09 Temmuz 2011

Təkfir məsələsində minhəcimiz.


• Biz cahil və təvilçi bir kəsin küfrə aparan bir əməl işləməsi halında -tərk edənin kafir olmasına səbəb təşkil edəcək- dəlili ona qarşı ortaya qoymadıqca İslam dinindən çıxdığını söyləmirik.

• Biz qəlbi iman ilə zəngin olub, onunla rahat və hüzur tapması ilə məcbur edilən bir kimsəni küfrə götürən bir əməl etməsiylə və ya sözüylə dindən çıxdığını söyləmirik.

• Biz şirkdən aşağı olan, böyük günahlardan hansını işləyirsə işləsin, bu günah səbəbi ilə heç bir müsəlmanın kafir olduğunu söyləmirik.

• Biz Kitab və Sünnədən bir işin küfr olduğunu ortaya qoyan bir dəlil olmadığı müddətdə kimsənin kafir olduğunu söyləmirik.

• Biz kafirin imanı küfrdən üstün tutmadıqca mömin olmadığı kimi, möminin də məqsədli şəkildə küfrü imandan üstün tutmadığı halda onun kafir olduğunu söyləmirik.

• Biz bu sadalanan şərtlərə əsasən kafir hökmü vermədiyimiz kəslərin- fasiq və ya imanının əskik olduğunu söyləyirik!

_________
əz-Zubeyr

Hiç yorum yok:

Yorum Gönder