Rəcəb ayının 27-ci gecəsi olan İsra və Merac gecəsini qeyd etməyin hökmü nədir?
Cavab:
Həmd, yalnız Allaha məxsusdur.
Heç şübhəsiz İsra və Merac hadisəsi, Allahın elçisi Məhəmmədin -Allahın ona salavatı və salamı olsun- (elçilik vəzifəsində) sadiq olduğuna, Allah dərgahında mövqesinin nə qədər böyük olduğuna dəlalət edən, Allah Təalanın böyük möcüzələrindən biridir. Yenə İsra və Merac hadisəsi, Allah Təalanın göz qamaşdıran qüdrətinə və Onun bütün yaratdıqlarının üzərində, uca olduğuna dəlalət edən möcüzələrindən biridir.
Necə ki Allah Təalə bu hadisə haqqında belə buyurmuşdur:

“Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan Allah pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir.” (əl-İsra, 1)
Peyğəmbərdən -ona Allahın salavatı və salamı olsun- rəvayət olunduğuna görə o, yeddi qat səmaya çıxarılmış, hər səmaya gəldiyində üzünə hər səmanın qapısı açılmış, yeddinci səmanı keçdikdən sonra Allah Təalə, onunla dilədiyi şəkildə danışmış, ona beş vaxt namazı fərz etmiş, Allah Təalə, beş vaxt namazı əvvəlcə əlli vaxt olaraq fərz etmiş, amma Peyğəmbərimiz -ona Allahın salavatı və salamı olsun- Rəbbindən əlli vaxtlıq namazı yüngülləşdirməsini istəmiş, necə ki, Allah Təalə əlli vaxt namazı, beş vaxta endirmişdir. Bu namazlar, fərz olaraq beş vaxtdır, amma əcr olaraq əlli vaxtdır. Çünki yaxşılıqlar on qatı ilə mükafatlandırılır. Bütün nemətlərə görə Allah Təaləyə həmd və şükürlər olsun.
Peyğəmbərdən -ona Allahın salavatı və salamı olsun- gələn səhih hədislərdə, İsra və Merac hadisəsinin baş verdiyi gecənin, Rəcəb ayı və ya başqa bir ayda olduğu haqqında hər hansı bir dəlil gəlməmişdir. İsra və Merac gecəsinin təyini mövzusunda gələn hədislərin hamısı, hədis alimləri tərəfindən sabit olmadığı təsbit edilmişdir. Allah Təalənin, bu gecəni insanlara unutdurmasında böyük bir hikmət vardır. Bu gecə bəlli bir vaxta olsa belə müsəlmanların bu gecəyə xüsusiləşdirərək bəzi ibadətləri özlərindən təsis etməsi və bu gecəni qeyd etmələri düzgün deyil. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) və səhabələri -Allah onlardan razı olsun- bu gecəni qeyd etməmişlər və bu gecəyə xüsusi bir şey təsis etməmişlər. Əgər bu gecəni qeyd etmək haqqında səhih dəlil olsaydı, Rasulullah (ona Allahın salavatı və salamı olsun) ya sözü ilə, ya da əməli ilə bunu ümmətinə mütləq açıqlayardı. Ayrıca belə bir şey olsaydı, (yəni Rasulullah -ona Allahın salavatı və salamı olsun- bu gecəni qeyd etmiş olsaydı), insanlar tərəfindən bilinər və məşhur bir hala gələr, səhabə də -Allah onlardan razı olsun- tərəfindən bizə gəlib çatardı. Halbuki səhabə -Allah onlardan razı olsun-, ümmətin ehtiyac duyduğu hər şeyi Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) bizə nəql etmişlər və dində heç bir şey barəsində laqeydlik etməmişlər. Əksinə, onlar, bütün yaxşılıqlarda hər kəsdən əvvəl davranmışlar. Bu səbəbdən İsra və Merac gecəsini qeyd etmək icazəli olsaydı, insanlar içərisində əvvəlcə onu səhabə qeyd edərdi. Ayrıca Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) insanlar içərisində, insanlara ən gözəl öyüd verən insan idi. Risalət vəzifəsini ən gözəl şəkildə təbliğ etmiş və əmanəti yerinə yetirmişdir. Əgər bu gecəni ucaltmaq və onu qeyd etmək, Allah Təalənin dinindən olsaydı, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bundan xəbərsiz qalmaz və onu insanlardan gizləməzdi. İsra və Merac gecəsi bütün bu zikr edilən şeylərdən heç birisindən olmadığına görə, bu gecəni qeyd etməyin və bu gecəni ucaltmağın İslam dinindən olmadığı açıqca aydın olmaqdadır. Çünki Allah Təələ bu ümmətə dinini kamil olaraq və onların üzərindəki nemətini tamamlamış, icazə vermədiyi şeyi din halına gətirən hər kəsi inkar edib rədd etmişdir.
Necə ki, Allah Təala açıq-aşkar Qurani Kərimdə belə buyurmuşdur:

«Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim.» (əl-Maidə, 3)
Allah Təalə Şura surəsində də belə buyurub:
«Yoxsa onların Allahın dində izin vermədiyi şeyləri onlar üçün şəriət qanunu edən bilən şərikləri vardır? Əgər həlledici Söz olmasaydı, aralarındakı iş bitmiş olardı. Həqiqətən, zalımları ağrılı-acılı bir əzab gözləyir.» (əş-Şura, 21)

