26 Ağustos 2011

Qüdsi hədisin Qurani-Kərimdən 7 fərqi


Qüdsi hədisin Qurani-Kərimdən 7 fərqi

1- Qurani-Kərim bütövlüklə mütəvatirdir, Qüdsi hədislər isə belə deyildir.
2- Qurani-Kərim bütövlüklə səhihdir və onda heç bir xəta yoxdur, qüdsi hədislərin arasında zəif, hətta batil və uydurma hədislərə rast gəlinir.
3- Qurani-Kərim məxluq deyil, yəni yaradılmayıb. Qüdsi hədislər isə Rasulullahın (sallAllahu aleyhi və səlləm) sözləridir, yəni məxluqdur. 
4- Qurani-Kərim həm məna, həm də ləfz etibarilə Allahdandır. Qüdsi hədislər isə mənaca Allahdan, ləfz etibarilə Rasulullahındır. (sallAllahu aleyhi və səlləm)
5- Qurani-Kərim ayə, surə, hizb və cüzlərə bölünür, qüdsi hədislər isə bunlara bölünmür. 
6- Qurani-Kərimi oxuduqda onun hər bir hərfinə görə on savab verilir, qüdsi hədislər isə belə deyildir.
7- Qurani-Kərim namazda oxunur, qüdsi hədisləri isə namazda oxumaq olmaz.

əş-Şeyx Muhəmməd ibn Salih əl-U’seymin (rahiməhullah) buyurur:

- Qüdsi hədislər mərtəbə etibarilə Qurani-Kərim ilə Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) hədisləri arasında bir yer tutmaqdadır. Çünki Qurani-Kərim həm ləfz, həm də məna etibarı ilə Uca Allahdandır. Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) hədisi isə həm ləfz, həm də məna etibarilə Peyğəmbərimizə (sallAllahu aleyhi və səlləm) nisbət edilir. Qüdsi hədis isə məna etibarilə Uca Allaha, ləfz etibarilə isə Peyğəmbərə (sallAllahu aleyhi və səlləm) nisbət edilir. 

Muhəmməd ibn Salih əl-U’seymin, Mustələhul-Hədis, səh. 10-11 
_________
əz-Zubeyr

Hiç yorum yok:

Yorum Gönder