O (rahmətullahi aleyhi) Allahın əzəmətini gözəl bir kəlamla belə ifadə edir:
....- “Allah taala hər şeyi idarə edir, əmr və nəhy edir, yaradır, ruzi verir, öldürür, ucaldır və endirir, gecəni gündüzlə əvəzləyir, günləri insanlar üçün növbə ilə dəyişdirir.Allahın əmri, hakimiyyəti göydə və onun qatlarında, yerdə və onun üzərində, altında, suda, quruda keçərlidir. Onun elmi hər şeyi əhatə edir.O, hər şeyin sayını bilir, hər şeyi eşidir, ona heç nə qaranlıq və sirr qalmır. Dillərinin və ehtiyaclarının fərqli olmasına baxmayaraq O, deyilən hər bir kəlməni eşidir, Ona heç nə mane olmur, məsələlərin çoxluğu Onu çaşdırmır, ehtiyacı olanların istəklərini qarşılamaq Onu yormur, bezdirmir. O, hər şeyi görür. Allah taala qaranlıq gecədə qara qaya üzərində gəzən qara qarışqanı da görür. Bizim qeyb bildiklərimiz Ona bəyan, sirr bildiklərimiz Ona əyandır.O,günahları bağışlayır, kədərləri aparır, bəlaları uzaqlaşdırır, kasıbı varlandırır, yolunu azmışı düz yola gətirir, duaları qəbul edir, acları doyurur, paltarı olmayanları geyindirir, xəstəyə şəfa verir, tövbə edənin tövbəsini qəbul edir, saleh insanın mükafatını verir, məzluma kömək edir, qolu zorluları zəlil edir, nöqsanları örtür, bəzilərini qaldırır, bəzilərini endirir. Həqiqətən, Allah taala hikmət sahibidir. Əgər göylərdə və yerdə olanlar, ilk və son yaradılmışlar, insanlar və cinlərin hamısı inanan və müttəqi olsalar da, Onun mülkündə nəsə artmaz. Əgər ilk və son yaradılmışlar, insanlar və cinlərin hamısı ən zalım qəlbə sahib olsalar belə. Yenə də Onun mülkündən nəsə əksilməz. Həmçinin, göylərdə və yerdə olanlar, insanlar və cinlər, dirilər və ölülər bir yerə yığışıb nəsə istəsələr və Allah onların istəklərini yerinə yetirsə, yenə də Ondan zərrə qədər də nəsə azalmaz. O, əzəlidir, Ondan əvvəl heç nə olmayıb. O, əbədidir, Ondan sonra heç nə yoxdur. O, zahirdir, Ondan üstə heç nə yoxdur. O, batindir, Onsuz heç nə yoxdur. O, zikr edilməyə, tərifə və ibadətə layiqdir. O, heç bir şəriki olmayan hakimdir, tayı-bərabəri yoxdur. O, ehtiyacsızdır, övladı yoxdur. Ucalardan ucadır, bənzəri yoxdur. Ondan başqa hər şey fanidir, mülkündən başqa hər şey qurtarandır. Onun izni olmadan heç bir itaət və asilik olmaz. İtaət olunur, həmd edilir. Asilik edilir, O, isə bağışlayır. Onun verdiyi hər bir cəzada ədalət, hər bir nemətdə fəzilət var. Allah taala ən yaxın himayədar və ən yaxşı biləndir. O, insanların başlarına gələn hadisələri, ruzilərini və əcəl vaxtlarını əvvəlcədən yazmışdır. Sağlam qəlblər Ona olan imanla coşar. Ona hər şey əyandır. Onun bəxşişi də, əzabı da yalnız bir kəlimənin nəticəsidir. «Bir şeyi yaratmaq istədikdə sadəcə «ol» deyər və o da dərhal olar “
(əl-Vabilus-siyyəbu, səh. 125) .
