Ən böyük mühüm pislikləri, günahları inkar edib, tərk etmək,
Ən böyük ehtiyacları, ən mühüm ehtiyaclarını ödəmək (gündəlik dolanışığını təmin etmək),
Onlardan biri də (günah olmayan, halal) dəvətə cavab vermək,
Xəstəlik vaxtı şəfa tapmağın üçün dua etmək,
Bütün bunlar cəza evində ( haqq-hesab günündə) dərəcələrini yüksəldər. Ya Rəbbimiz! Bizə cəza günündə kömək elə. Amin! Amin! Amin!
Əlavə olaraq...
Saleh əməllərdən başqa sənə heç bir şey lazım deyil.
Sənin əsas həyat devizin və məşğuliyyətin üçün lazım olan əlavə əsas işlərdən də biri gecə namazını qılmaq olmalıdır:
Gecə namazı qılmaq...
Nəbi, Rəsul (səlləllahu aleyhi və səlləm) deyib: "Sizin üçün gecə namazı vardır, həqiqətən də o günahları və xətaları yuyur, təmizləyir, yox edir, bu sizdən əvvəlki saleh kimsələrin də yolu, əməli olub. Bu əməl cəsəddən xəstəlikləri də yuyub aparır, təmizləyir" (Tirmizi, Hakim).
Gecə namazının səmərələri:
Duaya cavab verilir... Günahlar bağışlanır... Təqdir olunan istənilir... Əlavə olaraq Rəhmana iman etməyin ləzzətini, xuşusunu hiss edirsən, əldə edirsən... Bu həqiqətən də belədir. Bu artıq təcrübə olaraq yaşanır, istəyən bu ləzzəti yaşamaq üçün can atsın.
Səkinə, sakitlik, rahatlıq, şirinlik əldə olunur... İtminan, mütməinlik, rahatlıq əldə edirsən... Çoxlu yaxşılıqlar qazanırsan... Dərəcələrin qalxır... Zəfər qazanırsan... Məhəbbət, xəlvət və nadirlik əldə edirsən... Cəsəddən, bədəndən bütün xəstlikləri atırsan... Qəlbində və bədənində heç bir ağırlıq, tənbəllik, keylik, sıxıntı, darıxma, zəiflik, yalnızlıq hissi qalmır.
İndi bizlərdən kim Allahın bağışlamasından və fəzilətindən özünü zəngin hesab edir. Yəni, bizlərdən kim özünü zəngin hesab edərək deyir ki, mənim bağışlanmağıma və fəzilətli olmağıma ehtiyacım yoxdur. Bizlərdən kim ehtiyaclarını istəməyə məcbur deyil, yəni bizlərdən kimin bu üstünlüklərə ehtiyacı yoxdur? Bizim bütün bu ehtiyaclarımızı ödəyən uca Allah hər gecə dünya səmasına enərək bizə yaxınlaşır. Bizə öz rəhmətini bəxş edərək, bizə sevgi və məhəbbət göstərərək dualarımıza cavab verir. Bizim gizlin və səssiz yalvarışımıza və çağrışımıza cavab verir. Günahlarımızı bağışalyır, bütün işlərimizi təqdir edib nizama salır. İmanımızda artma olur, xuşu ilə ləzzət alırıq, sükunət, sakinlik, rahatlıq, şirinlik əldə edirik. Mütməinlik (rahatlıq) əldə edirik. Çoxlu yaxşılıqlar qazanırıq.
Əziz dostum, gecə qalx və sevgi ilə namaz qıl! İstəklərini Rəbbindən tələb et!
Gecə namazı haqqında sünnədə və sələfin həyatından çoxlu rəvayətlər gəlib. Yuxarıda da qeyd etdiyimiz kimi Allahın Rəsulu (səılləllahu aleyhi və səlləm) gecə namazına qalxmağı rəğbətləndirərək belə deyib: “Sizin üçün gecə namazı vardır, həqiqətən də gecə namazı sizdən əvvəl yaşamış salehlərin əməli, Allah təalaya yaxınlıq, günah və xətaların, pisliklərin silinməsinə (bağışlanmasına) səbəb, bədəndən, cəsəddən xəstəlikləri aparan əsas amildir” (Əhməd və Tirmizi rəvayət edib, Albani hədisə səhih deyib).
