqlaşmağa) yönəldərlər." (Nisa, 26-27)


İbn Macə`nin "Sunən"də səhih isnadla rəvayət etdiyi hədisdə Peyğəmbərimiz belə buyurur: 
"Bir-birini sevən iki gənc üçün, (bir-biri ilə) evlənmələrindən daha xeyirli bir şey yoxdur.."


İnsanın sevdiyi ilə evlənməsi Eşq`in ən gözəl müalicəsidir və Allah onu bu xəstəliyin Şər'i müalicəsi etmişdir. Hz. Davud da, (a.s.) bununla müalicə olmuşdur. Allahın Peyğəmbəri olan Davud, heç bir haram işləməmiş, yalnız sevdiyi qadını öz zövcələri (həyat yoldaşları) arasına daxil edərək, növbəti dəfə evlənmişdir. Onun bu əməlində bir günah olmasa da, bu əməlindən tövbə etmişdir. Hz. Davudun bu tövbəsi Allah qatındakı yüksək dərəcəsinə xələl gələcəyi qorxusundan idi.


Cəhş`in qızı Zeynəbə gəlincə; 
Zeyd onu boşamağa niyyətlənmiş, o isə buna razı olmamışdı. Zeyd ondan ayrılma barəsində Peyğəmbərləə məsləhətləşir, O (s.a.s.) isə bu fikri tərk etməsini əmr edirdi. Rəsulullah Zeydin Zeynəbi boşamaqda qərarlı olduğunu başa düşdü. Sonralar isə, "Zeyd boşasa, Zeynəblə evlənərəm" - deyə düşündü. Ancaq insanların: "Rəsulullah oğulunun (oğulluğunun) xanımıyla evləndi" - demələrindən qorxurdu. Çünki Rəsulullah (s.a.s.) Zeydi peyğəmbərlikdən əvvəl oğulluğa götürmüşdü. Rəbbimiz də, qulları üçün faydalı və rahatlıq olması üçün, ümumi bir qanun qoymaq istəyirdi.
Sonunda Zeyd Zeynəbi boşadı. İddət (gözləmə müddəti - 4 ay 10 gün) başa çatdıqda, Rəsulullah (s.a.s.) Zeynəbə elçi göndərdi. 
"- Ey Zeynəb, Rəsulullah sənə elçi göndərib" - deyə səslənildikdə, Zeynəb: "Rəbbimləə məsləhətləşmədikcə heç bir şey etməyəcəyəm" - dedi. 
Namazgahına getdi və namaz qıldı. Uca Allah vəliliyini boynuna götürərək onu Peyğəmbərlə evləndirdi. Ərşinin üstündən onun nigahlarını kəsdi. Gələn vəhydə isə belə oldu: 
"Bir zaman Allahın nemət verdiyi və sənin özünün nemət verdiyin kəsə (Zeyd ibn Harisəyə): “Zövcəni yanında saxla, Allahdan qorx!”– deyirdin. Allahın aşkar edəcəyi şeyi ürəyində gizli saxlayır və insanlardan çəkinirdin. Halbuki əslində qorxmalı olduğun məhz Allahdır. Zeyd zövcəsini boşadıqda səni onunla evləndirdik ki, oğulluqları övrətlərini boşadıqları zaman (o qadınlarla evlənməkdə) möminlərə heç bir sıxıntı olmasın. Allahın əmri mütləq yerinə yetəcəkdir." (Əhzab, 37) 


Rəsulullah vəhy gəldikdə Zeynəbin yanına getdi və bunu xəbər verdi. Zeynəb, Peyğəmbərin digər xanımlarına fəxrlə belə deyərdi:
"..Sizi ailələriniz evləndirdi.. Məni isə, yeddi qat səmanın üzərindən Allah evləndirdi.." 
Rəsulullah`ın (s.a.s.) Zeynəb ilə qısaca hekayəsi bundan ibarətdir..
Qadınların Peyğəmbərə Allah tərəfindən sevdirildiyində heç bir şübhə yoxdur. Ənəsin (r.a.) rəvayət etdiyi səhih bir hədisdə Rəsulullah (s.a.s.) belə buyurur: 
"Mənə dünyanızdan qadınlar və ətir sevdirildi. Xoşbəxtliyim və gözümün nuru isə, namazdır.." 


