07 Eylül 2011

SƏLƏFDƏN İNCİLƏR


Malik ibn Dinar [rahiməhullah] belə demişdir : ” Hər kim bu dünyanı arzu edərsə,dünya ondan onun dinini mehir olaraq götürmədən rahat olmaz”

Bəkr ibn Abdullah əl Muzani [rahiməhullah] belə demişdir: “Əgər özündən daha yaşlı bir kimsəni görsən,ona sevgi duy və özün özüvə de: ” O məni İslamda və saleh əməldə keçmişdir” Əgər özündən daha kiçik bir kimsəni görsən,ona hörmət et və özün özüvə de: “Onu günahlarda keçdim” Əgər insanlar səni tərif etsələr o zaman belə de :”Bu Allahın bir Lütfüdür fəqət mən bunu qazanmadım ” Əgər insanlar səni kiçiltsələr: ” Bu mənim işlədiyim günahımdır önümə çıxdı” de.

Sufyan əs-Savri [rahiməhullah] belə demişdir : “Kimin elmi onu ağladarsa o əsl alimdir.Çünki Allah Subhənu və Təalə belə buyurmuşdur : “Doğrudan da, ondan əvvəl özlərinə elm verilmiş kimsələrə, (ayələr) oxunduğu zaman üzüstə səcdəyə qapanır (17.107) və Yenə belə buyurmuşdur : “ Onlar özlərinə ər-Rəhmanın ayələri oxunduğu zaman səcdəyə qapanıb ağlayanlardır. (19.58) “

Fudeyl ibn İyad [rahiməhullah] belə demişdir: ” Bir mömin bir xurma ağacı əkər və dikanlı bir ağacın böyüməsindən qorxar.Münafiqlər isə dikanlı bir ağac əkərlər və bundan yetişmiş xurmalar umarlar!

Ömər ibn Əbdüləziz’ə [rahiməhullah] nəsihət edildi ” Ey Ömər, Allah’ın aşkarda müttəfiqi olub gizlində isə düşməni olmaqdan qorx.Əgər birinin fitrəti aşkarda və gizlində eyni olmazsa o zaman o bir münafiqdir,və münafiqlər cəhənnəmin alt dibini dolduracaq kimsələrdir”

Əhməd ibn Hərb [rahiməhullah] belə demişdir : ” Bir müsəlmanın qəlbində saleh insanlarla bir arada olmaq və onların əməllərini izləmək qədər heç birşey daha faydalı deyildir. Və heç birşey günahkarlarla bir arada olmaq və onların əməllərini izləməkdən də zərərli deyildir”

Sələfdən biri belə demişdir ” Allaha asilik etdim və qarşılığını zövcəmin və hayvanımın davranışlarında (mənə qarşı itayətsizlikliklərin də) gördüm “

Əhməd ibn Hərb [rahiməhullah] belə demişdir : “Əgər altı xislət bir qadında toplanarsa,onun yaxşılığı mükəmməliyyət qazanar: Beş vaxt namazını qoruması,ərinə tabe olması,Rəbbini razı salmağa çalışması,qeybətdən dilini qoruması,dünya malına göz dikməməsi,və müsibət gəldikdə səbr etməsi “

Yəhyə ibn Muaz [rahiməhullah] belə demişdir : “Qəlblərinizi Allahı zikr etməklə yeniləyin.Yoxsa qəlb unutmaq üçün tələskənlik edər”

Abdullah ibn Mubarak [rahiməhullah] belə demişdir : “Dünya möminin zindanıdır.Və zindanda ən gözəl əməl səbr və öfkənin tərbiyyəsidir.Möminin bu dünyada heçbir yurdu yoxdur,onun yurdu axirətdə olacaqdır”

Sələfdən birisi belə demişdir : “ Əgər Allaha yaxın olmaq istəsən o zaman özün və arzuların arasında uzun bir sədd çək “

Həsən əl-Bəsri [rahiməhullah] belə demişdir: “Əgər şeytan sizi davamlı Allaha ibadət edən görsə,sizi zaman zaman aldatmağa çalışar,əgər o sizin yəqinliyinizi görərsə sizdən yorular və sizi tərk edər. Əgər büdrəsəniz,o zaman hər dəfə sizi aldadacağı ümüdü ilə dolar”

İmam Şafii [rahiməhullah] belə demişdir : “Kim sizə qeybət edərsə vaxt olar sənində qeybətini edər.Kim birini məmnun etdiyinizdə sizinlə əlaqəli sizdə olmayan şeylərdən bəhs edərsə,onu qəzəbləndirsəniz sizinlə əlaqəli başqalarına sizdə olmayan şeyləri söyləyər”

Bax : Əl Fudeyl ibn Ayyaz / Əl Beyhəqi,Əl Zühd Əl Kəbir səh /100

______________________________
_____

Çevirdi : Abduz-Zahir.

Hiç yorum yok:

Yorum Gönder