15 Mayıs 2011

Xeyirin də açarı, zərərin də açarı əlindədir.


Bismilləh. Bu dünyada hər bir kəs xoşbəxt olmaq üçün çalışır. Uca Allah buyurur: “O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur” (İbrahim surəsi, 34).

Elə insan var ki, çox gözəl miniyi var, ürəyinin istədiyi, sevib aldığı həyat yoldaşı var, çoxlu övladları var. Bir neçə evi var. Bu dünyada bəzi insanların əldə edə bilmədiyi bütün nemətləri var. Allah təala buyurur: “Bilin ki, var-dövlətiniz də, övladlarınız da ancaq bir imtahandır. Böyük mükafat isə Allah yanındadır” (Ənfal surəsi, 28). Ancaq həmin insan yenə də narahatdır. Yenə də nəyisə çatmır. Nə qədər xərcələr çəkərək bir çox pirlərə qurban kəsməyə gedir, bir çox seyidlərlə söhbətlər aparır, onlara pul verir, onların könlünü alır, təssüf ki, yenə xoşbəxt deyil. Bu neməti necə əldə etmək haqqında çox yollara əl atır. Bir gün ofisində dostlarını, özünə yaxın bildiklərini çağırıb yeyib-içmək verir. Bir gün hansısa müxtəlif rayonlarda yerləşən istirahət mərkəzlərinə baş vurur, başqa gün başqa xarici ölkələrə gedir. Yenə də istədiyi xoşbəxtçiliyi əldə edə bilmir. Yenə ürəyi darıxır, yenə də nəyisə çatmır. Bəzən belə halda elə insan olur ki, o mütləq düşünməyə başlayır, xoşbəxtçiliyin yollarını acxtaramağa can atır və nəhayət istədiyini uca Allah ona bəxş edir. Bəzən isə elə insan olur ki, uçurumda olduğnu dərk edə bilmir. Sonralar əldə etdiyi bütün pis vərdişləri tərk edə bilmir. Belə vəziyyətdə bu halda olan insanın ilk atacağı addım nə olmalıdır? Həmin insan necə etməlidir ki, bütün narahatlıqları özündən uzaqlaşdırsın və rahat bir həyata başlasın. Belə halda bəzən elə olur ki, insanın yanında olan ən yaxın bir dostu, yaxud onu ürəkdən çox sevən bir əzizi onun qəlbində olan bu narahatlığı görmür. Hiss etmir. Əgər qayıdıb yanında olan dostuna nəyisə desə belə yenə də heç bir ciddi dəyişiklik olmur. Yanındakı dostunun, əzizinin keçirdiyi narahatlığı bilməyən dost və əzizləri, qeybi bilməyən insanlar ona təsəlli verir, bu isə çox keçici olur. Başqa hallarda narahatlıq keçirən insan öz rahatlığını musiqi dinləməkdə fikirləşir, inanın ki, əgər buna cəhd etsə bu onun vəziyyətini daha da çətinləşdirir. Stressini çoxaldır, həyatda yaşamaq ümidini öldürür. Bəzi insanlar qeyd edirlər ki, musiqi ruhun qidasıdır. Amma belə halda musiqi də heç bir qida rolunu oynaya bilmir. Belə halda olan insan düşünməsin ki, bu hala düşməyi ona zərərdir. Bir yandan əmin olsun ki, zərərdir ona görə ki, o əvvəlcədən həyatını onu yaradan uca Allahın istədiyi şəkildə qurmayıb. Əlbəttə belə halda olan insanın çox üzrləri, bu hala düşməyinin isə çox səbəbləri ola bilər, biz bunların üzərində dayanmırıq. Digər yandan düşünsün ki, bu zərəri dayandırıb, onu xeyirlə əvəz etmək olar. Belə halda isə insana yalnız onu sevib yaradan uca Allah dostluq edə bilər. Ona görə də insan bu vəziyyətdə olanda ən yaxşı dostunu seçməlidir. Bu elə bir dostdur ki, səni səndən də yaxşı tanıyır. Bu elə bir dostdur ki, sənin bu halda qalmağını