07 Eylül 2011

Suheyb qazandı, Suheyb qazandı...


Suheyb (radıyAllahu anhu) Rasulullaha (sallAllahu aleyhi və səlləm) qovuşmaq üçün hicrət etmək istədikdə Qureyş kafirləri ona belə dedi:

- Sən bizim yanımıza gəldikdə yazıq və rəzil günündə idin. Bizim yanımızda qalandan sonra isə var-dövlətin artdı. İndi istəyirsən ki, malını da, canını da götürüb, aradan çıxasan? And olsun ki, bu mümkün olmayacaqdır. 
... 
Suheyb hicrət etməyin mümkünsüzlüyünü görüb, onlara deyir:
- Əgər bütün var-dövlətimi sizə versəm, məni buraxarsınızmı?

Onlar -Bəli, buraxarıq!- dedikdə, Suheyb (radıyAllahu anhu) buyurur:
- Götürün, mən sizə bütün var-dövlətimi verdim!

Bu xəbər Rasulullaha (sallAllahu aleyhi və səlləm) çatdıqda, o (sallAllahu aleyhi və səlləm) buyurdu:

ربح صهيب, ربح صهيب

- Suheyb qazandı, Suheyb qazandı...

Görəsən, bütün dünyasını itirən bir səhabənin, qazandığı nə idi? Əlbəttə ki,o (radıyAllahu anhu) dünyasını itirib, Axirətini qazanmışdır.

İbn Hişəm Əbu Osman əl-Hindi, Sıratun-Nəbəviyyə, 2/75 

_________
əz-Zubeyr

Hiç yorum yok:

Yorum Gönder