Allahın Rəsulu (səlləllahu aleyhi və səlləm) Abdullah ibn Ömər (Allah ondan razı olsun) haqqında belə deyib: “Abdullah necə də gözəl kişidir, gecə namazı qılsa necə də gözəl olardı (kaş gecə namazını da qılardı)” (Buxari və Müslim). Yəni Abdullah ibn Ömər (Allah ondan razı olsun) çox gözəl bir insan, şəxsiyyətdir, gecə namazını da qılsaydı daha gözəl, daha üstün, daha yaxşı olardı.
Səlim ibn Abdullah ibn Ömər (Allah ondan razı olsun) deyir ki, bundan sonra Abdullah çox az hallarda gecə namazına qalxmazdı, həmişə gecə namazına qalxardı. Allah Rəsulunun (səlləllahu aleyhi və səlləm) sadəcə bir tövsiyəsini necə yerinə yetirən səhabələrdən dərs almağı Allah bizə də nəsib etsin. Amin!
Allah Rəsulunun (səlləllahu aleyhi və səlləm) gecə namazına qalxmasını Allah təla ona əmr edib: “1 - Ey (libasına) örtünüb bürünən (əbasına bürünüb yatan Peyğəmbər)!
2 - Gecəni – az bir hissəsi istisna olmaqla – qalxıb namaz qıl!
3 - (Gecənin) yarısına qədər, yaxud bir qədər ondan az;
4 - Və ya bir qədər ondan çox! (Sənin gecəni oyaq qalıb namaz qılmağın onun üçdə bir hissəsindən az, üçdə ikisindən çox olmasın!) Həm də (gecə ibadət etdiyin zaman) aramla (ağır-ağır) Quran oxu!” (əl-Muzzəmmil 1-4). Allah təala belə buyurur: “(Ya Rəsulum!) Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd) namazı qıl. Ola bilsin ki, Rəbbin səni (qiyamət günü hamı tərəfindən) bəyənilib təriflənən bir məqama (axirətdə ən böyük şəfaət məqamına) göndərsin!” (Əl-İsra 79).
2 - Gecəni – az bir hissəsi istisna olmaqla – qalxıb namaz qıl!
3 - (Gecənin) yarısına qədər, yaxud bir qədər ondan az;
4 - Və ya bir qədər ondan çox! (Sənin gecəni oyaq qalıb namaz qılmağın onun üçdə bir hissəsindən az, üçdə ikisindən çox olmasın!) Həm də (gecə ibadət etdiyin zaman) aramla (ağır-ağır) Quran oxu!” (əl-Muzzəmmil 1-4). Allah təala belə buyurur: “(Ya Rəsulum!) Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd) namazı qıl. Ola bilsin ki, Rəbbin səni (qiyamət günü hamı tərəfindən) bəyənilib təriflənən bir məqama (axirətdə ən böyük şəfaət məqamına) göndərsin!” (Əl-İsra 79).
Aişə (Allah ondan razı olsun) buyurur: “Nəbi (səlləllahu aleyhi və səlləm) gecə vaxtı qalxıb ayaqları şişənə qədər gecə namazı qılardı. Bir dəfə mən ona dedim: - Ey Allahın Rəsulu (səlləllahu aleyhi və səlləm), artıq sənin keçmiş və gələcək günahların bağışlandığı halda niyə özünə bu qədər əziyyət verirsən?! Allahın Rəsulu (səlləllahu aleyhi və səlləm) dedi: Mən şükr edən bir qul olmayımmı?” (Buxari, Müslim).
Sələfi-saleh (saleh sələflər) Allah Rəsuluna (səlləllahu aelyhi və səlləm) iqtida edərək (ona itaət edib, onun kimi əməl edərək) bu əməli yerinə yetiriblər.
