17 Mayıs 2011

SİQARET.DİN VƏ SAĞLAMLIQ BAXIMINDAN HÖKMÜ.



Yazar:"Quraba Yayin Evi"nin sahibi Abdullah Yolçu.

Həmd, aləmlərin Rəbbi Allahadır. Salat və salam, peyğəmbərlərin sonuncusu olan Allah Rəsuluna, əhlinə, səhabələrinə və qiyamətə qədər onun izindən gedənlərə olsun.
Müsəlman cəmiyyətlər təəssüf ki, bir çox xəstəliyə tutulmuş və pis adətlər əldə etmişlər. Düzgün İslam əqidəsindən uzaqlaşmaqla baş göstərən zəiflik, haramların mübahlar kimi yayılmasında təsirli olmuşdur. Bunlardan biri, bəlkə də ən əhəmiyyətlisi ümumiyyətlə cəmiyyəti, özəlliklə də gəncliyi təhdid edən narkotik, içki və siqaret asılılığıdır. Beynəlxalq yəhudi-Siyonizm şəbəkəsi inancdan məhrum bir cəmiyyət meydana gətirə bilmək məqsədiylə əlinə keçirdiyi media, təhsil və siyasət təşkilatlarından istifadə edərək Müsəlman gəncliyinin əxlaqsizlaşdirmaq üçün böyük investisiyalar etməkdədirlər.
"Onlar yer üzündə fitnə-fəsad törətməyə çalışarlar. Allah isə fitnə-fəsad törədənləri sevməz! "(Maide, 64)
Beləcə Müsəlmanların hər hansı bir mövzuda izzətə və üstünlüyə sahib olmalarını maneə törətməyə çalışmaqdadırlar. Ancaq onlar xain əməlləri yolunda hiyləgərcə məşğul olarkən Allahın da bir tələsinin olduğunu hesaba qatmırlar.
"...Allah da (onların bu hiyləsinə qarşı) tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır! "(Enfal, 30)
Bu yazimizda artıq çığırından çıxan və mübah (!) halına gələn siqaretin, dini və gigiyenik baxımdan fəsadlarina toxunacağıq inşaallah. Ümidimiz, qardaşlarımızın bunu nəsihət olaraq qəbul etmələri və əhəmiyyət verilməyən bu xəstəliyə qarşı lazım olanı etmələridir. Şübhəsiz müvəffəqiyyət Allahdandır.

Siqareti Qısaca Tanıyaq:
Təxminən 1492 illəri ətrafında bəzi dənizçilərin Amerikanı kəşf etmələriylə tapılan tütünün, İslam torpaqlarındakı ilk varlığı da hicri onuncu əsrin sonlarına doğrudur. Necə ki bunun ilk idxalçıları da Xristianlar olmuşdur.
Sigaretə, ən az 250-si xərçəng quruçusu olmaq üzrə təxminən 4.000 zəhərli maddə vardır: Karbon monoksit (egzoz qazı), Arsenik (siçan zəhəri), Hidrogen siyanür (qaz otaqları zəhəri), DDT (böcək öldürücü zəhər), Metanol (mərmi yanacağı), Radon (radiasiya), Toluen (tiner), Kadmiyum (akumlyator metalı), Bütan (balon qazi), Aseton (lak həll edici), Naftalin (güvə qovucu), Amonyak (tualet təmizləyici) vs. kimi…
Bilinən bir gerçəkdir ki qoyun, keçi, inək, öküz, eşşək, dovşan kimi otsevən heyvanlar, bu qədər zəhəri içində saxlayan tütün yarpaqlarını yeməz.
Bədənə; xərçəng, ağız, dodaq, dil və badamcik xəstəlikləri, həzm, tənəffüs və sinir sistemi narahatlıqları, ürək və damar xəstəlikləri, sidik yolları və tənasül sistemi üzərinə mənfi etkileri kimi bir çox zərəri vardır.
Dəyişik xəstəliklərə səbəbiyyət verməsinin yanında iqtisadi zərərləri də çoxdur. Yanğınlara səbəb olarkən ətraf mühitin çirkliliyinə və ümmətin zərərinə olacaq xeyli çox musibətədə yol açmaqdadır.
Bir udum siqaret, təxminən 50.000 beyin hüceyrəsinin ölümünə səbəb olmaqdadır.
Siqaret səbəbiylə bütün dünyada hər il təxminən 5. 000.000, Türkiyədə 100.000dən çox insan həyatını itirməkdədir.

