03 Haziran 2011

İnternet kafelər fitnə-fəsadın mərkəzidir


Sual: Son vaxtlarda gənc kişilərin internet kafelərdə dolaşıb qaldıqlarını və kafelərin içərisində baş verən fitnələr barədə sizin rəyiniz nədir? “Chat rooms” (söhbət otaqları) və orada vaxtı keçirmək barədə nə deyirsiniz?


Cavab: Həmd Allaha məxsusdur.
Özünü və digər insanları Allahı zikr etməkdən yayındırmaq, azdırmaq qadağandır. Allah təala buyurur:
“İnsanlar arasında elələri də var ki, heç bir biliyi olmadan (başqalarını) Allah yolundan sapdırmaq və (Allahın ayələrini) lağa qoymaq üçün boş-boş sözləri satın alırlar. Məhz onları alçaldıcı bir əzab gözləyir”. (Loqman 31:6)
Dinə (imana) mənəvi zərər hasil edən fəsad mərkəzlərində yaşamaq icazəli deyil.
İnternet kafelərə getmək insanları Allahın yolundan azdıran və pornoqrafik internet səhifələrinə çıxışlarını asanlaşdıran vasitələrdən biridir. Naməhrəm qadınlar ilə “söhbət etmək” insanın dininə və əxlaqına zərbə vurur. Bəziləri iddia edir ki, həmin kafelərə fayda üçün (yaxşı məqsədlər üçün) gedirlər. Allah kimin fəsad etdiyini və kimin də islah etdiyini bilir, çünki O qullarını görür.
www.dinifetvalar.com

Hiç yorum yok:

Yorum Gönder