İslam ümmətini xəbərdar etmək və onları bidət etməkdən uzaqlaşdırmaq üçün, bidətlərdən çəkinmək lazım olduğu və bidətlərin açıqca zəlalət (azğınlıq) olduğu Peyğəmbərdən -ona Allahın salavatı və salamı olsun- gələn səhih hədislərdə sabitdir.
Necə ki, bu hədislərdən bəziləri bunlardır:
Buxari və Müslimin səhihlərində Aişədən -Allah ondan razı olsun- rəvayət olunduğuna görə Peyğəmbər -ona Allahın salavatı və salamı olsun- belə buyurmuşdur:
«Kim bizim bu işimizdə (dinimizdə) ondan olmayan bir yenilik edərsə o, rədd olunandır.» (Buxari, Müslim)
Müslimin rəvayətində isə Rəsulullah -ona Allahın salavatı və salamı olsun- belə buyurmuşdur:
«Kim bizim işimizə uyğun olmayan bir əməl edərsə o, (əməl) rədd olunandır.»
Yenə, Müslimin səhih əsərində Cabirdən -Allah ondan razı olsun- rəvayət olunduğuna görə o belə demişdir:
«Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmməd – ona Allahın salavatı və salamı olsun – in yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bir bidətdir, hər bir bidət isə bir zəlalətdir (sapmaqdır).» (Müslim)
Nəsəi, «ceyyid» (yaxşı) bir sənədlə yuxarıdakı hədisə bu əlavəni də rəvayət etmişdir:
“Hər bir zəlalət isə oddadır.”
Əbu Nəcih əl-İrbad b. Səriyə – Allah ondan razı olsun – rəvayət edir ki, Peyğəmbər – ona Allahın salavatı və salamı olsun – bizimlə elə bir tərzdə danışdı ki, qəlblərimiz titrədi, gözlərimiz yaşla doldu. Biz dedik: “Ey Allahın Rəsulu, bu vidalaşan bir kişinin öyüdünə oxşayır bizə vəsiyyət et!” (Peyğəmbər) buyurdu: “Mən sizə İzzət və Cəlal olan Allahdan qorxmağınızı, başınıza (Həbəşi) bir kölə əmir olaraq təyin edilərsə, onu dinləyib itaət etməyinizi tövsiyə edirəm. Şübhəsiz ki, aranızdan (uzun bir ömür) yaşayacaq olanlar bir çox ixtilaflar (ayrılıqlar) görəcəkdir. Mən sizə mənim sünnətimə və hidayətdə olan Raşidi xəlifələrin sünnəsinə sarılmağınızı tövsiyə edirəm. Ondan arxa dişlərinizlə möhkəm yapışın. Sonradan uydurulan yeniliklərdən (bidətlərdən) uzaq durun. Çünkü sonradan uydurulan hər bir şey bir bidət, hər bir bidət isə zəlalətdir.” ( Əbu Davud 4607; Tirmizi 2676. əl-Albani “Səhih əl-Cəmi” 4546)
Bu mənadakı hədislər çoxdur.
Allah Rəsulunun- ona Allahın salavatı və salamı olsun- səhabələrilə -Allah onlardan razı olsun- onlardan sonra gələn sələfi saleh, insanları bidətlərdən çəkindirib qorxutduqları məlumdur. Bunun da səbəbi bidətlərin dinə sonradan uydurulan əlavə olması, Allah Təalənin icazə vermədiyi bir din olması, dinlərinə onda olmayan əlavələr edən və Allahın icazə vermədiyi dində yenilik çıxaran Allahın düşmənləri yəhudi və xristianlara bənzəməkdən ötəridir. Çünki bidətləri qəbul etmək, İslam dininin naqis olduğunu və kamil olmadığını ittiham etməyi tələb edir. Bu düşüncənin böyük bir fəsad və çox çirkin bir münkər olduğu, Allah Təalənin bu sözünə zidd gəldiyi açıq aydındır:

«Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim…» (əl-Maidə, 3)
Yenə, bidətləri qəbul etmək, bidətlərdən çəkinməyi və onlardan uzaqlaşmağı əmr edən Rəsulullahın -ona Allahın salavatı və salamı olsun – açıq hədislərinə zidd bir davranışdır.
Bu bidəti, yəni İsra və Merac gecəsini qeyd etmə bidətini rədd etmək və ondan çəkindirmək lazım olduğu və bu bidətin heç bir şəkildə İslam dinindən olmadığı mövzusunda haqqı axtaran kimsə üçün bu zikr etdiyimiz dəlillərin kifayət edici və razı salıcı olmasını ümid edərəm.
Allah Təalə müsəlmanlara öyüd verməyi və onlara vacib etdiyi dini şərhi fərz edib elmi gizləməyi haram etdiyinə görə, bir çox ölkədə yayılan, hətta bəzi insanların bunun dindən olduğunu zənn etdikləri bu bidət mövzusunda müsəlman qardaşlarımı xəbərdar etməyi özümə bir vəzifə saydım.
Allah Təalədən bütün müsəlmanların hallarını düzəltməsini və onları dində elmli etməsini, bizi və onları haqqa sıx sarılma və haqq üzrə sabit qalma mövzusunda müvəffəq etməsini, haqqa zidd olan şeyləri tərk etməyi nəsib etməsini diləyirəm. Şübhəsiz ki, O, bunun öhdəsindən gələn və buna gücü çatandır.
Peyğəmbərə, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun.

AbdulAziz bin Bazz
Hiç yorum yok:
Yorum Gönder