SİQARETİN HARAM OLUŞUNUN KİTAB VƏ SÜNNƏdən DƏLİLLƏRİ:

* Siqaret, Rəsulullah sallallahu əleyhi və sellemin zamanında yox idi. Ancaq, Qiyamətə qədər hər zamana və məkana xitab edəcək olan İslam dinində bir çok detalı əhatə edən prinsiplər vardır. Bu qaydalar çərçivəsində xarici müdaxilələrə qarşı sanki bir qala mövqeyində olan böyük fiqh alimlərimiz, zamanla gündəmə gələn və inkişaf edən hadisələri incələyərək Müsəlmanları ayiltmaqda, beləcə ümmmətin fəlakətə sürüklənlməsinə -Allahın icazəsiylə- mane olmaqdadır. İşdə siqaret üçündə etibarlı olan bu prinsiplərdir. Bir qisim dəlilləri zikr edərək üləmanın, "sigaretin haramlığı" xüsusundakı qiymətli təsbitlərinə yer verəcəyik inşaallah.
Siqaretin haramlığına dəlil olacaq şəkildə Allahın ayətləri və Rəsulullah sallallahu əleyhi və səlləmin hədislərində xəbərdarlıq ola biləcək nöqtələri, əvvəlcə siqaret çəkənlərə, sonra da bütün Müsəlmanlara çatdırırıq ki bu xəstəlikdən bir an əvvəl xilas ola bilsinlər!
1-"...O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər," (Ə'RAF, 157)
Ağıl sahibi heç bir insan, siqaretin "təmiz və gözəl" şeylər əhatəsinə girib girmədiyində şübhə etməz. Siqaretin -ayətdəki ifadəylə- "xəbis/murdar" şeylər sinifindən olduğunda şübhə yoxtur. Çünki "habis/pis"in lüğət mənasının, "dad və ya qoxusunun diksinti verdiyi şey" mənasını verdiyi bilinməkdədir. Bu da siqaretin xüsusiyyətlərindəndir. Gərək üləma gərək tibb əhli, siqaretin "xəbis/murdar" şeylər sirasina girdiyində görüş birliyi içindədirlər.
2- "Eyni zamanda (mal-dövlətini əbəs yerə) sağa-sola da səpələmə! Həqiqətən, (malını əbəs yerə) sağa-sola səpələyənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur! (İsra, 26-27)
3- "...lakin israf etməyin: Çünki Allah, israf edənləri sevməz." (Ən'am, 141)
4- "Allahın sizə dolanmaq ünün bəxş etdiyi malları (və ya Allahın sizi üzərində qəyyum təyin etdiyi yetim malını) səfehlərə (ağılsızların əlinə) verməyin. ..." (Nisa, 5)
Ayətdə zikri keçən "ağılı çatmazlar" ləfzi, "malında gərəyi kimi qənaət edə bilməyənlər" üçün istifadə edilmişdir. Rəsulullah sallallahu əleyhi və səlləmdə"Boş yerə söz söyləmək, (gərəksiz) çox sual soruşmaq və malı məhv etmək sizə məkruh qilindi. "(Buhari, Müslim) buyurmuşdur. Bir şeyin məkruh olması halaldan çox, harama yaxın olmasıdır.
5- Siqaretin, malın itməsinə səbəb olduğu mövzusunda şübhə ol­madığı kimi o, "(O yemək onlara) nə qüvvət verər, nə də aclıqdan qurtarar. " (Ğaşiye, 7)ayətindəki təbirə də olduqca uyğundur.
6- "...Öz əllərinizlə özünüzü təhlükəyə atmayın..." (Bəqərə, 195)
Siqaretin xərçəng kimi öldürücü xəstəliklərə səbəb olduğu tıbben isbat edilmişdir.
7- "...özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!
" (Nisa, 29)
Bu ayətin təfsirində İbn Kəsir rahimehullah: "Allahın haramlarını işləmək və Onun günah saydığı şeyləri etmək surətiylə özünüzü öldürməyin." deməkdədir.
Siqaret asılısı bir şəxs, özünü öldürəcək səbəblərə sarılmaqda və nəfsini bir çox xəstəliyə hədəf etməkdədir. Alimlər; zəhər, torpaq, şüşə, daş və bənzəri maddələrin yeyilməsinin haram olmasini ifadə etmişlər. Çünki bunlar sağlamlığa zərər verməkdədir.
8-Rəsulullah sallallahu əleyhi və səlləm, "Hər kim zəhər içib özünü öldürsə cəhənnəm atəşində əbədi olaraq o zəhəri içəcəkdir."(Buxari,Müslim) buyurmuştur.