Əhməd b. Hənbəlin (rh) "Musnəd"ində etdiyi rəvayətdə isə, bu əlavə var: 
"..Yemədən içmədən dayana bilərəm, amma onlarsız dayana bilməm.." 
Allahın düşmənləri olan yəhudilər qəlblərindəki kin səbəbilə: 
"Evlənməkdən başqa bir dərdi yoxdur" - dedilər. Uca Allah isə, Peyğəmbərini belə müdafiə etdi:

" Yoxsa onlar Allahın Öz lütfündən insanlara verdiyi şeyə görə onlara həsəd aparırlar? Biz İbrahimin nəslinə də Kitab və hikmət bəxş etmiş və onlara böyük bir səltənət vermişdik." (Nisa, 54)


..Rəsulullaha ən çox sevdiyi insanın kim olduğu soruşularkən, "Aişə" deyə cavab verirdi. Xədicə haqqında soruşulduqda isə: 
"Mənə onun sevgisi tamamilə verildi" deyərdi..


Kişinin qadını, qadının kişi sevməsi insanın kamil duğularındandır. Bununla yanaşı, aşiq və məşuqu qovuşdurmaq, onların evlənmələrində vasitəçi olmaq da, icazəlidir. Necəki bir dəfə Rəsulullah (s.a.s.) bir aşiqi məşuquyla evləndirmək üçün vasitəçi olmuş, ancaq qız evlənməyi qəbul etməmişdi. Bu Muğis ilə Bərira hekayəsidir.. 
Rəsulullah Muğisi yanaqları göz yaşlarıyla islanmış halda Bərira`nn arxasıyla gedərkən gördükdə qıza: 
"Onu qəbul etsəydin.." - dedi
Qızın: 
"Ya Rasulullah, əmrmi verirsən?" - sözünə Rasulullah (s.a.s.): 
"Xeyr, yalnız vasitəçilik edirəm" - deyə cavab verdi.
Qız: 
"Elə isə, onu istəmirəm" - dedi. 
Rəsulullah Muğisin əmisinə: 


"Ey Abbas, Muğisin Bəriraya olan sevgisinə Bəriranın da ona olan nifrətinə heyrətmi edirsən?" - buyurmuş, bu sevgisindən ötəri Muğisi heç tənqid etməmişdi..


Allah Rəsulu bütün xanımlarıyla bərabər nisbətdə davranır və: 
"Allahım bu bacardığımdır. Bacarmadığım barədə mənə qəzəblənmə" - deyirdi. 
"Bacarmadığı" dan qəsdi - sevgi idi.. 
Necə ki Uca Allah belə buyurur: 
"Siz nə qədər istəsəniz də, arvadlar arasında ədalətlə davrana bilməzsiniz. (Birinə) tama-milə meyl edib, digərini asılı vəziyyətdə qoymayın. Əgər (özünüzü) doğruldub (Allahdan) qorxsanız, (bilin ki,) Allah Bağışlayandır, Rəhmlidir." (Nisa, 129) Bu - sevgi və digər ailəvi münasibətlər xüsusundakı ədalətdir.


Raşidi xəlifələr və şəfqətli insanlar halal olan eşqlərdə aşiqlərlə məşuqları qovuşdurmada (evləndirməkdə) vasitəçi olmuşlar. 
Bir gün Hz. Əlinin (r.a.) yanına bir evin qarşısında tutulmuş gənc gətirildi. 
Hz. Əli: "Hekayən nədir?" - dedi. 
Gənc: 
- Mən oğru deyiləm. Sizə doğrunu söyləyəcəyəm:
Riyahilərin evindəki Həvdə`yə vuruldum..
Elə gözəldir ki, qarşısında Bədr çökər.
Rumlu qızlar arasında ayrı bir gözəllik və zadəganlığı var.
Gözəlliyiylə öyündüyü vaxt "öyünmək" ondan qorxar.
Eşq atəşimin şiddətindən dözə bilməyib qapılarını döydüm.
Çünki orada atəşi daha da artıran biri vardı.
Evdəkilər dərhal üzərimə şığıyıb:
- Bu oğru, qətli vacib, həbs edin - deyə qışqırdılar.


