17 Ağustos 2011

Oruc tutmaq hamı üçündür.


Oruc tutmaq hamıya aiddir
Sual: Oruc tutmaq yalnız Muhəmmədin (səlləllahu aleyhi və səlləm) ümməti üçündür, yoxsa digər ümmətlər də oruc tutmalıdırlar?

Cavab: Bütün ümmətlər üçün oruc tutmaq vacibdir. Allah Subhanahu və Təala buyurur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” (Bəqərə surəsi 183). Oruc tutmaq bizə yazıldığı kimi (yəni uca Allah tərəfindən bizə əmr edildiyi kimi) bizdən əvvəlkilərə də yazılmışdır (uca Allah tərəfindən əmr edilmişdir). Bu Allah təalanın qullarına olan rəhmətinə və yaxşılığına görədir ki, oruc tutmaqla onlar Allaha yaxınlaşır, şəhvəti tərk edir, Allaha itaət edir, Allahı təzim edirlər (Ona hörmət göstərirlər). Buna görə də Allah təala onlara ən gözəl savab yazır və onları mükafatlandırır. 
İbn Baza verilən sual və onun cavabıdır. Mən isə deyirəm. Görün bizim necə gözəl Rəbbimiz var. Belə bir Rəbbimizin əmrini nə üçün tərk edək. Nə üçün Ramazan ayı gəlsin, biz müxtəlif bəhanələr edərək bu ayda verilən neməti qiymətləndirməyək. Nə üçün bu dünyada yaşadığımız halda uca Rəbbimiz bizi bağışlamasın? Nə üçün başqa bəhanələr gətirərək orucu tərk edək. Bununla biz heç kimə zərər vurmuruq. Ancaq özümüzə zərər vururuq. Allah təala bizə bir qapı açır. Bizi o qapıdan dəvət edir. Qapını adını da bizə xəbər verib. Reyyan qapısı. Niyə Cənnət əhli Cənnətə Reyyan qapısından daxil olanda biz kənarda dayanıb peşman olaq. Ey Allahın qulları! Məgər belə böyük bir fürsəti əldən qaçırmaq olarmı? Gec deyil axı. Tez tövbə edin. Bütün bəhanələri atın və Rəbbimizin bu dəvətinə cavab verin ki, xoşbəxt olasınız. Allah təala bizi Reyyan qapısından Cənnətə daxil etsin. Amin! 

Əkrəm Həsənov
Sual-cavabı İbn Bazın saytından, tərcümə etdim. Əlavələr mənə aiddir.


Hiç yorum yok:

Yorum Gönder