Əbu Dərda (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) belə buyurub: “Üç nəfəri Allah sevər, onlara gülər və onlara sevinər. Bir camaat Allah yolunda savaşarsa, o kəs də öz nəfsi ilə Allah üçün onlarla birgə savaşar. Ya öldürülər ya da Allah onu qalib edər və qoruyar. Allah deyər baxın mənim bu quluma, necə Mənim üçün öz nəfsi ilə səbir etdi. İkincisi, gözəl qadını, yumşaq və rahat yatağı ola-ola gecə namazına qalxar. Uca Allah deyər: "O, öz nəfsinin istəyini tərk edib Məni zikr edir. Əgər o istəsəydi yatardı. Üçüncüsü də səfərdə olar, onunla olanlar gecəyə kimi oyaq qalar sonra yatarlar. O isə rahat vaxtında da, çətin anlarda da gecə namazına qalxar”. Abdullah ibn Səlam (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) Mədinəyə gəldikdə insanlar: “Allahın elçisi gəlib, Allahın elçisi gəlib!”- deyə tələsik onun yanına getdilər. Mən də onlarla bərabər Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) yanına gəldim. Mən onun üzünə baxan kimi onun yalançı olmadığını başa düşdüm. Onun Mədinə əhlinə tövsiyə etdiyi ilk nəsihəti belə oldu: “Ey camaat! Salamı yayın, kasıbları yedizdirin, insanlar yatan zaman namaz qılın və beləliklə də Cənnətə daxil olun” (Ramil Soltanov, “Gecə namazı” kitabından).
Həsən əl-Bəsri (Allah ona rəhmət etsin) deyir: “Mən gecə yarısı qalxıb namaz qılmaqdan daha üstün bir ibadət görmədim”. Muhəmməd ibn Munkədir (Allah ona rəhmət etsin) deyir: “Mənə dünyanın ləzzətindən yalnız üç şey qalıb. Gecə namazını qılmaq, müsəlman qardaşlarımla birgə olmaq və camaatla namaz qılmaq”.
Yezid ibn Abən Rəqaşi (Allah ona rəhmət etsin) deyir: “Bu dünyada ibadət əhlini gecə namazından daha çox sevindirən başqa bir şey tanımıram”.
Yəhyə ibn Muaz (Allah ona rəhmət etsin) deyir: “Qəlb beş şey ilə müalicə edilir. Quranı oxuyub anlamaq, həddindən artıq yeməmək, gecə namazını qılmaq, səhərə yaxın Allaha dua etmək və əməlisaleh insanlarla dostluq etmək”.
Fudeyl ibn İyad (Allah ona rəhmət etsin) deyir: “Gecələri namaz qılıb gündüzləri oruc tuta bilmirsənsə, bil ki, günahlarından dolayı böyük bir xeyirdən məhrum olmusan”.
Başqa bir rəvayətdə də belə deyib: “Gecələri yatıb Allahı yada salmayan (gecə namazını qılmayan) Allahı sevdiyini iddia edərsə, yalan danışmış olar”.
Əta əl Xorasani (Allah ona rəhmət etsin) deyir: “Mömin bəndə gecə durub namaz qılanda sevinər, qəlbi şad olar, yatıb qaldıqda isə kədərlənər, ürəyi sıxılar”.
Səbit əl-Bunani (Allah ona rəhmət etsin) deyir: “Özümü iyirmi il gecə namazı qılmağa öyrəşdirdim, sonra da iyirmi il onun ləzzətini daddım”.
Ümumiyyətlə bu barədə sələflərdən çox möhtəşəm və dəyərli xəbərlər gəlibdir. Bununla kifayətlənib sonda həm özümə, həm də sizlərə nəsihətim budur ki, həqiqətdir ki, biz ibadət və itaətdə, onun dadını və ləzzətini əldə etməkdə var gücümüz ilə səy etməliyik. Uca Allah bu işdə bizə müvəffəqiyyət bəxş etsin. Amin!
Hazırladı: Əkrəm Həsənov
Hiç yorum yok:
Yorum Gönder