Əziz dostum! soruşdum mən müsəlmansan ?
Dedin bəli, dedin Allahı sevmək gərək , Allaha hörmət gərək.
Qılmasamda namaz mən, Allah keçər bunu da.
...Kimə nə pislik etdim ? hamı məndən razıdı.
Düzdü içirəm hərdən, çəkirəm də üstündən,
Cavanlıqdı qoy edim, vaxt gələr qocalaram bəlkə onda qılaram.
İşim çoxdu, pulum çoxdu, vaxtım yoxdu.
Həm də indi qılsam namaz nə deyər dostlarım mənə ?
Nə deyər atam mənə , nə deyər anam mənə?
Bilirəm onları mən, deyəcəklər cavansan, qocalarsan qılarsan.
Cavanlıqdı qoy edim, vaxt gələr qocalaram bəlkə onda qılaram.
Eziz dostum ! Allahdan qorx, insandan yox,
Siratdan qorx, atəşdən qorx insandan yox.
Pulun çoxdur, namazın yox,
Sözün çoxdur, əməlin yox.
Nəyə gərək bu sözlər ki mənası yox, faydası yox.
Uca Allah qarşısında sorğu-sual vaxtı sən,
Dediyin bu sözləri orda da deyəcəksən ?
Nəyə arxayınsan ki, ömründə bir rükət də namaz qılmamısan sən.
Yeyirsən içirsən , o qız mənim bu qiz mənim, budur həyatın sənin!
Oyan ! Oyan ! Oyan ! dostum. Bəsdir yatdın, ayıl dostum!
Cavanlıq dediyin o vaxt bir külək tək əsib keçər,
Ömür də belədir sanki bir külək tək əsib keçər.
Etdiyin əməllər yalnız Allah üçün olmalıdır,
Həyatın da Allah üçün, namazın da Allah üçün,
Hər şey yalnız Allah üçün, Allah üçün olmalıdır !
(Seymur Faradjev)
De: “Haqq (islam) gəldi, batil (şirk və küfr) yox oldu. Çünki batil (öz-özlüyündə) yoxluğa (heçliyə) məhkumdur!” (Qurani Kərim, əl-İsra surəsi 81-ci ayə).
24 Haziran 2011
CAHİL DOSTA MÜRACİƏT :
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder