Allah (subhənəhu və təalə) Qurani-Kərimdə möminlərin Cənnətdəki hallarından bəhs edərək buyurur:
متكئين فيها على الأرائك لا يرون فيها شمسا ولا زمهريرا
(Onlar) orada taxtlar üzərində (mütəkkələrə) dirsəklənəcək və orada nə günəş, nə də şaxta görməyəcəklər. [İnsan surəsi, 13]
Rasulullah (sallAllahu aleyhi və səlləm) buyurur:
- Cəhənnəm Allaha (subhənəhu və təalə) şikayət edərək deyir:
- Ey Rəbbim! Özüm özümü yeyirəm. İcazə ver bir az da nəfəs alım!
Allahda (subhənəhu və təalə) ona biri qış, biri də yayda olmaq şərtilə ildə iki dəfə öz nəfəsini [Cəhənnəmdən kənara, yəni bu dünyaya] buraxmaq üçün icazə verir. Beləliklə, sizin [yayda] keçirdiyiniz ən isti hava onun səmumu, [qışda] yaşadığınız ən soyuq gün isə onun sərt soyuğudur. [Buxari; Muslim]
_________
əz-Zubeyr
Hiç yorum yok:
Yorum Gönder