Siqaret, yavaş reallaşan bir intihardır. Öldükdən sonra, ölüm səbəbinin siqaret olduğu aydın olan bir kimsə intihar etmiş sayılar (Allah qorusun). İstər birbaşa istər dolayisi yollardan, sürətli və ya yavaş adamın, ölümünə səbəb olması səbəbindən haramdır. Nəticə birdir; siqaret asılısı birinin özünsü ölümə sürüdüyündə də hər hansı bir şübhə yoxdur. Siqaretin, adamı ölümə aparmadığını fərz etsək belə heç olmasa onu, güc və qüvvətdən düşürəcək dərəcədə müxtəlif bezdirici xəstəliklərə mübtəla edər!
9- "Rəsulullah sallallahu əleyhi və səlləm, bütün uyuşturucu və mıstedici şeylərdən nəhy etdi. "(Əhməd, Əbu Davud)
Hədisdə keçən "müfettir/gevşetici" ləfzi, "bədəndə boşalma, üzvlərdə uyğunlaşma meydana gətirən şey" mənasındadır. Narkomanların bu cür tesirlənməməsi , əsl etibarilə haramlığına xələl gətirməz. Yəni narkomanlarda boşalma və uyğunlaşma olmaması siqaretin haramlığını maneə törətməz. Ayrıca siqareti, içkiyə də müqayisə edən alimlər olmuş, "Çoxu sərxoşluq verən şeyin azı da haramdır." deyərək siqaretin haramlığına bunu da dəlil göstərmişlərdir. İçkiyə yeni başlayan birinin sərxoş olması üçün bir neçə damla çatarkən spirtli birinin bəzən bir qədəh dolusu içkidən təsirlənmədiyi görülmüşdür. Siqaret də eyni şəkildə xüsusilə yeni başlayanlar, bir dövr ara verdikdən sonra təkrar başlayanlar və yeməkdən sonra içənlər üçün sinirləri boşaldıcı, narkotik bir xüsusiyyətə malikdir.
10- "Dində, zərər vermək də zərərlə zərəri dəf etmək də yoxdur." (Müslim)
Siqaret, hər istiqamətdən zərərlidir; həm çəkənə həm də ətrafındakılara zərəri toxunar.
"...hər ikisinin də (içki və qumar) günahı faydasından daha böyükdür." (Bəqərə, 219)
Siqaretin bəzi faydalı yanları olduğunu fərz etsək belə təxmini faydalar ilə reallaşan zərərları müqayisə edib hansının daha ağırlıq təşkil etdiyinə(!) baxmamız lazımdır... Ancaq haqqa qarşı gözlərini bağlayan, haqqı axtarmayan və nəfsinin əsiri olan bir adam, siqaretin haramlığında şübhə edər. Amma əhəmiyyətli olan adamın neyə inandığı deyil, gerçəyin nə olduğudur.
11-Rəsulullah sallallahu əleyhi və səlləm; "Kim sarımsaq və ya soğan yeyərsə bizdən və məscidimizdən uzaq dayanıb evində otursun." (Müslim) buyurmuşdur.
Siqaret, diksindirme və narahat etmədə soğan və sarımsaqdan daha pisdir və ya heç olmasa onlardan geri qalar bir tərəfi yoxdurda deyə bilərik. Məsələn Cümə və camaat namazlarında gözəl qoxu sürmənin sünnət olduğu və siqaretin də bu sünnəyə zidd olduğu bir gerçəkdir.
12- "Yaxşı yoldaşla pis yoldaşın misali, müşk satan biriylə köz üfləyən birinə bənzər." (Buxari, Müs­lim)
Yəni siqaret çəkən pis yoldaş sinifinə girər, çünki sənə atəş, tüstü və zəhər (?!) üfləməkdədir.
13- "Müsəlman, Müsəlmanların onun əlindən və dilind.n salamatlıqda olduğu kimsədir." (Buxari) Görəsən Müslümanlar siqaret çəkən birinin zərərindən salamatlıqda olarlarmı?
14- "Allaha və axirət gününə inanan biri qonşusuna əziyyət etməsin." (Buxari)
Siqaret asılısı, siqaret çəkməklə bərabər yoldaşına, övladlarına, qonşusuna qısaca bütün cəmiyyətə əziyyət etməkdədir. Ayrıca siqaret çəkən adam əgər məscid camaatından isə müsəlmanlara və mələklərə də əziyyət verməkdədir. İnsanlara verdikləri əziyyətlər səbəbiylə siqaret çəkənlər qul haqqına girməkdə, açıq-aşkar günah işləməkdədirlər.
