01 Kasım 2011

Bizdən hansımız Zül Hiccənin 10 günü boyunca saçımızı və dırnaqlarımızı kəsməməliyik?


Sual: "Mən dul qadınam və mənim oğullarım və qızlarım var. Bizim var-dövlətimiz birdir, həyat yoldaşım dünyasını dəyişəndən bəri onu bölməmişik. Hər il oğullarımdan birinə tapşırıram ki, qurbanlıq heyvan alıb onu kəssin. Bizdən hansımız Zül Hiccənin 10 günü boyunca saçımızı və dırnaqlarımızı kəsməməliyik? Yoxsa bunu hamımız etməməliyik?"

Cavab: "Əgər məsələ sizin izah etdiyiniz kimidirsə, mülk və qurbanlıq heyvan bir olduğu üçün onu hamınız kəsmiş (qurban gətirmiş) sayılırsınız. Zül Hiccə ayı girəndən qurban kəsilənəcən isə dırnaqlardan, saçlardan və ya dəridən nəyisə götürmək caiz deyil. Bu Peyğəmbərimizin (salləllahu əleyhi və səlləm) sözlərinə əsaslanır:
"Zül Hiccə ayı girdikdə, sizdən qurban kəsmək niyyətində olan hər kəs, qurbanını kəsənədək saçından, dırnaqlarından və dərisindən heç nə götürməməlidir".
Hədisi imam Muslim Umm Sələmədən (radıyəllahu ənhə) rəvayət etmişdir. 
Tövfiq isə Allahdandır."
Mənbə:  Şeyx İbn Bəz (rahiməhullah) "Fatava əl-Mər`ə əl-Muslimə" cild 2, səh. 487

Hiç yorum yok:

Yorum Gönder