26 Temmuz 2011

ALLAH RƏSULUNUN ORUCU-1


Rəhimli və mərhəmətli Allahın adı ilə!

md olsun Aləmlərin rəbbi olan Allaha. Salavat və Salam Allahın Rəsuluna və Onun Əhli-beytinə, Əshabına yə Onu sevənlərin üzərinə olsun!
Bu risalədə məqsəd Allah Rəsulunun neoruc tutduğunu anlatmaqdır. Burada orucun fərzləri (vacibliyi), şərtləri, ədəbi, duaları, onun kimə vacib olduğu, orucu pozan halların hansı olduğu və onun faydaları haqqında danışılacaq.
Allah Təalaya dua edək ki, müsəlmanlara Rəsulullahın yolunda olub Onun nnəsinə (yoluna) əməl etməkdə və Onun yolunu davam etdirməkdə kömək olsun.

ORUCUN MƏNASI

n doğandan, batana qədər Allah Təalaya ibadət niyyəti ilə h nə yeməmək, heç bir şey içməmək, cinsi münasibətdə olmamaq və orucu pozan başqa şeylərdən uzaq olmaqdır.

RAMAZAN ORUCU
Ramazan orucu İslamın beş şərtindən biridir.
Allahın Rəsulu belə deyib: "İslam beş dirək üzərində bina olunub. 1) Allahdan başqa ilah olmadığına və Məhəmmədin onun Rəsulu olduğuna şahidlik etmək, 2) Namaz qılmaq, 3) Zəkat vermək, 4) Ramazan orucunu tutmaq 5) Kəbəni ziyarət etmək. (Buxari və Muslim).

ORUC KİMLƏRƏ VACİBDİR
1. Oruc ağ başında olan, yetkinlik yaşına çatan, gücü yetənr bir müsəlmana fərzdir.
2. Kafirə oruc fərz deyil. Əgər sonradan müsəlman olarsa keçmiş günlər üçün oruc tutması lazım deyil.
3. Baliq (yetkinlik yaşı) olmamış uşağa oruc fərz deyil. Amma acğa alışması üçün tövsiyə edilir.
4. Dəliyə oruc fərz deyil. tta onun üçün fidyə verib kimisə yedirtmək də lazım deyil. yatı dərk etməyə şüuru çatmayan insana və huşsuzluğa mübtəla olmuş qocalara da fərz deyil.
5. Xəstələnmiş şəxs, şəfa tapan kimi orucunu tutmalıdır. Xəstəliyi uzun sürən insan və ya yaşı ötmüş qocalar, xəstəliyi sağalmayan adam kimidir. Bu növ insanlara gündəlik bir kasıbı yedirtməsi vacibdir.
6. Hamilə qadın və ya süd verən ana öz hamiləliyinə ziyan toxundurmağından və ya uşağın ac qalmasından qorxarsa, o qadınlar oruc tutmaz, sonra qəza edərlər.
7.Heyzli qadınlar xəstəlikləri dövründə oruc tutmazlar, lakin sonra onun qəzasını tutarlar.
8. Suda boğulan və yanan adamı qurtarmaq üçün orucu pozmaq olar. Lakin sonra qəza etmək vacibdir.
9. Yolçu istəsə orucu tuta da bilər, tutmaya da bilər. Səfərdə olan müddətdə oruc tutmasa da vətənə, evinə qayıdan kimi tutmadığı günləri qəza etməlidir.




Allah təala bu çalışmanı Öz rizası uçun qəbul etsin və Öz qatında cənnətə girmək üçün vəsilə etsin. Amin!

Hiç yorum yok:

Yorum Gönder