istəmir. Bu elə bir dostdur ki, bütün imkanları sənə bəxş edir ki, sən artıq bu çıxılmaz vəziyyətdən xilas olasan. Çünki o böyük dostun sənə belə buyurmuşdur: “Biz Adəm oğullarını hörmətli etdik, onları quruda və dənizdə minik üstündə daşıdıq, onlara pak ruzilər verdik və onları yaratdıqlarımızın çoxundan xeyli üstün elədik” (İsra surəsi, 70). Başqa bir ayəsində uca Allah görün nə buyurur: “Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, ziyana uğrayanlardan olardınız” (Bəqərə, 64). Bu ziyana uğrayanlardan olmamaq üçün özünü bu ziyandan xilas etməlisən. Sən istəməsən sənin üçün də istənilməz. Sən bunun üçün bir az dayanmalısan. Bu qədər nemətləri sənə bəxş edənə tərəf addımlamalısan. Belə halda sən əsl dostun olan uca Allaha addım atmağa başlayanda, hamıya qarşı düşmənçilik edən, sənin də ən əsas düşmənin olan, Allaha qarşı müharibə aparan şeytan da sənin bu zəif vaxtından istifadə edib öz köməkçiləri ilə sənə tərəf gəlir. Müxtəlif yolları sınayır ki, səni yenidən düşdüyün bu sıxıntıdan daha böyük bir sıxıntıya salsın. Buna görə sənə qarşı diqqət yetirmək istəyənlər və səni sevməyə başlayanlar müxtəlif tədbirlər həyata keçirərək sənin vaxtını almaq üçün cəhd edirlər. Əsla sən belə edənləri özünə düşmən bilmə. Sadəcə ayıq-sayıq ol. Çünki bəzən sənin ən yaxının sənin bu sıxıntını aparmaq üçün sənə müxtəlif təkliflər verir. Burada olan təklifləri qeyd etmirəm. Əgər sən cəhd etsən bunları yerinə yetirməyə vəziyyətin bir az da ağırlaşır. Yerinə yetirməyəcəyin təqdirdə isə onların səndən inciyəcəklərini düşünmə. Bu halda atacağın ilk addım bu vaxta qədər yaşadığın və gördüyün təcrübələrini nəzərdən keçirmək, etdiyin böyük və kiçik səhvlərini düşünmək və buna görə uca Allahdna bağışlanma istəməkdir. Əgər sən əllərini səni yaradana açsan onda bil ki, uca Allah duaları qəbul edir. əgər sən etdiyin bütün günahlara görə tövbə etsən onda bil ki, uca Allah tövbələri qəbul edəndir. Bu vaxta qədət etdiyin bütün günah və xətalarına görə Allahdan bağışlanma istə. Bir daha çalış həmin günahlara meyl etmə. Allaha tövbə etdikdən sonra tərcümə olunan Qurani Kərim kitablarından birini alıb əvvəldən sona qədər düşünə-düşünə oxu. Çalış bununla yanaşı ibadət əhli olub məscidə bağlı olan, elmli insanlarla ünsiyyət qur. Unutma ki, sənin bildiyin sənə kifayət etmir. Başqa Allaha yaxın bəndələr də vardır ki, onların nəsihətinə böyük ehtiyacın vardır. İnan ki, bu nəsihətlərin sənə faydası olacaq. Dini mövzulardan danışılan yerlər varsa belə yerləri soraqlayıb tap. Bunun da sənin həyatında çox böyük dəyişikliklər gətirəcəyini görəcəksən. Çünki uca Allah elm məclslərini sevir, orada Allah zikr olunan yerlər olduğu üçün mələklər də gəlib iştirak edir. Əgər belə yerlər tanımırsansa onda belə yerləri təşkil etmək üçün cəhd elə. Belə yerlərin olması üçün çalış. Belə yerlərdə xeyir-bərəkət də çox olur. Allah təalanın adı çəkilən hər bir yerdə xeyir-bərəkət də çox olur. 

Əkrəm Həsənov (ilahiyyatçı, elmi işçi)...

Hiç yorum yok:

Yorum Gönder