Ancaq apardığımız araşdırmalar və ən azından sələfilərin 15 illik fəaliyyəti deməyə əsas verir ki, xəvariclərlə sələfilər arasında ideoloji uçurum var. Bu gün Azərbaycan mətbuatının «hacı» imzası ilə «vəhhabi» təhlükəsindən yazaraq, xəvariclərlə sələfiləri eyniləşdirən dilletant qələmlər bir faktı gizlədirlər: Mövcud dünyəvi hakimiyyəti qəbul etməyən, silahlı terror qruplaşmaları ilə əlaqələrinin mövcudluğu şübhə doğurmayan xəvariclər sələfilərin özlərini kafir adlandırır, qanlarını halal, qətllərini vacib sayırlar. Kafir saydıqları hər kəsin malını özlərinə halal bilən xəvariclərin Azərbaycanda ən böyük rəqibi də nə mərkəzi Qum olan cəfərilər, nə mərkəzi Konya olan sufilərdir, onların düşmən kimi qəbul etdikləri ən ciddi rəqibləri məhz mərkəzi Bakının mərkəzində yerləşən «Əbubəkr» məscidi olan sələfilərdir. Ancaq nədənsə, bu məsələ heç bir yerdə yazılmır, onlar arasında fərq söylənilmir. Bu isə «hacı» imzasının arxasında gizlənərək, sələfiləri «vəhhabi» kimi təqdim edənlərin hansı niyyətinin olduğunun , bu işə hansısa «ayətullahların» «xeyir-dua» verməsinin və tarixi və dini biliklərinin azlığının bariz nümunəsidir.
Hiç yorum yok:
Yorum Gönder