25 Kasım 2011

Məhərrəm ayına qədəm qoyduq!


Məhərrəm ayına qədəm qoyduq!
Artıq Məhərrəm ayının astanasındayıq. Bu ay haram aylardan biridir. Allah təala bu haram ayı bizim üçün xeyirli-bərəkətli etsin. Amin! Müslimin Əbu Hüreyrədən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə deyib: "Ən üstün (ən fəzilətli oruc), Ramazan ayından sonra, Allahın ayı olan Məhərrəm ayında tutulan orucdur" (Müslim). Nəvəvi deyir: "Burada açıq, aydındır ki, oruc üçün ən fəzilətli aylar bu haram aylardır (xüsusən də Məhərrəm ayıdır)" (Müslimin Şərhi, 7/296) .
Dostlar! Həm özümə həm də sizə bu Allahın ayı olan Məhərrəm ayına hörmət göstərməyimizi nəsihət edirəm. Biz hələ bilmirik bu ayı yaşayacayıq ya yox. Əgər uca Allah bu ayda bizi yaşatsa bizə olan lütfünə görə Allaha həmd olsun, öldürsə yenə bizə olan lütfünə görə Allaha həmd olsun. Əgər yaşatsa dərk etməliyik ki, bu ay çox əzəmətli və hörmətli ay, haram aydır. Yəni qorunması lazım olan aylardandır. Qorunma dedikdə, onu başa düşməliyik ki, bu ayda bütün haramları tərk etməliyik, əgər aramızda siqaret çəkənlər varsa dərhal tövbə edib o haramı tərk etməlidirlər, əgər aramızda yalan danışan varsa dərhal tövbə edib o yalanı tərk etməlidirlər, əgər aramızda söz gəzdirən varsa dərhal tövbə edib o haramı tərk etməlidirlər. Əgər aramızda yalan danışan, qeybət edən, böhtan atan, zina edən, vaxtını boş-boş keçirənlər varsa dərhal tövbə edib özünü, özümüzü düzəlməliyik. Bu ay bizə verilən bir fürsətdir. Gəlin bu fürsətin qədrini bilək. Yəni bunu dərk edək ki, bizə inşAllah yeni bir toxum verilir. Bizdən də tələb olunur ki, o toxumu yaxşı bir torpaqda əkək. Əgər biz verilən toxumu qaydasında əksək Allahın izni ilə yaxşı məhsul əldə edə biləcəyik. Bu toxum bizə verilən fürsətdir, vaxtdır. Bu da bu Məhərrəm ayıdır. Bu ayda gəlin saleh əməllərimizi çoxaldaq, günah və haramları tərk edək. Qurani Kərimi öyrənək, oxuyaq, əməl edək. Məscidə camaat namazına gələk. Özümüzün də əl çəkmək istədiiymiz bütün pisliklərdən əl çəkək. Gəlin birlikdə özümüzü düzəldək. Ya Rəbbimiz bu mübarək Məhərrəm ayında bizi Sənə haqqı ilə ibadət və itaət etməyi nəsib et! Amin! Bilmədiklərimizi bizə öyrət! Amin! Günahlarımızı və xətalarımızı bağışla! Amin! Bizi borcdan qurtar! Amin! Aqibətimizi xeyirli et! Amin! Xəstəliklərimizə şəfa ver! Amin! Bilmədiyimiz və dərk etmədiyimiz bütün xeyirlərə bizi qovuşdur! Amin! Bilmədiyimiz və dərk etmədiyimiz bütün şərlərdən bizi qoru! Amin!.. Əkrəm Həsənov...

Hiç yorum yok:

Yorum Gönder