Oruclu şəxsin sərinlənməsinin hökmü nədir? Oruclu şəxsin sərinlənməsi cazidir, bunda heç bir təhlükə və problem yoxdur. Allahın Rəsulu (ona və aləsinə salam olsun) oruclu olarkən, istinin şiddətindən və susuzluqdan ötəri başına su tökdürərdi (Əbu Davud, “Oruc kitabı”, “Susuzluqdan ötəri oruclunun başına su tökülər” babı, hədis 2365).
Abdullah ibn Ömər (Allah hər ikisindən razı olsun) oruclu olanda istiliyin şiddətini və susuzluğu aparmaq üçün paltarını su ilə isladardı.
Rütubətin oruca heç bir təsiri yoxdur. Çünki rütubət mədəyə çatan bir şey deyildir.
Muhamməd bin Saleh əl-Üseyminin fətvalarından
Tərcümə edən: Əkrəm Həsənov
Hiç yorum yok:
Yorum Gönder