26 Temmuz 2011

Ramazan ayında nə edək? Oruc tutub, namaz qılaq.


Allaha həmd, şükür, təriflər olsun hər bir nemətinə görə, həmçinin onun ən böyük nemətlərindən olan bu mübarək Ramazan ayına görə. Biz artıq bu ayın içərisinə daxil oluruq. Allaha çox şükürlər olsun ki, bu ayda bizi yaşadır və bizi saleh əməllərə yönəldir. Allahın rəsuluna, elçisinə və peyğəmbərlərin xatəmi Məhəmmədə, onun ailəsinə, səhabələrinə və onların yoluna gücləri çatan qədər tabe olanlara salam olsun. Amin!

İnşallah ümid edirik ki, yazıb hazırladığımız bu kiçik risalə bütün müsəlman bacı və qardaşlarımız üçün xeyirli və faydalı öyüd olar. Uca Allahdan faydalı olmasını istəyirik. Həmçnin istəyirik ki, müsəlman qardaş və bacılarımız dualarında bizi unutmasınlar. Allah təala hamımızı öz razılığına daxil eləsin. Amin!
Allah təala Qurani Kərimdə buyurur:
“- İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir...”( əl-Bəqərə (İnək) surəsi, 185)
Allah təala Ramazan ayına bəzi xüsusiyyətlərini saya biləcəyimiz, həmçinin digər aylardan fərqli xüsusiyyətlər və üstünlüklər vermişdir;
1.     Oruc tutanın ağzının qoxusu Allah yanında müşk ətrindən daha xoşdur.
2.     Mələklər oruc tutanlar üçün iftar vaxtına qədər Allahdan bağışlanma istəyərlər.
3.     Allah təala hər gün Cənnətini bəzəyər və belə buyurar: “Saleh qullarımın üzərlərindəki sıxıntı və əziyyət verən şeyləri ataraq sənə gəlmələrinə çox uzun bir vaxt qalmadı”.
4.     Bu ay azğın şeytanlar zincirə vurulur, Cənnətin qapıları açılır, Cəhənnəmin qapıları bağlanır.
5.     Bu ayda bu aydan da xeyirli olan Qədr gecəsi vardır. Bu gecənin xeyirindən məhrum qalan kimsə xeyrin hamısından məhrum qalar.
6.     Ramazanın sonunda bütün oruc tutanların günahları bağışlanar. Bu ayda Allahın Cəhənnəm əzabından azad etdiyi şəxslər vardır. Bu Ramazanın bütün gecələrində baş verir.
Belə xüsusi fəzilətlərə sahib olan bu ayı necə qarşılamalıyıq? Saleh bir kimsə bu ayı; səmimi bir tövbə, bütöv bir qərarlılıq, bütün vaxtını saleh əməllər işlədərək keçirər. Allah təaladan istəyirik ki, bizə kömək eləsin ki, Özünün razı olduğu kimi Ona şükür edək, Onu zikr edək, Ona ibadət edək. Amin!
Bəs Ramazan ayını ən gözəl dəyərləndirmək üçün nə kimi saleh əməllər işlətməliyik sualının cavabını gəlin birlikdə axtaraq.
Ramazanda yerinə yetirilməsi gərəkli olan saleh əməllər aşağıdakılardır:

1.     Oruc tutmaq:
“Adəmoğlunun bütün əməlləri özünündür. Bir yaxşılıq on qat əvəzlə yeddi yüz qata qədər mükafatlandırılacaq. Əziz və Cəlil olan Allah təala: “Oruc istisna olmaqla, o mənimdr və onun da mükafatını mən verəcəm, o öz arzularını, yeyib-içməsini mənim üçün tərk edir” buyurmuşdur. Oruclunun iki sevinci vardır: biri iftar etdiyi vaxt, digəri isə Rəbbinə qovuşacağı gündür. Allaha and olsun ki, oruc tutanın tutduğu oruca görə ağzının iyinin dəyişməsi Allah yanında müşk ətrindən daha xoşdur (Buxari, Müslim).
“Kim Ramazanı fərz olduğuna inanaraq və mükafatını Allahdan istəyərək oruc tutaraq keçirərsə keçmiş günahları bağışlanar” (Buxari, Müslim).
“Hər kim yalan söz danışmağı və yalanla əməl etməyi tərk eləməsə, onun yeyib-içməsini tərk etməsinə Allahın heç bir ehtiyacı yoxdur” (Buxari).
“Oruc bir qalxandır. Sizdən biriniz oruclu olduğu gün çirkin söz danışmasın, pis iş görməsin, cahillik etməsin. Əgər kimsə ona söysə “mən orucluyam” desin” (Buxari, Müslim).
Buna görə də oruc tutan hər bir kəsin; qulağı, gözü və bütün bədən üzvləri, əzaları oruc tutmalıdır. Oruc tutduğu gün ilə, oruc tutmadığı gün arasında daha müsbət dəyişikliklər olmalıdır.

2.     Namaz qılmaq.
“- Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər.                                                                                                     - Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirərlər” (əl-Furqan (Fərqləndirmə) surəsi, 63-64). “Hər kim Ramazanı (fərz olduğuna inanıb) mükafatını da Allahdan istəyərək namazla keçirərsə keçmiş günahları bağışlanar” (Buxari, Müslim).
Gecə vaxtları namaz qılmaq, Allahın Rəsulu (Ona və ailəsinə salam olsun) və səhabələrinin üstündə möhkəm dayandığı bir sünnə (yol) idi. Aişə (Allah ondan razı olsun): “Gecə namaz qılmağı tərk etmə. Çünki Allahın rəsulu (Ona və ailəsinə salam olsun) onu tərk etməz, xəstələnər və ya yorğun olardısa oturaraq namazını qılardı” deyir. Ömər bin Xəttab (Allah ondan razı olsun) da gecə istədiyi qədər namaz qılar, gecə yarısı olduqda ailəsinin fərdlərini namaza qaldırardı. Onlara, “Namaza, namaza” deyər və “Əhlinə (əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et (yaxud məişət çətinliklərinə döz). Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir (müttəqilərindir)!” (Taha surəsi, 132) ayəsini oxuyardı. Əlqamə bin Qeys belə deyir: Bir gecə Abdullah bin Məsudun (Allah ondan razı olsun) yanında qaldım. Gecənin ilk vaxtlarında qalxıb namaz qıldı. Sanki məhəllə məscidində namaz qılan bir imam kimi ağır-ağır, bir-bir ayələri oxuyurdu. Buna baxmayaraq ətrafında olanlar onun qiraətini eşitmir, hətta öz səsini özü də eşitməyəcək qədər olardı. Nəhayət səhərə yaxın, dan yeri ağaranda, axşam azanı lə axşam namazının qurtarmasına qədər bir vaxt qaldıqda vitri qılardı. Səhabələr səhərə yaxın bir vaxta qədər daima namazı qılardılar. Gecə vaxtları namaz qılmaq, Allahın elçisnin (Ona və ailəsinə salam olsun) və səhabələrinin üstündə möhkəm dayandıqları bir sünnə (yol) idi. Aişə (Allah ondan razı olsun) “Gecə namaz qılmağı tərk etmə. Çünki Allahın rəsulu (Ona və ailəsinə salam olsun) onu tərk etməz, xəstələnər və ya yorğun olardısa oturaraq namazını qılardı” demişdir.

Hazırladı: Əkrəm Həsənov 

Ardı var... 

Hiç yorum yok:

Yorum Gönder