27 Ağustos 2011

2 ORDUNUN QARŞILAŞMASI


:::İBN`ul-QEYYİM`nin (رحمه الله) KİTABINDAN MÖHTƏŞƏM BİR HİSSƏ:::
:::2 ORDUNUN QARŞILAŞMASI:::

___________________________________________________
___________________________________________________



" ..Necədir vəziyyət..bəzən onun əleyhinə bəzən sənin əleyhinə
olur?..

Kafirlərin kralı ordusuyla və əsgərləriylə birlikdə ürəyə/qəlbə doğru
yönəldi... Qəlbi, qalasının içərisində, məmləkətinin taxtına oturmuş
vəziyyətdə gördü... Öz adamlarına nə deyirdisə, (onu) dərhal icra
edirlər... Əsgərləri, ətrafında onun (kral) üçün döyüşür, yanına
kimsənin girə bilməməsi üçün mübarizə edirlər... Kral qəlbin bəzi
məmurlarını və adamlarını intriqalarla ələ keçirmədikcə, hücum
etməsinin qeyri-mümkün olduğunu başa düşdü... Qəlbin ən etibarlı
əsgərinin və ən yaxın adamının kim olduğun soruşdu...

" ..O NƏFS`dir.." - dedilər...

..Adamlarına bu əmri verir:

" - Ona (qəlbə) İSTƏK və ARZU qapısından yanaşın... Nələri çox
sevdiyini, nələrdən ləzzət aldığını öyrənin... Sonra, onları ona bir-
bir (qəlbə) sayın/xatırladın... (ki,) Onlara (qarşı) iştahı artsın,
YUXUSUNDA və OYAQ OLDUĞU HALDA onu (qəlbi) bunlarla məst edib, özünü
itirsin... Onlarla rahatlaşıb, təskinlik tapdıqca və özünü itidikcə,
üzərinə ŞƏHVƏT TOR`unu və qarmaqlarını atıb, özünüzə tərəf çəkin...
Əgər qəlb`in əleyhinə dönər və ona qarşı sizinlə birlikdə olsa, o
zaman göz, qulaq, dil, ağız, ət və ayaq kimi bədən üzvlərini ələ
keçirmiş olarsınız... Bu bədən üzvlərini/orqanları tamamilə oyaq/
diqqətli bir halda müşahidə edin... Qəlb`ə oralardan daxil olsanız onu
ÖLÜ və ya ƏSİR ya da, AĞIR BİR ŞƏKİLDƏ YARALANMIŞ olaraq ələ keçirə
bilərsiniz...



[...sonra, İbn Qeyyim davam edərək, buyurur:]
Bu orqanları boş buraxmayın... Heç bir birliyin qəlbə girib, sizi
oradan çıxarmasına icazə verməyin... O birlikləri ələ keçirsəniz,
qəlbə çata bilməmələri üçün onları çox yaxşı bir şəkildə zəiflətməyə,
gücsüz bir hala salmağa çalışın... Qəlb`ə çatsa belə, zəifləmiş və
(özünə) fayda verməyəcək bir halda çatsın..."




________________________________________
İbnul-Qeyyim əl-Cəwziyyə (رحمه الله)
"Xəstəliklər və müalicəsi" adlı kitabından..

Hazirladi: Ayxan Memmedelioglu

Hiç yorum yok:

Yorum Gönder