Bu gün islam dəvətçiləri Allaha həmd olsun insanları islama dəvət edirlər. Amma bəzən biz bilərəkdən və bilməyərəkdən dəvət zamanı bir çox nöqsanlara yol veririk. Elə olur ki, hətta bir dəvətçini gördükdə onun başqalarını küfr etdiyini, kiməsə hökm verdiyini, kimisə ya kafir və ya münafiq, ya da müşrik adlandırdığını görürük.
Amma bütün bunlar hökm verdiyi insanda olmaya bilər. Onda bəs qiyamət günü hökm verən insanın halı necə olacaq. Biz bu məsələlər ətrafında istəyirik ki, burada belə bir məsələyə toxunaq və bildirək ki, dəvət necə olmalıdır, dəvət zamanı hansı bəhanələr gətirilir. Bəs sizin qarşınıza dəvət zamanı hansı bəhanələr gətirilib. Bu barədə bizə yazıb göndərin ki, burada dərc edək. Bu həm yeni dəvətçilər üçün, həm də dəvətə yönələnlər üçün faydalı olsun. Bu gün ilk olaraq sizə zəif dəvətçilərin vəsflərindən olan və bu gün bütün islam ümmətini əhatə edən bir bəladan təmbəllikdən danışacağıq. Bu barədə sadəcə olaraq Doktor Əbu Hüzeyfənin “Bir dəvətçinin üzrləri” kitabından təmbəlik haqqında yazılanları nəzərinizə çatdıracağıq. Həmin kitabda müəllif qeyd edir:“Əz-Zəbidi; Təmbəllik, yoldan çıxmaq deməkdir. Görülən işdə irəliləmədən yerində dayanmaqdır. Geri qalmaq deməkdir.[1]
İbn-ül-Mənzur; Təmbəllik, görülən işi tərk edib geridə qalmaqdır.[2]
Bu izahlardan sonra bilinməlidir ki, doğru yoldan azan hər təmbəl üçün açıq-aşkar bir çox bəhanə uydurulmuşdur. Həm də bu bəhanələr həm hər bir fərd üçün, həm də hər bir cəmiyyət üçün ayrı-ayrı bəhanələrdir”. Biz sizlərə bu bəhanələrin hamısı haqqında inşallah gələcəkdə xəbər verəcəyik. Hələlik bəhanələrin adlarını sizə qeyd edim. Bunlar əsasən aşağıdakılardır:
- Qocalıq bəhanəsi,
- Pul qazanmaq bəhanəsi,
- İşləmək bəhanəsi,
- Vaxtı qaçırdıq, zaman da dəyişdi bəhanəsi,
- Bir az da başqaları etsin bəhanəsi
- Plansız-proqramsız olmaz bəhanəsi
- Başqalarının marağı yoxdur bəhanəsi və. s qeyd etmədiyimiz digər bəhanələr.
Bəs siz hansı bəhanələri edirsiniz? Ya da siz hansı bəhanələri gətirənləri tanıyırsınız. Bizim qeyd etmədiyimiz digər bəhanələr haqqında da siz bizlərə yazıb göndərin ki, burada maraqlı və zəngin materiallar olsun. Allah sizdən razı olsun.
Hiç yorum yok:
Yorum Gönder