Gəncin bu şeirini dinləyən Hz. Əlinin (r.a.) ürəyi yumşaldı. Muhəlləb ibn Rəbaha "Qız üçün ona izn ver" - dedi. Muhelleb:
 - Ey möminlərin Əmiri, soruş, adı nədir? - dedi.
Gənc: Uveynə oğlu Nuhəs - dedi və bu maraqlı hekayənin sonunda Muhəlləb izn verdi.


..Müaviyə (r.a.) bir xidmətçi götürür. Ondan çox xoşu gəlirdi. Bir gün cariyənin bu beyti söyləyərkən eşitdi:


Ayrı qaldım ondan, 
Çöldə yellənən və meyvələri qoparıldıqdan sonra çılpaq qalan bir budaq kimi oldum..
Muaviyə onun dərdini soruşduqda o, köhnə ağasını sevdiyini söylədi. Müaviyə də onu sevdiyi halda, ağasıda qaytardı..


Zəmahşəri "Rabiu'l-Əbrar" adlı kitabında belə buyurur: 
Zubeydə, Məkkə yolundaykən bir divarın üzərində bu şeiri gördü:


Allahın qulları arasında yoxdurmu heç 
ağılını itirmişin kədərini aradan qaldıracaq?..


..Həmin sözün sahibini tapdığında onu sevdiyiylə qovuşduracağına dair Allaha and içdi. Muzdəlifədə olarkən həmin şeiri oxuyan bir səs eşitdi. Onu çağırtdırdı. Gənc əmisinin qızını sevdiyini, ancaq qızın ailəsinin qızı onunla evləndirməyəcəklərinə dair and içdiklərini söylədi. Zubeydə gəncin qəbiləsinə getdi və böyük miqdarda mal təklif edərək sonunda qızı vermələrini təmin etdi. Bir də nə görsələr yaxşıdı.. Sən demə, qız oğlana daha çox aşiq imiş..  Zubeydə bu əməlini etdiyi ən böyük yaxşılıq və savablardan sayar və "Məni, o gəncləri qovuşdurmamdan daha çox xoşbəxt edən bir şey yoxdur" - deyərdi..


İmam Haraiti belə buyurur:

Xəlifə Süleyman b. Abdul-Məlik`in bir-birini sevən bir köləsi və bir nökəri var idi. Kölə nökərə bir gün bu şeiri yazdı:
Səni yuxumda gördüm sanki,
biz birlikdə, əllərimiz iç-içə.
Gün boyunca, səni təkrar görə bilmək üçün
Yatmağa çalışdım, amma yata bilmədim.


Nökər ona bu cavabı göndərdi:
Xeyr görmüsən, gördüklərinin hamısına
bunu istəməyənlərə baxmayaraq bu olacaqdır.
ümid edirəm ki tezliklə qovuşarıq... (şeir belə sevgi məcrasında davam edərkən bu qədərini nəql etmək kifayət edər)
Beləliklə, bu yazışmalar Süleymana çatdıqda, həddindən artıq qısqanc birisi olmasına baxmayaraq, köləni nökərlə evləndirdi və onlara hədiyyələr verdi..


Məscid b. Burhiyə belə buyurur:

Mədinənin ən səlahiyyətli fətva məqamı sahibi, Tabiinlərdən olan Səid b. Museyyəb`dən: 
"Qəlbimizdəki sevgi səbəbilə günah iş etmiş oluruqmu?" - deyə soruşdum, 
"Sən ancaq əlində olanlara məsuliyyət daşıyırsan (yəni, bu sənin əlində deyil. İnsan əlində olmayanlar səbəbilə məsuliyyət daşımır)" - deyə cavab verdi. 
Sonra: 
"Vallahi, belə bir şeyi daha əvvəl məndən soruşan olmadı. Soruşsalarda eyni şeyi söyləyərdim" - dedi..





_______________________________________________
Bu yazının hazırlanmasında İbn`ul-Qeyyim`in əsərlərindən geniş şəkildə istifadə olundu.
Ayxan Yaquboğlu oktyabr/2011.

Hiç yorum yok:

Yorum Gönder