15- "Günahları açıqca işləyənlər xaric bütün ümmətim bağışlanacaq." (Buxari, Müslim)
Buna görə siqaret, bağışlanmayacaq olan açıq üsyanlardan olar.
16- "Bir qövmə bənzəyən onlardandır." (Əbu Davud)
Siqaret, müstəmləkəçilərin geridə buraxdığı vərdişlərdəndir. Bu mənada siqaret çəkmək ruhi bir çöküntünün ifadəsi olub kafirlərə bənzəmənin bir göstəricisidir. Çünki bu xəstəliyi, İslam torpaqlarına gətirib xüsusilə gənclər arasında yayanlar istismarçilardan başqası deyil. Eyni zamanda siqaret, ağız və burunlarından tüstü çıxaran cəhənnəm əhlinin vəziyyətini də xatırlatmaqdadır.
17- "Qiyamət günü adam, dörd şeydən: Ömürünü haralarda keçirdiyindən, bədənini nə uğruna çürüttüğünden, malını necə qazanıb hara xərclədiyindənından və elmiylə əməl edib etmədiyindən soruşulmadiqça yerindən tərpənməz." (Tirmizi)
Ömürünü siqaret çəkməklə keçirən, haram olduğunu bildiyi halda içməkdə israr edən, malını faydasız yerə xərcləyən, bədəninə zərər verən, malını siqaret ticarətindən qazanan və şeytanın pəncərələrindən biri olan siqaret sayəsində vücudunu dilədiyi kimi oynaması və gəzməsi üçün şeytana açan bir siqaret asılısı görəsən qiyamət günü nə cavab verə bilər(!?)
Ey ağılı səlim Müsəlman qardaşım!
*Sigaret, adamı Allaha zikr və ibadət etməkədən, xüsusilə də oruc ibadətindən saxlayar. Oruc, siqaret mübtəlalarına olduqca ağır gələn bir ibadətdir. Siqaret mübtəlası olanlar məsciddə itikafa girməkdən, uzun uzandıya Quran oxumaqdan, zikr (Quran) məclisləri və dərslərdə olmaqdan və namaza erkəndən hazır olmaqdan xoşlanmazlar. Onların çoxu camaat namazlarına gəlməz, gəldiklərində də siqareti, (ancaq) məscidin qapısında qüvvətli bir nəfəs aldıqdan sonra ataraq içəri girərlər. Halbuki sünnənin gərəyi olaraq bir camaata girərkən qoxu sürünmək lazımlıdır.
* Şəriətin təməl qaydaları, siqareti haram qilmaqtadır. Minlərlə hökmü əhatə edən təməl qaydalara bəzi nümunələr verək:
--Zarar vermək də, zərərə zərərlə təlif etmək də yoxdur.
- Faydalı şeylərdə əsl olan ibaha (mübahlıq), zərərli şeylərdə əsl olan da tahrimdir. (haramlıqdır)
--Zərərləri aradan qaldırmaq, fayda və kar-qazanc təmin etməkdən daha əvvəl gəlir.
- Bir mövzuda haramla halal bərabər (bərabər) olsa haram qalib gəlir.
- Seddü’z-zerâ’î (harama aparan vasitələri ortadan qaldırma) qaydasi.
- İslam, insan həyatının ən əhəmiyyətli beş dəyərini qorumağı prioritetli hədəf olaraq təyin etmiş və bunlara istiqamətli bütün hədə və təhlükələri önləmək üzrə hökmlər qoymuşdur. Bu beş dəyər; can, din, mal, ağıl və nəsildir.
Siqaret; xəstəliklərə və ölümə səbəb olduğundan "can"ı qoruma qanununa zidddir. Siqaretə verilən pul tamamilə israf olduğundan "mal"ı qoruma qanununa zidddir. Siqaret çəkən ana və ataların, uşaqlarına ciddi zərərlər verdiyindən ötəri "nəsilin" qorunması qanununa zidddir. Siqaretin bütün bu zərərlərinə baxmayaraq onu israrla çəkmək "ağılın" qorunması qanununa zidddir. Dinin əvvəlcə qorumağı hədəflədiyi dəyərləri göz ardı etdiyindən, "din"in qorunması qanununa da zidddir.
Yuxarıda zikr edilən heç bir dəlilin siqaret üçün etibarlı olmadığını fərz etsək belə siqaretin, heç olmasa çəkinməklə əmr olunduğumuz şübhəli şeylər əhatəsinə girdiyini söyləyə bilərik. Buxari və Müslimin tahric etdiyi hədis-i şəriflərində Rəsulullah sallallahu əleyhi və səlləm: "Halal da haram da açıqdır. Bu ikisinin arasında insanların çoxunun bilmədiyi şübhəli, qarışıq şeylər vardır. Hər kim bu şübhəli şeylərdən çəkinsə muhakkak ki dinini və ismətini qorumuş olar. Və hər kim bu şübhəli sahəyə düşsə harama girmiş olar..." buyurmuşdur.
