26 Temmuz 2011

Oruc nədir?


Oruc, İslamın beş şərtindən biridir. Həm fərd, həm ailə, həm də cəmiyyətdə olan müsbət təsirləri sayılmayacaq qədər çoxdur. Hər şeydən əvvəl insanı heyvani duyğulardan uzaqlaşdırıb saflaşdırması, bu ibadətin şəriətdəki yerinin əhəmiyyətini qeyd etməyə kifayət edər.


Adəm Peyğəmbərdən (əleyhi-s-salam) Məhəmməd peyğəmbərə (s.ə.s) qədər gəlib keçən bütün peyğəmbərlərə namaz fərz qılındığı kimi, oruc da fərz qılınmışdır. Ancaq keyfiyyəti və xüsusiyyətlərinə görə fərqli cəhətləri olmuşdur.[i] Oruc əslində ərəb dilində  الصِّيَامُ [əs-siyamu] kimi qeyd olunur və Qurani Kərimdə bu siyam sözü yeddi ayədə keçir. Lüğətdə “siyam” bir şeydən qorunmaq, çəkinmək, özünü saxlamaq mənsına gəlir.[ii] Oruc, “tutmaq”, “saxlamaq” mənasına gəlir. Qurani Kərimin bir ayəsində belə keçir: ...“Mən Rəhman yolunda oruc (sükut orucu) tutmağı nəzir eləmişəm, ona görə də bu gün heç kəslə danışmayacağam!” (Məryəm surəsi, 26). Bizim barəsində danışdığımız oruc isə gün çıxmazdan əvvəl başlayıb, günbatana qədər niyətli olaraq özünü orucu pozan işlərdən qorumaq olacaq. [iii] İbn Rüşd, “Bidayətül Müctəhid” əsərində oruc fəslində yazır ki; “Bilməliyik ki, şəri oruc fərz və məndub olaraq iki cürdür. Fərz olan oruc özlüyündə üç qismə ayrılır: Birinci, zamana bağlı olan fərz orucdur, bu da Ramazan ayında tutulan orucdur. İkinci, səbəbə bağlı olan fərz orucdur ki, bu da kəffarə oruclarıdır. Üçüncüsü də insanın nəzir etmək surətiylə özünə vacib etdiyi orucdur ki, buna da nəzir orucu deyirlər”.[iv] “Fətavayi Hindiyyə” sahibi orucları üç növə ayırır: fərz oruclar, vacib oruclar və nafilə oruclar. Fərz olan oruclar iki növdür: Məlum böyük fərz oruc olan Ramazan orucu və  kəffarə olaraq tutulan oruclar. Vacib olan oruclar da iki növdür: Müəyyən olan vacib oruc – müəyyən bir gündə tutulması nəzir edilən oruc, qeyri müəyyən olan vacib oruc – hər hansısa bir gündə, ayda və ildə nəzir edilərək tutulan oruc. Allah təalanın razılığını qazanmaq üçün tutulan nafilə oruclar da vardır”.[v] Ramazan ayında orucun fərz olması Quran, sünnət və icma ilə sabitdir. Qurandan dəlili,

“- Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!”[vi] ayəsidir. Sünnətdən dəlili, Peyğəmbərimizin (s.ə.s):
“İslam dini, Allahdan başqa haqq ilahın olmadığına və Məhəmmədin Allahın rəsulu olduğuna inanmaq, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazan ayında oruc tutmaq olaraq beş əsas üzərində qurulmuşdur”. Bir çöl bədəvisinə dediyi “İslamın əsaslarından biri də Ramazan orucunu tutmaqdır” kimi belə bir çox hədislər vardır.  Cümhur imamlar, şeyxlər və alimlərdən də heç birinin Ramazan orucunun fərz olmadığını deyən olmamışdır.
Ramazan orucu həddi büluğ çağına gəlmiş və ağlı başında olan, eyni zamanda xəstə və səfərdə olmayan hər bir kəsə - əgər şəriətdə bilinən maneələr yoxdursa, məsələn qadınların aybaşı halı kimi – fərzdir və bu məsələdə heç kim ixtilaf etməmişdir. Bu gün kiminsə cahil bir insanın oruc tutmasan da olar, əsas qəlbin təmiz olsun sözlərinə inanmaq, güvənmək və etibar etmək aqil bir insana yaraşmaz. Hər bir insan, xüsusilə özünü müsəlman adlandıran şəxs bütün şərtlər yerindədirsə heç bir bəhanə etmədən orucuna davam etməlidir. Allah Təalanın ona bu qədər ömür və bu ömür içərisində bu qədər nemətlər bəxş etməsini düşünməli ömürünün içərisində olan 12 aydan bir ayını Allaha ayırmalıdır. Əslində Orucun tutulmasında Allah təalaya fayda və zərər yoxdur. Allah təala Peyğəmbərdən gələn bir müqəddəs hədisdə demişdir ki: “Qulumun bütün ibadətləri özünə aiddir, yalnız oruc mənim üçündür. Onun da mükafatını mən verəcəm”. [vii] Artıq bu hədis düşünənlər üçün kifayətdir. Allah təala Qurani Kərimdə buyur ki: “Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!”[viii]
Əbu Hüreyrədən (r.a) rəvayət olunur ki, Allahın elçisi (s.ə.s) belə buyurdu: “Allah təala buyurmuşdur ki, “Adəm oğlunun bütün əməlləri özü üçündür. Ancaq oruc müstəsnadır. Həqiqətən də o mənim üçündür. Onun mükafatını da ancaq mən verəcəm”. Oruc günahlara qarşı br qalxandır. Sizlərdən biri oruclu olan vaxt pis söz deməsin. Qışqırıb, bağırmasın. Adi, səviyyəsiz hərəkətlər etməsin. Əgər bir kimsə ona söyərsə və ya onunla dalaşarsa iki dəfə “mən orucam (oruc tutmuşam)” desin. Məhəmmədin nəfsini (ruhunu) əlində tutana and olsun ki, oruc tutanın ağzının iyi Allah qatında qiyamət günü müşk ətrindən daha xoşdur. Oruc tutan üçün iki sevinc vardır. Birincisi, iftar etdiyi vaxt iftarıyla sevinər, ikincisi isə Rəbbinə qovuşduğu vaxt orucuyla sevinər” (Hədisi Müslim, Əhməd və Nəsai rəvayət ediblər).
Ebû Hüreyre (r.a.)'den rivayeten Rasûlüllah sallallahu aleyhi ve sellem şöyle buyurdu: «Allah-u Teâla buyurmuştur ki: «Adem-oğlunun bütün amelleri kendinindir. Ancak, oruç müstesna. Şüp­hesiz O benim içindir. Ve mükâfatını da ancak ben veririm.» Oruç günahlara karşı bir kalkandır. Sizden biriniz oruçlu olduğu zaman kötü söz söylemesin. Bağırıp çağırmasın. Adi hareketlerde bulun­masın. Eğer bir kimse ona söverse veya kavga ederse iki kere 'ben oruçluyum', desin. Muhammed'in nefsini elinde tutan zata yemin olsun ki oruçlunun ağız kokusu Allah katında kıyamet günü misk kokusundan daha hoştur. Oruçlu için iki sevinç vardır. Birincisi iftar ettiği zaman iftarıyla sevinir. Diğeri ise, Rabbine kavuştuğu zaman orucuyla sevinir.» (Hadisi Müslim, Ahmed ve Nesâî rivayet etmişlerdir). Buna bənzər başqa rəvayətlər də vardır ki, biz burada qeyd etmədik.
Abdullah bin Ömərdən (r.a) rəvayət olunur ki, Allahın rəsulu (s.ə.s) belə buyurdu: “Oruc və Quran qiyamət günü qula şəfaət edərlər. Oruc belə deyər: “Ey Rəbbim, gündüz bu qulu yeməkdən və şəhvətdən uzaqlaşdırdım. Ona şəfaət etməyimə icazə ver”. Quran da belə deyər: “Bu qulunu gecə yuxudan uzaqlaşdırdım. Ona şəfaət etməyim üçün mənə icazə ver” (Hədisi Əhməd səhih bir sənədlə rəvayət etmişdir).
Əbu Ümamə (r.a) deyir ki, Peyğəmbərin (s.ə.s) yanına gələrək belə dedim: “Məni cənnətə qoyacaq bir əməli mənə de”. Peyğəmbər (s.ə.s): “Oruc tut, çünki, orucun bənzəri yoxdur” buyurdu. Sonra başqa bir vaxt ikinci dəfə gəlib eyni sözü soruşdum. Yenə də mənə: “Oruc tut” buyurdu” (Hədisi Əhməd, Nəsai və Hakim rəvayət etmiş, Hakim səhih demişdir). Səhl bin Səd rəvayət edir ki, Allahın rəsulu (s.ə.s) belə buyurdu: “Cənnətdə Reyyan adlanan bir qapı vardır. Qiyamət günü, oruclular haradadır deyə soruşulacaq. Orucluların ən sonuncusu bu qapıdan girəndən sonra qapı bağlanacaq” (Hədisi Buxari və Müslim rəvayət ediblər). Orucun fəzilətləri barədə səhih xəbərlər çoxdur, lakin hamısını burada qeyd etməyə ehtiyac görmədim. Çünki bütün bu hədisləri hamımız bilirik. Allah təala bizə elmi ilə əməl etməyi, orucu haqqıyla tutmağı nəsib etsin. Amin.


[i] Celal Yıldırım, Kaynaklarıyla İslam Fıkhı, Uysal kitabevi, 2/189-191.
[ii] Dr. Mustafa  el-Hin, Dr. Mustafa  el-Buğa, Ali el-Şerbecî, Büyük Şafii Fıkhı, Arslan Yayınları, Oruc.
[iii] Fikih Ansiklopedisi, Seyyid Sabik, Fıkh-us-Sünne,  Pinar yayınları, 5.ci fesil, Oruc.
[iv] İbn Rüşd Kadı Ebu'l-Velid Muhammed b. Ahmed b. Muhammed b. Rüşd El-Hafîd, Bidayetü’l-Müctehid ve Nihayetü’l-Muktesid, Beyan Yayınları: 2/21.
[v] Feteva-i Hindiyye (Feteva-i Alemgiriyye), Akçağ Yayınları: 2/5.
[vi] əl-Bəqərə (İnək) surəsi, 183
[vii] Buxari, Libas 78
[viii] əl-Bəqərə (İnək) surəsi, 184

ƏKRƏM HƏSƏNOV (İLAHİYYATÇI)

Hiç yorum yok:

Yorum Gönder