10 Aralık 2011

Can üstdə olan bir insan.


Bismilləh. Əs-Səlamu Aleykum.
Siz siz olun, bu həqiqəti düşünün. Sizi hal-hazırda can üstdə olan bir şəxsin yanına gətiriblər. Artıq onun bütün gücü əlindən alınıb. Yetmişdən çox yaşı olan bu insanın indiyə qədər dilinə Lə iləhə illəllah sözü gəlməyib. Belə bir insana bu sözü demək üçün cəhd edirsiniz.
Bu insan həyatı boyu bu ən ağır sözün həqiqətini, şərtlərini, qaydalarını yaşayıb əməl etməyib. İndi son anında bu sözün ona faydası ola biləcəyini düşünə bilirsənmi? Bəlkə çalışaq heç olmasa dünyadan ayrıldığı son günlərində bu sözü deyə bilsin. Bunu desə belə onun mənasını və mahiyyətini dərk edərəkmi deyəcək. Artıq qərar sizindir. Cavabını siz deyin. İndi rəngi saralıb və özündə deyil. Baş tərəfində həmişə arzuladığı, amma heç vaxt aylarla ziyarət etməyən, bəlkədə illərlə ziyarət etməyən qohumları yığılıblar. Artıq həmin insan bütün gücünü itirib. Qorxusu çoxalıb. Hamı gəlir ziyarətinə və artıq o insan nəyisə başa düşməyə başlayır. Artıq insan ayrılığın baş verəcəyini anlayır. Kənarda isə hərə bir söz danışır. Çoxusu dindən anlayışı olmayan insanlardır, biri deyir baş altına çörək qoyun, digəri deyir bıçaq qoyun, başqa biri qurumuş dodaqlarına su vurur. Kənardan isə onu şeytanlar vəsvəsə verərək aldadırlar. İndi gələcək. Bəli. Doğrudan da indi gələcək. Çox yaxındır. Ölüm Mələyinin (ona salam olsun) gəlmədiyi heç bir Allah bəndəsi yoxdur. Amma Allahın əmri ilə və izni ilə gələcək. Sənin əcəl vaxtın, həyatının sona yetmə vaxtın, saatın, dəqiq əvvəlcədən müəyyən olunmuş son anın gələcək. Ey insan sən sən ol, özünə qayıt, bu ağır, çətin, əziyyətli, ən zəif vaxtın üçün hazırlaş. Bir an olsun nəfsini nəzarətsiz qoyma. Bu həqiqət ölümdür. Ölüm və sonrası üçün çalış! 
Ya Rəbbimiz! Bizə son anda, Sənə qovuşacağımız anda tam yəqinliklə, imanla bizi bu dünyadan apar. Amin! Ya Rəbbimiz! Göyün qapılarını bizə aç! Artıq bu an bizə çox yaxındır. Ya Rəbbimiz! Bizi Cənnətlə müjdələyib bu dünyadan apar! Amin! 
Həqiqət ağırdır deyənlər, həqiqətin ağır olduğunu insan son məşəqqətdə artıq açıq aşkar yaşayır. Əsl həqiqət olan və ağır olan ölüm üçün hazırlaşaq. Ölümü çox xatırlayaq. Əkrəm Həsənov (Allahın qulu)....

Hiç yorum yok:

Yorum Gönder