Bu gün bəzən biz bir çox problemlərlə qarşı-qarşıya gəlirik. Belə anda bəzən insan özünü itirmək təhlükəsinə də gələ bilər. Allah qorusun. Bizim çıxış yolumuz uca Allaha bağlanmaqdır. Bunun üçün Rəbbimizdən müvəffəqiyyət istəyirik. Elə insanlar var ki, onlar sənə çox yaxındırlar, sənə əzizdirlər, sənə qarşı istəklidirlər. Elə insanlar vardır ki, qəlbən onları sevirsən, onların yaxşılığını istəyirsən, onlara nəsihət etmək istəyirsən, lakin bir çox maneələrlə qarşı-qarşıya qalırsan.
Sənin həyatda haqqını verəcəyin çox böyük dəyərlər var. Bunlardan ən əsası Allahın haqqıdır. Allahın haqqını verdikdən sonra, göndərdiyi peyğəmbərlər və onların xatəmi, ümmətindən olduğumuz Allahın Rəsulunun (ona və ailəsinə salam olsun) haqqı gəlir. Bunu gücün çatan qədər etməlisən, sonra valideynlərin haqqı gəlir, əlbəttə bunu da gücün çatan qədər yerinə yetirməlisən. Sonra ailə qurandan sonra ailənin haqqı gəlir. Sonra övladın, sonra yaxın qohumların, qonşuların, uzaq qohumların və s. Əsasən biz evlərdə bu gün yaşanan ən böyük problemlərdən olan ana və ailə arasında quracağımız körpünün necə olmasıdır. Belə halda bəzən insan hər iki tərəfdən problemlə qarşı-qarşıya gəlir. Bu demək olar ki, çox hallarda problemlə nəticələnir. Yəni kişi valideynlərinin haqqını onlara dua etməklə, onların yaxşılığını istəməklə, Allahın əmrlərini onlara çatdırmaqla, əgər malı-pulu, imkanı varsa onlara hədiyyə almaqla ödəyir. Ailənin haqqını onlara ruzi təmin etməklə, onlara dini öyrətməklə, nəsihət verməklə, onlara qayğı göstərməklə ödəyir. Elə hallar baş verir ki, gənc kişi öz həyat yoldaşını sevəndə anası tərəfdən qısqanclıq yaranır. Bu əlbəttə insandan insana dəyişir. Məsələn elə xarakterdə olan analar var ki, öz övladlarını həmişə başa düşür, nəyə gücünün çatacağını, nəyə çatmayacağını dərk edir. Buna görə də tez-tez övladını yoxlayır, ziyarət edir, əgər ayrı qalırsa gedib evlərində ailəsinə, uşağına kömək edir. Elə analar var ki, ancaq bütün bunları etmədiyi halda övladın özünə diqqət etməsini istəyir. Oğlunun həyatına çox qarışır, ailəsi ilə sərbəstliyinə və gəlininin anasıgilə getməyinə çox müdaxilə edir. Belə halda da oğul öz anasının haqqını və istədiyini etməlidir. Hər bir ana həmişə oğlunun yaxşılığını istəyər və əlbəttə bəzən övladın yaxşılığını istəmək böyük fitnələrin başlanğıcına da səbəb ola bilər. Ana tez-tez övladını danlayar, gəlnindən şikayətlər edər, bununla da ər-arvad arasına fitnə-fəsad düşə bilər. Allah qorusun. Təəssüf edirik ki, bu gün şeytan bu cür yollara da baş vuraraq arada fitnə və söz söhbət qapısını açır. Ancaq hər kəs həyatda öz yaxşılığı üçün çalışır. Bu mövzuya toxunmağımın səbəbi budur ki, bəzən evdə belə problemlə qarşı-qarşıya gələn kişi əvvəlcə ədalətli olmalıdır. Hətta öz əleyhinə olsa belə hər kəsin arasında ədalətlə davranmalıdır. Bəzən ana bu məsələyə görə öz oğlundan hamıya şikayət edir və gileylənir. Gələcəyin analarına və gələcəyə ana hazırlayanlara bir dərs kimi olsun ki, hər bir ana öz oğluna gizlində nəsihət etməlidir. Onun eyibini heç kimə açmamalıdır. Əksinə onu gizlətməlidir. Çünki hər bir ana düşünməlidir ki, oğul Allahdan ona gələn bir paydır, bir əmanətdir. Allahın verdiyi bu əmanəti qoruyub saxlamaq lazımdır. Eyni ilə oğul da ananın bir əmanət olduğunu düşünməlidir. Biz əmin olmalıyıq heç vaxt Allahın və valideynlərin haqqını heç nə ilə ödəyə bilmərik. Uca Allahdan bağışlanmamızı istəyirik. Bu barədə sizdə aşağıda yorum yaz abilərsiniz. Həmçinin qarşılaşdığınız problemləri burada yazıb bölüşə bilərsiniz ki, hamımız üçün faydalı dərslər olsun. Ən doğrunu bilən Allahdır.
Əkrəm Həsənov
Hiç yorum yok:
Yorum Gönder