03 Ocak 2012

ONA BATAN BİR TİKANA BELƏ RAZI OLMARAM!


..Məkkədə əziyyətli/çox çətin bir dönəm davam etməkdə idi...
Allah Rəsulunun (صلى الله عليه وآله وسلم) Qureyşlilər tərəfindən əsir tutulan səhabəsi Hubeyb b. əl-Adiyy`in (رضي الله تعالى عنه) edam edilməsini seyr etmək üçün minlərlə qureyşli Məkkə ətrafındakı bir vadiyə toplaşmışdılar...


Bu insanlar arasında gənc (gələcəkdə müsəlman olacaq) Səid b. Amr da, var idi... O, (رضي الله عنه) ön sıralarda dayanmışdı...
Əsir tutduqları Hubeyb`i edam etmək üçün darağacının yanına gətirdilər...
Bu zaman Səid ibn Amr irəli çıxıb Hubeyb`ə (رضي الله عنهما) yaxınlaşdı...
və onun belə dediyini eşitdi:


- Buraxın məni!.. Ölmədən öncə iki rükət namaz qılım...


..Onlar Hubeyb`in istəyini yerinə yetirdilər... O, Kəbəyə tərəf yönəlib iki rükət namaz qıldı və namazını bitirdikdən sonra belə buyurdu:


- ALLAH`a AND OLSUN Kİ, ƏGƏR ÖLÜMDƏN QORXDUĞUM ÜÇÜN NAMAZI UZATMIŞ OLDUĞUMU DÜŞÜNMƏSƏYDİNİZ, DAHA ÇOX NAMAZ QILMAQ İSTƏYƏRDİM...






...Beləcə Səid b. Amr öz xalqının Hubeyb`i (رضي الله عنهما) DİRİ-DİRİ doğradıqlarını öz gözləri ilə görmüşdür... Qövmü, hətta Hubeyb`i edam edərkən belə, ətrafdakılar ona belə sual verirdilər:


- Özün xilas olub yerində Muhəmməd`in (عليهم الصلاة والسلام) olmasını istəyərdinmi?.. Hudeyb isə, qan içində:


" - VALLAHİ, MUHƏMMƏD`ə BİR TİKAN BELƏ BATIRILMASI QARŞILIĞINDA XİLAS OLMAĞI İSTƏMƏRƏM!.." - deyə cavab verirdi...


Bu cavabı eşidən xalq əllərini hava qaldıraraq:


- Öldürün onu!.. Öldürün onu!.. - deyə səslərini yüksəldirdilər...


Gələcəkdə bu hadisəni heç unutmayacaq və müsəlman olacaq Səid b. Amr (رضي الله تعالى عنه) Hubeyb`in ölüm anında gözlərini səmaya dikərək belə dua etdiyini eşidirdi:


-Allahım onları unutma.. Onları yox et və sağ buraxma!..






...Beləliklə, Hubeyb (رضي الله تعالى عنه) endirilən qılınc zərbələri altında vəfat etdi…








_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Səid b. Amr bu hadisədən çox təsirləndi… Bu hadisə, ona daha əvvəl bilmədiyi çox şeyi öyrətmişdir:


“ƏSL HƏYAT BİR İNANCDIR . . . ÖLƏNƏ QƏDƏR BU İNANC UĞRUNDA MÜBARİZƏ APARMAQ isə, BU İNANCIN SÜTUNUDUR..”




...Qısa bir zaman ərzində ibrət alıb, həyatını doğru yöndə dəyişən Səid b. Amr, 14 əsrdir ki, hətta ibrət almaqda belə aciz olan bu İslam ümməti üçün gözəl bir örnəkdir...




_________________________________
Ayxan Məmmədəlioğlu, mart/2011.

Hiç yorum yok:

Yorum Gönder