09 Aralık 2011

"..Necə batil iz imiş izləri təkfirçilərin.."




12 Muharram 1433 - 08 December 2O11


Necə batil iz imiş, izləri təkfirçilərin,
Görməyə gözləri yox bizləri təkfirçilərin.

Bizə öyrətmə qəti sən Sələfin mənhəcini,
Bizə qardaşlıq üçün göndərib Allah bu dini,
Hələ din qardaşına tətbiq edir təkfirini,
Şikar üçün gəzişir gözləri təkfirçilərin,
Necə batil iz imiş, izləri təkfirçilərin.

Neçə alimlərə istehza ilə dil uzadır,
Belə mənhəcdən uzaq dur, onu tərk et, xətadır,
Bizə nisbət edilən Murciəlik iftiradır,
Necə murdar söz imiş sözləri təkfirçilərin.
Necə batil iz imiş, izləri təkfirçilərin.

Camaatdan o ki var düşdün uzaq, xeyri nədir..?!
Cümələr tərk olunub, yoxdu maraq, xeyri nədir..?!
Həcc edən kəslərə töhmət vuracağ, xeyri nədir..?!
Varmı bundan savayı fərzləri təkfirçilərin..?
Necə batil iz imiş, izləri təkfirçilərin.

Oxuduz, ama səhih qavramadız siz Quranı,
Özünə alim edib ayəni batil yozanı,
Nə qədər təkfir ilə İslama vurduz ziyanı,
Buna şahiddir elə özləri təkfirçilərin,
Necə batil iz imiş, izləri təkfirçilərin.

Cihad et nəfsinə qarşı, yox elə nifrətini,
Gəl uzaq dur eləmə qardaşıvın qeybətini,
Nə qədər dişləyəcəksən, didəcəksən ətini..?!
Bu səbəbdən qaralıb üzləri təkfirçilərin.
Necə batil iz imiş, izləri təkfirçilərin.

[ sheyx shamil abdul-jaleel ]

------------------------------------------------------------------------------
P.S :

I - Müəllif bildirilmədən şeirin paylaşılmasına HALALLIQ verilmir...!
II - Müəllifin adı və bu iki şərtin bildirilməsi ilə paylaşmağda HALALLIQ var.

Hiç yorum yok:

Yorum Gönder