21 Ekim 2011

Sən hansı qadını sevirsən?


Sən hansı qadını daha çox sevirsən?

Məndən soruşurlar ki, sən hansı qadını daha çox sevirsən? Mən deyirəm: Kim məni doqquz ay gözləyibsə. Məni gələcək üçün gözyaşları ilə, sevinc və fərəh ilə, sağlam və xəstə olanda belə hazırlayıbsa və məni öz hesabına tərbiyə edib hazırlayıbsa.
Belə ki, göz yaşları ilə, sevincli anları ilə, sağlam olduqda və xəstə olduqda belə öz zəhməti ilə mənim gələcəyim üçün hazırlıq görüb. Mən xəstə olanda qayğıma qalıb, sevinc içində olanda sevinib, sağlam olanda məni qoruyub və bütün bunları o öz sağlamlığının ziyanına edib. Onun sevgisi mənim qəlbimdə əbədi olaraq ən böyük bir şəkildə qalacaq. Allah təala həm bizi, həm də sizi analarımızla bərabər qorusun. Amin! Onlara haqqlarını ödəyə bilmədiyimiz üçün uca Allah onlara çox-çox mükafatlar versin. Çünki biz analarımıza bizə etdikləri müqabilində heç bir mükafat verməyə layiq və qadir deyilik. Allah təala bizi onlara istədikləri və razı qaldıqları övladlar etsin. Amin! Gəlin hamılıqla analarımızın qədrini bilək! Amin! Hazırladı: Əkrəm Həsənov...

Hiç yorum yok:

Yorum Gönder