Bilməliyik ki halal, təmiz və faydalı olan şeylər; haram, murdar xəbis və zərərli olan şeylərdir.
Bütün bu dəlilləri diqqətə almayanlar, nəfsi haqqında- Allahdan qorxmalı və tez və ya geç tövbə etməlidir. Şübhəsiz Allah, tövbələri qəbul edən və rəhməti çox olandır.
* Bilinməsi lazım olan bir başqa xüsus da budur: Siqaret, ilk çıxdığı zamanlar alimlərin bir qismi bunun mahiyyətindən xəbərsiz idi və narkotikmi, məst edicimi olduğunu, sağlamlığa zərər verib vermədiyini qəti məlumatlarla bilmirdilər. Bu səbəblə siqaretin, haram və ya tahrimən məkruh olduğu şəklində alimlər arasında görüş ayrılıqları meydana çixdi. Bəziləri, təsirlənənlərə haram, etkilənməyənlərə mübah olduğunu söyləmişlər. Burasi şübhə doğurmayan bir xüsusdur ki siqaretin məkruh olduğunu söyləyən köhnə alimləri (onlar azlıqdırlar) siqaretin bu gün ortaya çıxan gerçəyini bilsəydilər, haramlığı mövzusunda əsla tərəddüd etməzdilər. Zira onlar dinin ümumi prinsiplərini və şəri qaydaları çox yaxşı bilirdilər.
* Bunlardan sonra yenə də siqaretin haramlığına qərara gəlməyənlərə bunları soruşmaq lazımdır: Siqaret haram olmasa hansi səbəbə onu məscidlərdə, mübarək məkanlarda cəkməz də hər cür döngədə gizli yerlərdə çəkərlər?! Normal bir şeysə niyə hər yerdə rahatlıqla (su içər kimi) cəkə bilməzlər?! Və ya uşaqlar cəkincə hirslənər, böyüklər üçün susarlar. Gözəl bir şeysə uşaqların günahı nə ki onları məhrum edərlər?! Görəsən nədən Allahın təmiz nemətlərində olduğu kimi sigareti də bəsmələylə başlayıb həmd və şükrlə bitirməzlər?! Cənab-ı Haqqın bir neməti verdiyində O şükrdə etdikləri kimi əllərinə bir siqaret keçdiyində də şükr edirlərmi?!
İnsan, Allahdan qorxmalıdır. Çoxu dəfə bəzılərının qarşısında siqaret çəkməkdən çəkinər, ona baxilirkən siqaret çəkməkdən utanarda Allahdan çəkinməz, hayaetmezlər?!
"...Əgər (gerçək) möminlər isəsiniz, bilin ki qorxmanız lazım olan yalnız Allahdır." (Tövbə, 13)
Son olaraq bunu da soruşa bilərik: Görəsən siqaret, adamın Qiyamət günu tərəzisində yaxşılıqlar və pisliklər qoyulan gozündən hansina qoyulacaq?
Bəli, bütün bunlar qarşısında nə kimi bir sonuca çatılar?
Müsəlman, hesab günü gəlmədən əvvəl özünü hesaba çəkməli, Allahdan bunu tərk etmək üçün kömək diləməlidir. Kim Allah üçün bir şeyi tərk etsə Allah ona köməyini edər , ona daha xeyirlisini nəsib edər. Səbr etməlidir, şübhəsiz Allah səbr edənlərlə bərabərdir. Kim səbr etməyə cəhd göstərsə Allah da onu səbrli edər.
Siqaret mübtəlaları (narkomanları) bu duanı çox oxumağa cəhd göstərməlidir:
"Allahım, bizi siqaret bəlasından, cəhənnəm əzabından, əziyyət və həlakdan qurtar. Bədənimizi və səhhətimizi qorumağı nəsib et. Qəlblərimizi və ağızlarımızı təmiz və nəzih et. Ağıllarımıza və anlayışımıza istiqamət bağışla. Bizi ən doğru olan əxlaq və adətlərə hidayət et. İmanı, gözəl sözü, gözəl qoxunu və gözəl əməli bizə sevdir. Şübhəsiz sən, eşidən və dualari qəbul edənsən. (Amin)"
Allah, hər şeyin ən doğrusunu biləndir. Və müvəffəqiyyət Allahdandır.

Hiç yorum yok:

Yorum Gönder