- Orucun hikməti barədə belə buyurur :
"Orucdan gözlənən məqsəd, nəfsi şəhvətlə bağlı arzulardan uzaqlaşdırmaq, alüdə olduğu şeylərdən qoparmaqdır. Aclıq və susuzluq nəfsin hiddət və şiddətini qırar, aclıqdan və susuzluqda ciyərləri yanan yoxsulların halını düşündürür. Yeyilən və içilən şeylerin yollarının daralmasıyla şeytanın insandakı dolaşım yolları daralır.Oruc, təqva sahiblərinin qalxanıdır. Çünkü oruclu heçbir şey etməz! yalnızca şəhvətini,yeməsini və içməsini Məbudu üçün tərk edər. Oruc, Allah sevgisini və rizasını tərcih edib nəfsin sevdiyi və ləzzət aldığı şeyləri tərk etməkdir. Oruc,qul ilə Rəbbi arasında bir sirdir, O'-ndan başkası bu sirdən xəbardar ola bilməz.Budur orucun həqiqəti.
Oruc ! təqvaya ən böyük yardımçılardandır"
(Zad əl-Məad)
- Sevgi barədə isə bunları buyurur : "Rəbbinin quluna olan məhəbbəti, daha qul Rəbbini sevməden öncə də vardı.Əgər ki Allah'ın ona məhəbbəti olmamış olsaydı, Allah sevgisini onun (qulunun) qəlbinə qoymazdı. Şübhəsiz ki Allah'ı sevməyi qula ilham eden yene O'dur.Qul Allah'ı sevincə də, bu sevgisindən dolayı Allah onu daha büyük bir məhəbbətlə mükafatlandırar."
(Tariqul Hicrəteyn)
Hidayətə tabe olmaq barədə bunları buyurur : “siratəl-mustəqim’ə hidayət olunmaq zəlalət xəstəliyinin şəfasıdır. Bundan dolayı doğru yola hidayət olunmağı istəmək hər qula ən çox fərz olan duadır.Qulun hidayətə hər şeydən daha çox ehtiyyacı olduğu üçün,gecə və gündüz hər namazda edilməsi gərəkən ən çox dua, bu duadır.Bu duanın yerini heç bir şey tutmaz.”
“Yalnız sənə ibadət edir və yalnız səndən yardım diləyirik”
(Mədaricus-Salikin)
Bu fəzilətli “qəlb alimi”ni fəzilət sahibləri belə xatırlayıblar.
- Alləmə İbn Kəsir (rahmətullahi aleyhi) özünün yazdığı tarix kitabında deyir: "Hafız ibn Qeyyim, çox sevimli bir insan idi. Nə kimsəyə həsəd edər, nə kimsəyə əziyyət edər, nə bir kimsənin eyibini ortaya çıxarar, nə də bir kimsədə qüsür axtarardı. Men onun ən yaxın dostu və sevdiyi biriydim. Bizim zamanımızda dünyada ondan daha çox ibadət edən və çox nafilə ibadətlərini davamlı edən başqa birini tanımıram.Namazlarını uzun uzun qılar, ruku və səcdələri çox uzadardı.Bəzi vaxtlar dostları ona qəzəblənərdilər lakin o, bunu tərketməzdi. Sözün qısası, o; “Bütün yönləriylə bənzəri az olan biriydi.”
-İmam əş-Şövkani (rahmətullahi aleyhi) onun haqqında deyir: “Səhih dəlillərə bağlı, onlarla əməl etməkdən xoşlanar, şəxsi görüşə dayanmaz, haqqı aşikarə deyər ve bu mövzuda heç kimsədən çəkinməzdi.”
- Hafiz ibn Həcər (rahmətullahi aleyhi) onun haqqında : “ Qəlblərə xitab edən,elmi çox geniş olan və sələfin görüş və ixtilaflarını olduqca gözəl bilən bir kimsəydi ”
Hicri 751-də Rəcəb ayının 23'ündə Çərşəmbə günü vefat etmiştir (Cənazəsində olduqca böyük bir izdiham vardı.Vəfat etdiyində 60 yaşındaydı)
Allah ona rahmət etsin və dərəcəsini yüksəltsin.
Hazırladı : Abduz-Zahir Əhməd.
Hiç yorum yok:
Yorum Gönder