22 Mayıs 2011

Üzülmə!

Həmişə xoşbəxt olmağa çalış!
Çünki  iman,yaxşı əməl bu sənin həyatının sirridir.
Elm-Allahı tanımağı,Quran oxumağı öyrən,çünki bu insandan üzüntünü aparar.
Tövbəni tez eylə və günahlardan uzaqlaş,çünki bu sənin həyatını gözəlləşdirər.
Qurani-Kərimi dinləyərək,düşünərək oxu,Allahı çoxlu,daimi zikr eylə-xoşbəxt olarsan.
İnsanlara bütün növləri ilə xeyir iş görməyə çalış-qəlbin genişlənər.
Şücaətli ol!Qorxaq olma!
Qəlbini həsəddən,paxıllıqdan,kindən və bütün xəstəliklərdən təmizlə.
Mənasız yerə çox danışmağı,boş şeylərə qulaq asmağı,artıq yeməyi tərk eylə!
Yaşadığın gün içində yaşamağa çalış və keçmişi unut! Keçmişdəki boş xəyallara qapılaraq gününü zay etmə!
Özündən aşağıda olan insanlara bax və xatırla ki, mən onlardan hansısa var-dövlətdə üstünəm.Ona görə heç vaxt üstəkilərə baxmağa çalışma!
Zehnini boş xəyallarla dolduraraq vaxtını keçirmə.
Qəzəbli olma,qəzəbini yığ.Çünki ömür qısadır.
Heç vaxt düşünmə ki, birdən Allahın verdiyi nemət əlimdən gedər.Əksinə həmişə Allaha təvəkkül eylə.Həmçinin bir problem baş verəndə onu olduğu kimi qəbul et, promlemi böyüdərək daha çox üzüntüyə özünü vermə.
Pis sözlərdən çəkin.Hətta sənin haqqında belə pis söz desələr belə,heç vaxt düşünmə, çünki o sənə zərər verməz.O söz onun özünə qayıdıb zərər verəcəkdir.
Heç vaxt insanlardan şükür,təşəkkür gözləmə,əksinə bütün əməllərini Allah üçün eylə.
Düşün və şükr et!
Yəni Allahın sənə verdiyi nemətləri düşün və bu nemətlərə görə Allaha şükür eylə.
Və düşün ki, Allah təalə sənə nə qədər nemətlər verib:
-Sənin bədənin sağlamdır.Təhlükəsiz,gözəl yaşayırsan.Ruzin var,geyməyin var,içirsən-bu  o deməkdir ki, bütün həyat sənindir.Allah təalə sənə göz verib,dil verib,dodaq verib,ayaq verib və bunlar sağlamdır.
Siz Allah təalənin hansı nemətlərini yalan sayırsınız.
Sən iki ayağın üzərində gəzirsən,amma insanlar vardı ki, iki ayağı yoxdur.İnsan vardı ki, dili yoxdur-danışa bilmir.İnsan vardı ki, yata bilmir.İnsan vardı ki, doyunca yeyə bilmir,hansısa xəstəliyə görə...
Və bir gün fikirləşdinmi ki, sənə Allah təalə qulaq verib-kor deyilsən.Allah təalə sənə gözəl bədən verib.Bu nemətləri düşündünmü?
Hansı ki, insanlar var ki, onlarda bu yoxdur.
Sən bir gözünü dağlar boyda qızıla dəyişərsənmi?Dəyişməzsən!
O eşidən qulağını bir kilo qızıla dəyişərsənmi?Dəyişməzsən!
Dilini nəyəsə görə dəyişərsənmi?Dəyişməzsən!
Çünki bu nemətdir.
Bunun qədrini bildinmi?Allaha lazımınca şükr etdinmi?


Üzülmə’ adlı kitabdan...
Tərcümə:Yaşar Qurbanov

2 yorum: